Dayaniqli Ve Operativ Sosial Teminat Agentliyi - Wikipedia
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi[1] — "DOST" mərkəzlərinin idarə edilməsi, onların fəaliyyətinə nəzarət və qiymətləndirmənin həyata keçirilməsi, eləcə də məşğulluq, əmək, sosial müdafiə və təminat sahələrində, habelə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərinə uyğun olaraq digər sahələrdə Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi siyahıda göstərilən xidmətlərin "DOST" mərkəzlərində göstərilməsinin təşkili ilə bağlı fəaliyyət göstərən publik hüquqi şəxsdir.[2]
DOST Agentliyi | |
---|---|
| |
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yaradılma tarixi | 9 avqust 2018 |
Tabelik | Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
Baş qərargah | Bakı |
Ünvan | Yasamal rayonu, İ.Qutqaşınlı 86 |
Rəhbərlik | |
İdarə Heyətinin sədri | Fərid Məmmədov |
İdarə Heyəti sədrinin müavinləri |
Seymur Alıyev Azər Əliyev |
İdarə Heyəti sədrinin müşavirləri |
Çingiz Əliyev Rəşad Mediyev Nazilə Həşim Zadə Tural Mailov |
|
|
Rəsmi saytı | DOST Agentliyi |
Tarixi
redaktəDOST Agentliyi Azərbaycan Respublikası Prezidentinin 9 avqust 2018-ci il tarixli 229 saylı Fərmanına[3] əsasən yaradılıb.
Azərbaycan Respublikası Prezidentinin Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST) fəaliyyətinin təmin edilməsi haqqında 10 dekabr 2018-ci il tarixli 387 saylı Fərmanına[4] əsasən DOST Agentliyin Nizamnaməsi, Strukturu, "DOST" mərkəzlərində göstərilən xidmətlərin siyahısı və xidmətlərin göstərilmə Qaydası təsdiq edilib.
9 may 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə DOST Agentliyinin və 1 saylı Bakı DOST Mərkəzinin açılışı[5] həyata keçirilib.
24 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 2 saylı Bakı DOST Mərkəzinin açılışı[6] həyata keçirilib.
19 may 2020-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə 3 saylı Bakı DOST Mərkəzinin açılışı[7] həyata keçirilib.
30 mart 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 4 saylı Bakı DOST Mərkəzinin açılışı[8] həyata keçirilib.
14 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron DOST Mərkəzinin açılışı[9] həyata keçirilib.
22 oktyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci vitse-prezidenti Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın iştirakı ilə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı[10] həyata keçirilib.
28 dekabr 2022-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə 5 saylı Bakı DOST Mərkəzinin açılışı[11] olub.
7 avqust 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı[12] olub.
İdarəetmə və strukturu
redaktəAgentlik öz fəaliyyətində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İdarə Heyətindən ibarətdir. Agentliyin Müşahidə Şurası Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İctimai əsaslarla fəaliyyət göstərən Şura müstəqil qərar qəbul etmək hüququna malikdir. 7 üzvdən ibarət olan Şuranın tərkibi aşağıdakı kimidir:
- Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri;
- Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi;
- Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri;
- Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Dövlət Agentliyinin İdarə Heyətinin sədri;
- Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri;
- Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının Prezidenti;
- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bir nümayəndəsi.
Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziridir.
Agentliyin fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti Müşahidə Şurasının sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən 3 üzvdən – İdarə Heyətinin sədri və iki müavinindən ibarətdir.
