Dadas Rzayev - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Dadaş Qərib oğlu Rzayev (22 dekabr 1935, Dəliməmmədli, Goranboy rayonu – 27 may 2024[1], Bakı) — Azərbaycan Respublikasının Müdafiə Naziri (20 fevral 1993 – 17 iyun 1993), general-mayor, Azərbaycan Respublikası Veteranlar Şurasının sədri.
Dadaş Rzayev | |
---|---|
23 fevral 1993 – 17 iyun 1993 | |
Əvvəlki | Rəhim Qazıyev |
Sonrakı | Səfər Əbiyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 dekabr 1935 |
Doğum yeri | |
Vəfat tarixi | 27 may 2024[1] (88 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Təhsili | |
Fəaliyyəti | hərbi qulluqçu |
Hərbi xidmət | |
Döyüşlər | |
Rütbəsi |
General-mayor |
|
|
Təltifləri |
Həyatı
redaktəDadaş Qərib oğlu Rzayev 1935-ci ildə Goranboy rayonunun Dəliməmmədli qəsəbəsində anadan olub. Məktəbi bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutuna daxil olan D. Rzayev 1954-cü ildə Sovet Ordusunda əsgər kimi hərbi xidmətə çağırılır. Daha sonra Hərbi Hava Desantçıları Məktəbinə göndərilir. İkinci kursda taqım komandirinin müavini təyin edilir. "Qızıl Ulduz" ordeni ilə təltif olunur.[mənbə göstərin] Məktəbi bitirdikdən sonra leytenant rütbəsi alaraq Yefremov şəhərinə taqım komandiri vəzifəsinə göndərilir. Bir il keçdikdən sonra Orta Asiyaya köçürülən Dadaş müəllim polklarını yoxlamağa gələn komandana Azərbaycanda qulluq etmək istədiyini bildirir. Zaqafqaziya Hərbi Dairəsində, Gəncə şəhərində olan 104-cü diviziyada xidmət edir. İlk gündən taleyini desant qoşunları hissələrinə bağlayan Dadaş Rzayev 1970-ci ildə Moskvada M. F. Frunze adına Ali Hərbi Akademiyaya daxil olaraq bu sahədə təhsilini davam etdirir. 1973-cü ildə buranı əla qiymətlərlə bitirən Rzayev Sovet Ordusunda 5 min nəfər şəxsi heyəti, 120-yə yaxın vertolyotu olan əlahiddə qırıcı hərbi-hava desantçıları briqadasının komandiri kimi yüksək hərbi vəzifədə xidmət edir. D. Rzayev yeganə azərbaycanlıdır ki, əlahiddə desant-paraşüt briqadasının komandiri olarkən general vəzifəsində çalışıb.[mənbə göstərin] Azərbaycan hökumətinin çağırışı ilə D. Rzayev 1991-ci ilə qədər Qarabağa Xalq Yardımı Komitəsində çalışır. Elə həmin illərdə Rzayev Milli Ordunun yaradılması ilə də məşğul olur. 1991-ci ildə müdafiə nazirinin müavini təyin olunur. Başkənd əməliyyatından sonra etiraz etməyinə baxmayaraq, müdafiə naziri təyin edilir. Prezident Əbülfəz Elçibəy tərəfindən Gəncə üsyanı zamanı atışmalarda iştirak etdiyi üçün vəzifəsindən azad edilmişdir.[mənbə göstərin]
Hal-hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ehtiyatda olan Zabitlər Konfederasiyasının sədridir. 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Veteranlar Şurasının sədri seçilib.[2]
21 dekabr 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Azərbaycan Respublikasının ictimai həyatındakı səmərəli fəaliyyətinə və gənclərin vətənpərvərlik tərbiyəsindəki xidmətlərinə görə" "Şöhrət" ordeni ilə təltif edilib.[3]
Dadaş Rzayev 27 may 2024-cü ildə Bakı şəhərində vəfat edib.[4][5] İkinci Şəhidlər xiyabanında dəfn olunub.[6]
İstinadlar
redaktə- ↑ 1 2 General Dadaş Rzayev vəfat etdi. Qafqazinfo, 2024.
- ↑ "Azərbaycanın sabiq müdafiə naziri VƏFAT ETDİ". 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "D.Q.Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 mart 2021.
- ↑ "General Dadaş Rzayev vəfat etdi". Qafqazinfo (az.). 2024-05-28. 2024-05-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "Azərbaycanda məşhur general vəfat etdi". Oxu.az (az.). 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-30.
- ↑ "Azərbaycanın sabiq müdafiə naziri dəfn edildi". Oxu.az (az.). 2024-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-05-28.