Dan Kral - Wikipedia
Dan_(kral) - Haqqında Məlumat
Dan və ya Halfdan (dan. Halvdan) — danlar və Danimarkanın birinci əfsanəvi kralı. Onun adı orta əsrlərdə yazılmış Skandinaviya ədəbiyyat nümunələrində verilir.
Adı
redaktəDan adının mənası naməlum olsa da, Halfdan adının mənası Azərbaycan dilində "yarı dan" deməkdir və qədim skandinav dilindən törəyib. Buna baxmayaraq, filoloqlar Dan adının Danimarkanın coğrafi adından daha qədim olduğunu düşünürlər. Kral Danın adı barədə VI əsrdə məşhurlaşmış bir xalq mahnısı mövcuddur. VII əsrdə Danimarka əhalisinə danlar olaraq müraciət edilməyə başlanmışdır.
İstinadlar
redaktəSələfləri İpper |
Danimarka kralı "Leyre salnaməsi"də |
Xələfləri Haldan |