Agentlikdə İdarə Heyətinə tabe olan 11 departament fəaliyyət göstərir.[13]
DOST Agentliyi tərəfindən müxtəlif istiqamətlərdəki fəaliyyətlərin koordinasiya edilməsi məqsədilə aşağıdakı təsərrüfat cəmiyyətləri təsis edilib:
- DOST İş Mərkəzi[14] – DOST Agentliyinin təsis etdiyi Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş formada haqqı ödənilən ictimai işlərin təşkili ilə əlaqədar işsiz şəxslərin işə qəbulu, ictimai işlərə göndərilməsi və əməkhaqlarının maliyyələşdirilməsi, ictimai işlərin təşkili yolu ilə sosial xidmətlərin göstərilməsi, ərazilərin ekoloji bərpası (ictimai əhəmiyyətli yerlərdə yaşıllaşdırma işləri, meşə zolaqlarının salınması, parklara və ictimai yerlərə qulluq), təmir, bərpa, abadlıq işlərinin və mənzil-kommunal və s. xidmətlərin görülməsi ilə bağlı dövlət siyasətinin və tənzimləmənin həyata keçirilməsi sahəsində fəaliyyət göstərir.
- DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi[15] – DOST Agentliyinin Müşahidə Şurasının 5 oktyabr 2021-ci il tarixli, 3 saylı qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin, şəhid ailəsi üzvlərinin, eləcə də sosial cəhətdən həssas qrupların yaradıcı potensialının, istedadlarının, digər bacarıqlarının ortaya çıxarılmasına və inkişafına dəstək vermək məqsədilə fəaliyyət göstərir.
- DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi[16] – DOST Agentliyinin Müşahidə Şurasının 17 dekabr 2021-ci il tarixli 4 nömrəli qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
- DOST İnfrastruktur Mərkəzi[17] – DOST Agentliyinin Müşahidə Şurasının 24 iyun 2022-ci il tarixli 2 nömrəli qərarı ilə təsis edilmiş Məhdud Məsuliyyətli Cəmiyyətidir. Mərkəz, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların inzibati binalarının tikintisinin təmin edilməsi, bu istiqamətdə ilkin layihələndirilmə, layihə-smeta sənədlərinin hazırlanmasına nəzarət, zəruri rəylərin alınması, tikinti prosesinə cəlb olunmuş podratçı təşkilatlarla koordinasiyanın təşkili və nəzarət, ümumilikdə tikinti planına uyğun olaraq işlərin vaxtında aparılmasının və tikintisi başa çatmış yeni inzibati binaların istismara verilməsinin təşkili istiqamətində fəaliyyət göstərir.
- DOST Çağrı Mərkəzi 142[18] – vətəndaşların mərkəzlərə getmədən internet və ya telefon vasitəsilə bütün xidmət növləri, tələb edilən sənədlər barədə məlumat almaq, ƏƏSMN-nin və "DOST" mərkəzlərinin fəaliyyəti ilə bağlı təkliflər bildirmək imkanı yaratmaqla təmsil etdiyi dövlət orqanının səlahiyyətlərinə aid olan sual xarakterli müraciətlər daxil olduqda, onların birbaşa cavablandırılmasını və şikayət (ərizə, təklif, məlumat) xarakterli müraciətlər daxil olduqda isə onları qeydiyyata almaqla araşdırılaraq cavablandırılması üçün aidiyyəti struktur vahidinə göndərilməsini təmin edir.
DOST Xidmətləri
redaktəDOST Agentliyi ("DOST" mərkəzləri vasitəsilə) "vahid müraciət platforması" funksiyasını yerinə yetirməklə vətəndaşlarla müvafiq dövlət qurumları arasında təmas nöqtəsi (ön ofis) rolunu oynayır. Platfoma 3 istiqamətdə xidmətlərə çıxışı təmin edir:
- "Bir pəncərə" prinsipi əsasında ƏƏSMN-nin tabeliyində olan 5 qurumun (Dövlət Sosial Müdafiə Fondu, Sosial Xidmətlər Agentliyi, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyi, Dövlət Məşğulluq Agentliyi, Dövlət Əmək Müfəttişliyi Xidməti) fəaliyyəti ilə bağlı xidmətlərə çıxış;
- Ünvanlı dövlət sosial yardımının monitorinqi və sosial səyyar xidmətlərin göstərilməsi;
- "Bir qapı" prinsipi əsasında fəaliyyət göstərən Vahid Əlaqələndirmə Mərkəzi (VƏM)[19] vasitəsilə 6 dövlət qurumunun (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, yerli icra hakimiyyəti orqanları, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin) Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi və ərazilərin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlar zamanı şəhid olmuş şəxslərin ailə üzvlərinə, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçulara və əlilliyi müəyyən edilmiş şəxslərə əmək, məşğulluq, sosial müdafiə, tibbi-sosial ekspertiza, reabilitasiya, müalicə, müayinə, eləcə də digər sahələrdə göstərilən 20 xidmətinə çıxış.
