Davud Bey Yadigarov - Wikipedia
Yadigarov Davud bəy Kərim bəy oğlu (19 (31) may 1882[1], Təkəli, Borçalı qəzası, Tiflis quberniyası, Rusiya imperiyası – 31 avqust 1947[1], Nyu-York ştatı[1]) — Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda qulluq etmiş hərbçi, general-mayor.
Davud bəy Yadigarov | |
---|---|
Davud bəy Kərim bəy oğlu Yadigarov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 19 (31) may 1882[1] |
Doğum yeri | |
Vəfat tarixi | 31 avqust 1947[1] (65 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Atası | Kərim bəy Yadigarov[d] |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası, Azərbaycan Xalq Cümhuriyyəti |
Qoşun növü | süvari |
Rütbəsi | general-mayor (1919) |
Döyüşlər |
Həyatı
redaktəDavud bəy Yadigarov 1882-ci ildə[2] Tiflis quberniyasının Borçalı qəzası, Təkəli kəndində bəy ailəsi olan Yadigarovlar ailəsində anadan olmuşdur. Atası torpaq sahibi Kərim bəy Yadigarov, anası isə gürcü knyaz nəsli olan Rusişvililərdəndir.[3]
1903-cü il avqustun 10-da Peterburq yaxınlığındakı Paj korpusunu bitirmiş və Nijni-Novqoroddakı draqun alayında xidmət etməyə başlamışdır. 25 oktyabr 1904-cü ildə kornet rütbəsinə yüksəlmişdir. Rus-Yapon müharibəsində döyüşmüşdür. O, müharibədəki bütün rus qüvvələrinin komandanı A. N. Kuropatkinin sərəncamı ilə könüllü olaraq Mukdenə yaponlarla döyüşməyə getmişdir.[4]
Birinci Dünya müharibəsi başladığı zaman ştabs-rotmistr rütbəsində idi[5] və Çar ordusu dağıdıldığı zaman polkovnik olmadı bacarmışdı. 1918-ci ildə Qafqaz cəbhəso komandanı M.A.Prjevalskinin əmri ilə yeni yaradılmış Müsəlman Korpusunun zabitlərindən biri olmuşdur. O, bu ordu birliyində II Qarabağ süvari alayına komandanlıq etmişdir. 1918-ci ildə Azərbaycan Milli Ordusunda mühafizə diviziyasının rəis müavini olub. 1919-cu il avqustun 3-də Azərbaycan ordusunun süvari diviziyasının komandirinin köməkçisi təyin edilib. O, 1919-cu ilin avqust-noyabr aylarında Zəngəzur uğrunda gedən döyüşlərdə 1-ci piyada diviziyasının rəisi general Cavad-bəy Şıxlinskinin baş komandanlığı altında ADR qoşunlar qrupundan olan birləşdirici dəstələrdən birinə rəhbərlik etmişdir. Hərbi rütbələr haqqında Azərbaycan Respublikası Hökumətinin 8 oktyabr 1919-cu il tarixli 39 saylı sərəncamı ilə süvari diviziyasının rəisinin köməkçisi polkovnik Yadigarov Davud bykə xidmətdə fərqləndiyinə görə general-mayor rütbəsi verilmişdir. Dığ, Goranzur, Xanazax, Abdallar və başqa kəndlər uğrunda daşnak hərbi qüvvələrinə qarşı döyüşlər aparıb. 1920-ci ilin martında baş qərərgah yanında təyinatlar və ezamiyyətlər üzrə səlahiyyətli şəxs təyin edilmişdirı.[6][7][8]
1920-ci il 28 aprel işğalından sonra Davud bəyin taleyi məlum deyil.
31 avqust 1947-ci ildə vəfat etmişdir. Məzarı Nyu-York ştatının Nanuet qəsəbəsindəki rus-pravoslav qəbiristanlığındadır.[2]
Mənbə
redaktəİstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Офицеры РИА.
- ↑ 1 2 "Иедигаров Давид Сергеевич". ria1914.info (rus). Офицеры РИА. 2024-08-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-15.
- ↑ Назирли, 1991. səh. 33-34
- ↑ Потто, 1908. səh. 248, 159
- ↑ Кавказский календарь на 1914 год. — Тифлис, 1913, s. 589
- ↑ Степашин və Ямпольский, 1908. səh. 248, 159
- ↑ Азербайджанская Демократическая Республика (1918—1920). Армия. (Документы и материалы). Bakı. 1998. səh. 246—250.
- ↑ Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı: Şirvannəşr. 2004. səh. 11-18.
Ədəbiyyat
redaktə- Şəmistan Nəzirli. General Yadigarov qardaşları. Bakı, "Şirvannəşr", 2004 (az.)
- Şəmistan Nəzirli. Yadigarov qardaşları. // Azərbaycan generelları. Bakı: Gənclik. 1991. 208.
- В. А. Потто. История 17-го Драгунского Нижегородского Его Императорского Величества полка. Tiflis. 1908. 248.
- С. В Степашин, В. П Ямпольский. Органы государственной безопасности СССР в Великой Отечественной войне. Bakı. 1995. 699.