Dasbulaq Kelbecer - Wikipedia
Daşbulaq, Oktyabrkənd, Kilsəli — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Daşbulaq kənd inzibati ərazi dairəsində kənd.[1]
Daşbulaq | |
---|---|
40°08′19″ şm. e. 46°01′38″ ş. u.HGYO | |
Ölkə | |
Region | Kəlbəcər rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 25 noyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Tarixi
redaktəDaşbulaq (keçmiş Oktyabrkənd) kəndi-kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilsələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirələrək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb.1992-ci ildə kəndin əvvəlki adı-Daşbulaq bərpa edilib.
Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hündürlüyündədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qədim alban hərfləri ilə yazılmış mətn vardır. Yazılar hər bir vannanın bütöv üstünü əhatə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axırdı, o vanna dolandan sonra su ilə açılmış xarım vasitəsilə o biri vannaya tökülürdü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər.Bu vannalardan bəzən yemək yağı, qatıq və pendir saxlanan tuluq və dəriləri yumşalltmaq üçün də istifadə edirdilər. Həmin tuluqları bu vannalardan bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.[2]
Yaylaqlar
redaktəYaz yurdu, Cəmilli yurdu, Köhnə yurd, Ələmağacı yurdu, Qoruxçuların bulağının yurd, Veysəlin dərəsinin yurd, Alıqulu ağanın yurdu, Qərvənd yurdu, Kərbəlayı orucun yurdu, Mələyin yurdu, Hüseynalıdüşən yurd, Nəcəfdüşən barmağın yurdu, Umudun yurdu.
Bulaqlar
redaktəMəşədi Bayram bulağı, Çınqıl bulaq, Ağaməmmədölən bulaq, Daşdançıxan bulaq, Təpələrin bulağı, Cərgələr bulağı, Göylü burun bulağı, Qiblə bulağı, Böyük çuxurun bulağı, Sallama bulağı, Otqayası bulağı, Həsənin bulağı, Köhnə yurdun bulağı, Tələlər bulağı, Lalə bulağı, Çay bulağı, Daş bulaq, İsbəndiyarın bulağı, Kəndin üstü bulaq.
Məşhur yerlər
redaktəKərbəlayı Orucun dəyirmanı, Nadirin dəyirmanı, Əzgillik, Məşədi Həsən dəyirmanı, Daşın altı, Dəlikdaş, Tülkü qayası, Şişindalı, Vəngin dərəsi, Ardışlı, Məmmədin kahası, Qaşyer, Xamgüney, Çıxaçaq, Daşlı güney, Qumlar, Kalafalığın yalı, Xaraba, Yarğanın dərəsi, Armudlu, Qaraquşun dərəsi, Genqobu, Bayramın yeri, Kərəmin yeri, Hüseynin yeri, Allahverdinin dərə yeri, Palaxlıq, Qumlar, Kazımın daşı, Məşədi Ağanın hasarı, Sadığın hasarı, Mikayılın hasarı, Qurbanın hasarı, Manafın yeri, Kövşənin çalası, Məşədi Məmmədin yeri, Dərinçuxur, Qırmızıqaya, Kərbəlayi Orucun əkin yeri, Otqayası, Gicitgənli, Gölyerləri, Kahanın başı, Kolluq yerləri, Ələkbərin yeri, Uzundərə, Yusifvurulan, Cərgələr, Abdullauşağının biçənəyi, Kəlölən, Yarpızlı qaya, Qoyunuçan, Qobu, Quruşırran, İsbəndiyarın hasarı, Şamonun çalası, Ayıçiləsi.[2]
Həmçinin bax
redaktə- Daşbulaq (Xocalı)
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
- ↑ 1 2 Məzahir Təhməzov Kəlbəcər Ensiklopedik məlumatlar Toponimlər fotoşəkillər xəritələr