"DOST" mərkəzləri və filialları vasitəsilə əhaliyə məşğulluq, əmək münasibətləri, əmək pensiyası və sosial müavinətlər, Azərbaycan Respublikası Prezident təqaüdləri, əlillik və sağlamlıq imkanlarının məhdudluğu, sosial sığorta və sosial xidmətlər istiqamətində, həmçinin bank və notariat xidmətləri kimi funksional yardımçı xidmətlər də daxil olmaqla 12 istiqamət[20] üzrə, o cümlədən Vahid Əlaqələndirmə Mərkəzləri[21] çərçivəsində ümumilikdə 159 xidmət[22] göstərilir:
- ƏƏSMN-in fəaliyyət istiqamətlərinə dair arayışların verilməsi
- Əmək münasibətləri — 6 xidmət
- Əlillik və sağlamlıq imkanlarının məhdudluğu sahəsi — 11 xidmət
- Məşğulluq — 15 xidmət
- Əmək pensiyaları — 16 xidmət
- Sosial müavinətlər, ünvanlı dövlət sosial yardım və təqaüdlər — 45 xidmət
- Övladlığagötürmə — 2 xidmət
- Sığortaolunanların fərdi uçotu — 3 xidmət
- Dövlət icbari şəxsi sığorta
- Sosial xidmətlər — 16 xidmət
- Funksional yardımçı xidmətlər — 18 xidmət
- Vahid Ələqaləndirmə Mərkəzində 6 quruma aid — 20 xidmət.
"DOST" Mərkəzləri
redaktə№ | Mərkəz
|
Əhatə dairəsi
|
Ötürücülüyü (nəfər/gün)
|
Ünvan
|
Telefon
|
İnzibati binası
|
1
|
1 saylı Bakı DOST Mərkəzi | Bakı şəhəri | 400
|
Bakı şəhəri, Yasamal rayonu,
İ. Qutqaşınlı küçəsi, 86 |
DOST Çağrı Mərkəzi 142
|
|
2
|
2 saylı Bakı DOST Mərkəzi | Bakı şəhəri
|
100
|
Bakı şəhəri, Xəzər rayonu,
Şüvəlan qəsəbəsi, A. İldırım küçəsi, 30 b |
DOST Çağrı Mərkəzi 142
|
|
3
|
3 saylı Bakı DOST Mərkəzi | Bakı şəhəri
|
400
|
Bakı şəhəri, Nizami rayonu,
Heydər Əliyev prospekti, 183 b. |
DOST Çağrı Mərkəzi 142
|
|
4
|
4 saylı Bakı DOST Mərkəzi | Bakı şəhəri
|
800
|
Bakı şəhəri, Binəqədi rayonu,
Ziya Bünyadov, 3103 |
DOST Çağrı Mərkəzi 142
|
|
5
|
5 saylı Bakı DOST Mərkəzi | Bakı şəhəri
|
700
|
Bakı şəhəri, Xətai rayonu,
Mehdi Mehdizadə 31 |
DOST Çağrı Mərkəzi 142
|
|
6
|
Abşeron DOST Mərkəzi | 400
|
Abşeron rayonu, Xırdalan şəhəri,
Bakı-Sumqayıt şossesi 7-ci km, "Abşeron Gənclər Şəhərciyi" yaşayış kompleksi, bina 27 |
DOST Çağrı Mərkəzi 142
|
||
7
|
Qarabağ Regional DOST Mərkəzi | 650–700
|
Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsi | DOST Çağrı Mərkəzi 142
|
Bütün "DOST" mərkəzləri[23] üzrə iş qrafiki
İş günləri (bayram günləri və ümumxalq hüzn günü istisna olmaqla): Bazar ertəsi — cümə: 09:00–18:00;
Qeyri iş günləri: Şənbə və bazar
2025-ci ilin sonuna qədər regional "DOST" mərkəzlərinin sayının 17-ə çatdırılması, həmçinin 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur. Bununla da qeyd edilən "DOST" xidmətləri bütün Azərbaycan əhalisi üçün əlçatan olacaqdır.
DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
redaktə"DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" Məhdud Məsuliyyətli Cəmiyyəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Müşahidə Şurasının 2021-ci il 17 dekabr tarixli Qərarı ilə təsis edilib.[24]
Qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyində olan qurumların informasiya-kommunikasiya məsələlərinin vahid şəkildə idarə edilməsi, Nazirliyin informasiya texnologiyaları siyasətinin müəyyənləşdirilməsi, dövlət və qeyri-dövlət qurumlarının informasiya bazaları ilə qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili və dayanıqlılığının təmin edilməsi, informasiya sistemlərinə dəstəyin göstərilməsi və inkişaf etdirilməsi, informasiya sistemlərinin səmərəli və təhlükəsiz işinin təmin edilməsi və bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir.
Bunlarla yanaşı Mərkəz tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Nazirliyin tabeliyindəki qurumların fəaliyyət istiqamətlərinə uyğun olaraq əmək, məşğulluq, sosial müdafiə və sosial təminat sahələrində informasiya texnologiyalarının tətbiqi ilə bağlı səmərəli tədbirlər görülür.
Statistika
redaktəİllər üzrə müraciətlərin sayı:
İl | DOST mərkəzləri | Çağrı Mərkəzi 142 |
---|---|---|
2019 | 62 948 | 202 291 |
2020 | 177 632 | 673 374 |
2021 | 410 575 | 899 354 |
Könüllü DOST və altproqramları
redaktəDOST Agentliyində könüllülük fəaliyyəti "Gənc DOST", "Gümüşü DOST", "İnklüziv DOST", "Distant DOST" və "Korporativ DOST" altproqramları üzrə təşkil edilib.[25]
Gənc DOST
Altproqram 16–29 yaş aralığında olan gənclərin sosial və ictimai faydalı fəaliyyətə cəlb olunması, işgüzar bilik və bacarıqların mənimsənilməsi və inkişafı, asudə vaxtlarının səmərəli təşkili məqsədilə yaradılıb.
Gümüşü DOST
"Könüllü DOST" proqramı və "Üçüncü Bahar" layihəsinin birgə təşkilatçılığı ilə "Gümüşü DOST" altproqramı pensiya yaşına çatmış şəxslərin (50+yaş) aktiv həyat tərzinin təmin olunması və asudə vaxtlarının səmərəli təşkilinə dəstək məqsədilə yaradılıb.
İnklüziv DOST
Altproqram DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində əlilliyi olan şəxslərə, şəhid ailəsi üzvlərinə, müharibə veteranları və onların ailə üzvlərinə, həssas qrupdan olan uşaq və yeniyetmələrə, valideyn himayəsindən məhrum olmuş uşaqlara mərkəz daxilində zəruri dəstəyin göstərilməsi, irimiqyaslı tədbirlərdə qonaqların qarşılanması və yola salınması və digər bu istiqamətlərdə olan işləri tənzimləyir.
Distant DOST
Altproqramda təhsil, təlim, tədqiqat, ictimaiyyətlə əlaqələr, konsaltinq və digər sahələr üzrə verilən tapşırıqların onlayn qaydada icrasına şərait yaradılıb. Eyni zamanda fiziki məhdudiyyətli və əlilliyi olan şəxslərin yaşayış ünvanını tərk etmədən altproqramda iştirak etməsilə onların cəmiyyətə sosial inteqrasiyasısına, ictimai-sosial məsuliyyətliliyin artırılmasına, fərdi inkişafına şərait yaradılıb.
Korporativ DOST
Sahəvi təlimlər, mentor fəaliyyəti, sosial layihələr və tədbirlərin təşkili, ekoloji və digər uyğun sahələr üzrə fəaliyyət göstərən və ictimai-sosial məsuliyyətlilik çərçivəsində əməkdaşlıq etməkdə maraqlı olan özəl, ictimai, dövlət və digər təşkilatlar altproqrama cəlb olunub.
Standartlar
redaktəDOST Agentliyi öz fəaliyyətini Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) standartlarına uyğun tətbiq edilən "İnteqrəedilmiş menecment sistemi" əsasında qurur. Bu sistem özündə aşağıdakı standartların tələblərinə uyğun fəaliyyəti birləşdirir:
- "ISO 9001: 2015"[26] – Keyfiyyətin idarə edilməsi sistemi;
- "ISO 10002: 2018"[27] – Müştəri şikayətlərinin idarə edilməsi sistemi;
- "ISO 26000: 2010"[28] – Sosial məsuliyyət;
- "ISO 37001: 2016"[29] – Rüşvət əleyhinə idarəetmə sistemi.
DOST Agentliyi 2021-ci ildən etibarən "İnteqrəedilmiş menecment sistemi"nin tətbiqinə başlayıb. 2021-ci ilin dekabrından 2022-ci ilin fevralına qədər aparılmış beynəlxalq auditin nəticəsi olaraq Agentlik müvafiq sistemin tətbiqi üzrə yuxarıda qeyd edilən sertifikatlarla təltif edilib.[30]
Beynəlxalq əlaqələr və layihələr
redaktəDOST Agentliyi "Tanınma və inkişaf" devizi ilə beynəlxalq əlaqələrini[31] 4 əsas istiqamət üzrə qurur:
- DOST konseptinin aidiyyəti beynəlxalq platformalarda tanıdılması;
- Beynəlxalq ekspert və donor təşkilatları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi;
- Beynəlxalq təşkilatlar ilə sosial müdafiə və təminat sahələrində birgə layihələrin həyata keçirilməsi;
- Beynəlxalq təcrübədən istifadə etməklə Agentliyin institusional inkişafının dəstəklənməsi.
Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu[32] ilə əməkdaşlıq. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (BMTƏF — UNFPA) birgə layihəsi olan "Bütün yaşlar üçün cəmiyyətin qurulması: Fəal yaşlanma yolu ilə Azərbaycanda yaşlıların rifahının təmin edilməsi"nin 3-cü komponenti DOST Agentliyi tərəfindən həyata keçirilib. Fəaliyyətlər yaşlı insanların yeni sosial təşəbbüslərə cəlb olunmasına və yeni sosial xidmətlərin təşkil olunmasına əsaslanır:
- Yaşlı insanlar üçün sosial müdafiə və sosial təminatın bütün sahələri ilə bağlı məsləhət xidmətləri göstərmək, onları yeni texnologiyalardan səmərəli istifadə barədə maarifləndirmək və səlahiyyətləndirmək, uzunmüddətli qayğı imkanları və xidmətləri barədə ən yeni, etibarlı və qərəzsiz məlumatlara malik olmalarını təmin etmək;
- Yaşlıların təşkilati və intellektual yaddaşına əsaslanaraq onların məsləhət xidmətlərindən yararlanmaq.
Layihə nəticəsində 19 mindən çox iştirakçı əhatə olunub, 46 nəfər 65+ yaşlı şəxs müxtəlif interaktiv formatlarda (video dərslər, vebinarlar) öz təcrübələrini bölüşüb, tam kursda iştirak edən 1000-dən çox gənc sertifikatla təltif olunub və 1050 nəfər yaşlı şəxs İKT sahəsində savadlılıq təlimlərinə cəlb olunub.
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP)[33] ilə əməkdaşlıq
Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP — UNDP) Azərbaycan ofisi ilə birgə 4 saylı Bakı DOST Mərkəzində Azərbaycanın ilk "İnklüziv İncəsənət Məktəbi" yaradılmışdır. Layihə bir-biri ilə əlaqəli fəaliyyətlər vasitəsilə Dağlıq Qarabağ müharibəsi veteranlarına və əlilliyi olan qadınlara xüsusi diqqət yetirməklə, hüquqlarının təmin edilməsi, ləyaqətinin dəyərləndirilməsi, inklüzivliyin və əlçatanlığın təmin edilməsi üzrə Hökumətin səylərinə dəstək vermək məqsədi daşıyır. Layihənin davamlılığını təmin etmək üçün DOST Mərkəzi vasitəsilə təşkilati və informasiya dəstəyi göstərilir, əlilliyi olan şəxslərə yardım məqsədilə könüllülər səfərbər olunur, təmizlik, texniki xidmət, elektrik təminatı, təhlükəsizlik və internet xərclərii qarşılanır.
Avropa Sosial Şəbəkəsi (ASŞ)[34] ilə əməkdaşlıq
2021-ci ilin mart ayından etibarən DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin (ESN — ASŞ) Şura üzvü olub. Avropa Sosial Şəbəkəsinin missiyası inkişaf etmiş siyasət və təcrübə yolu ilə insanlara və icmalara fayda gətirmək üçün səhiyyə, təhsil, məşğulluq və sosial inklüzivlik ilə ictimai sosial xidmətlər sahəsində məlumat mübadiləsini inkişaf etdirməkdir.
Agentlik yarandığı tarixdən təşkilatla sıx əlaqə qurmuş, Şura üzvü qismində bir sıra strateji önəmli müzakirələrdə təkliflərlə çıxış edib. Agentlik DOST konsepsiyasını tanıtmaq, digər ölkələrin təcrübəsini öyrənərək sosial təminatı inkişaf etdirmək məqsədilə ASŞ-nin sosial təminat xidmətləri sahəsindəki bütün tədbirlərində, konfranslarında və beynəlxalq müzakirələrində yaxından iştirak edir. Belə ki, 2020 və 2021-ci illərdə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin Mükafatı müsabiqəsində 3 ərizənin hər biri ilə finalçı statusunu qazanıb.
Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA — ISSA) ilə əməkdaşlıq
"BSTA Tanınma Proqramı". Əhaliyə xidmətlərin çatdırılma səviyyəsini və əməliyyatları inkişaf etdirmək üçün DOST Agentliyi 2021-ci ilin avqust ayında BSTA Tanınma proqramına müraciət edib. Hazırda Agentlik "Xidmət Keyfiyyəti Təlimatları üzrə İş Kitabı"nda göstərilənlərə uyğun olaraq, yeni təlimatların təqdimatı, eləcə də mövcud proseslərin optimallaşdırılması istiqamətində zəruri işlər aparır. BSTA Tanınma Proqramı Təlimatlarının ilkin qiymətləndirməsi aparılıb; zəruri sənədlər və əməliyyatlar müəyyən edilib. "Xidmət Keyfiyyəti Təlimatları üzrə İş Kitabı"nın ilkin versiyası onlayn platforma üzərindən ekspertlərin qiymətləndirməsinə təqdim olunub.
Yerli qurumlarla əməkdaşlıq
redaktə- 21.01.2021 — DOST Agentliyi ilə ADA Universiteti arasında qarşılıqlı səmərəli əlaqələrin qurulması məqsədilə Anlaşma Memorandumu imzalanıb.[35] İmzalanmış sənədi əsas götürərək Universitetin və Agentliyin mövcud infrastrukturundan və mütəxəssis bazasından istifadə edərək dövlət sektoru ilə Universitet arasında əlaqələrin inkişaf etdirilməsinə töhfə vermək məqsədilə təlim və tədris, təcrübə, tədqiqat, beynəlxalq tanınma və birgə layihələrin icrası istiqamətində işlər həyata keçirilir.
- 16.03.2022 — DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[36] Memoranduma əsasən, tərəflər qarşılıqlı təcrübə mübadiləsi, birgə proqramların təşkili, tələbələrin dövlət xidmətləri sahəsində bilik və bacarıqlarının formalaşdırılması istiqamətində razılığa gəliblər. Memorandum innovativ təşəbbüslərin həyata keçirilməsini, araşdırma, statistika və təhlillərin aparılmasını və digər oxşar məsələlər üzrə birgə fəaliyyətin təşkilini də əhatə edir.
- 01.04.2022 — DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair Anlaşma memorandumu imzalanıb.[37] Memorandumda birgə əməkdaşlıq platformasının hazırlanması, dövlət xidmətləri sahəsində innovativ və yüksək texnologiyalara əsaslanan həll yollarının tapılması ilə bağlı maddələr əksini tapıb. Razılaşma çərçivəsində Bakı Dövlət Universitetinin bakalavr və magistr tələbələrinin müxtəlif könüllü və təcrübə proqramlarında iştirakı təmin edilir. Agentliyin müvafiq əməkdaşları da universitetin tədris-innovasiya infrastrukturundan yararlanacaq, DOST könüllüləri isə universitetin gənclər üçün təşkil edilən təlim proqramlarında iştirak edirlər.
- 21.09.2022 — DOST Agentliyi ilə Mediasiya Şurası arasında anlaşma memorandumu imzalanıb. Memoranduma əsasən, ilkin mərhələdə DOST mərkəzləri vasitəsilə əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya xidmətlərinə çıxışın təmin olunması nəzərdə tutulub.
Mükafatlar
redaktə"BSTA Ən Yaxşı Təcrübə Mükafatı 2022". 2021-ci ildə DOST Agentliyi "BSTA Ən Yaxşı Təcrübə Mükafatı 2022"-yə üç ərizə ilə müraciət edib:
- "Bərabər hüquqlar və ləyaqətli həyat naminə" – finalçılar siyahısına daxil edilib;
- "DOST: 65+ yaşlılar üçün sosial müdafiə" – finalçılar siyahısına daxil edilib;
- "DOST Agentliyinin Vətəndaş Məmnunluğu Monitorinqi Sistemi" – finalçılar siyahısına daxil edilib.
DOST Agentliyi onlardan 2-si – "DOST: 65 yaşdan yuxarı şəxslərin sosial müdafiəsi" və "DOST Agentliyi: ləyaqət və bərabər hüquqlar naminə" ərizəsi ilə "Avropa üzrə Yaxşı Təcrübə Mükafatı — 2022" müsabiqəsinin qalibi olub.[38]
BMT mükafatı (UN Public Service Award)[39] 2022 müsabiqəsində iştirak. 03.12.2021 tarixində DOST Agentliyi "İnklüziv və ədalətli (bərabər) xidmətlərin təqdim edilməsi üçün innovasiyaların tətbiqi" (Fostering innovation to deliver inclusive and equitable services) nominasiyasında "DOST: Smart Model for Sustainable Social Services" adlı ərizə müsabiqə platformasına əlavə edilməklə münsiflər heyətinin müzakirəsinə təqdim olunub. Yekun qərarın 21.06.2022 tarixində elan olunması gözlənilir.
ESSA (European Social Services Award) 2020 və 2021 müsabiqəsində iştirak. 30.07.2021 tarixində Agentlik tərəfindən müsabiqəyə "Heyrətamiz heyət" (Outstanding team) və "Sosial innovasiyalar" (Social innovation) nominasiyalarında ərizələr təqdim olunub və finalçılar siyahısında yer qazanılıb.[40] 2022-ci ilin 1 aprel tarixində keçirilən final tədbirdə DOST Agentliyi Avropa Sosial Şəbəkəsinin "Avropa Sosial Xidmətləri Mükafatı"nın "Texnoloji alətlər" nominasiyasında qalib elan edilib.[41]
Vətəndaş məmnunluğu
redaktə"DOST" mərkəzlərində göstərilən xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi məqsədilə vətəndaş məmnunluğunun ölçülməsi həyata keçirilir. Məmnunluğun ölçülməsində NPS (Net Promoter Score) və CSAT (Customer Satisfaction) kimi geniş yayılmış, qabaqcıl yanaşmalardan istifadə edilir.
Hazırda vətəndaşların "DOST" mərkəzlərindən məmnunluq səviyyəsi 98,1%, Çağrı Mərkəzi 142-dən məmnunluq səviyyəsi isə 93%-dir.[42]
İstinadlar
redaktəBu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
- ↑ "DOST Agentliyi" (az.). dost.gov.az. 2021-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI" (az.). e-qanun.az. 25 May 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 may 2021. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Əhalinin məşğulluğu, əmək, sosial müdafiə və təminat sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 01 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı" (az.). dost.gov.az. 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Prezident İlham Əliyev DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binasının açılışında iştirak edib" (az.). azertag.az. 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Azərbaycan Prezidenti İlham Əliyev 2 saylı DOST mərkəzinin açılışında iştirak edib" (az.). azertag.az. İstifadə tarixi: 04 aprel 2022.
- ↑ "Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 3 saylı DOST mərkəzinin açılışında iştirak ediblər" (az.). azertag.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Prezident İlham Əliyev Bakıda 4 saylı DOST Mərkəzinin açılışında iştirak edib" (az.). azertag.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Abşeronda DOST Mərkəzinin açılışı olub" (az.). azertag.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılışı olub Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva açılışda iştirak ediblər" (az.). azertag.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib YENİLƏNİB-2 VİDEO" (az.). azertag.az. 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2023. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Bərdədə Qarabağ Regional DOST Mərkəzinin və Qarabağ Regional Peşə Hazırlığı Mərkəzinin açılışı olub YENİLƏNİB VİDEO" (az.). azertag.az. 2024-01-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-10. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyinin struktur və rəhbərliyi" (az.). dost.gov.az. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST İş Mərkəzi" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST İnfrastruktur Mərkəzi". 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-11. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyinin struktur və rəhbərliyi" (az.). dost.gov.az. 2022-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 04 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinin yaradılması və fəaliyyətinin təşkili haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanı" (az.). e-qanun.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Xidmət pasportları" (az.). dost.gov.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Vahid əlaqələndirmə mərkəzləri" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Xidmət pasportları" (az.). dost.gov.az. 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Mərkəzləri" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "- DOST Agentliyinin Rəqəmsal İnnovasiyalar Mərkəzi yaradılır". 2022-12-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-12-28. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ ""Könüllü DOST" proqramı" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ISO 9001: 2015" (ingilis). iso.org. 2022-04-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ISO 10002: 2018" (ingilis). iso.org. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ISO 26000: 2010" (ingilis). iso.org. 2017-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ISO 37001: 2016" (ingilis). iso.org. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb" (az.). azertag.az. 2022-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Layihələr" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu" (az.). unfpa.org. 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı" (ingilis). undp.org. 2022-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Avropa Sosial Şəbəkəsi" (ingilis). esn-eu.org. 2022-05-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ADA Universiteti ilə Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi arasında Anlaşma memorandumu imzalanıb" (az.). dost.gov.az. 2021-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyi ilə Azərbaycan Kooperasiya Universiteti arasında Anlaşma memorandumu imzalanıb" (az.). dost.gov.az. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyi ilə Bakı Dövlət Universiteti arasında Anlaşma memorandumu imzalanıb" (az.). dost.gov.az. 2022-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Mükafat və sertifikatlarımız" (az.). dost.gov.az. 2022-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 oktyabr 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "UN Public Service Award" (ingilis). unric.org. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "ESSA 2021 shortlisted projects" (ingilis). essa-eu.org. 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Agentliyi Avropa Sosial Xidmətlər Mükafatına layiq görülüb" (az.). azertag.az. 2022-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "DOST Statistik məlumatlar" (az.). dost.gov.az. 2022-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05 aprel 2022. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)