Dag Gonlucesi - Wikipedia
Dağ gönlücəsi (lat. Eptesicus serotinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yarasalar dəstəsinin hamarburunlar fəsiləsinin gönlücə cinsinə aid heyvan növü.
Dağ gönlücəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Dəstə: Yarımdəstə: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dağ gönlücəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Xarici görünüşü
redaktəÖlçüləri iridir (kütləsi 15, 0 – 33,7 q, bədəninin uzunluğu 64,0 – 80,0 mm, bazusu 43.2 -58,0 mm). Qanadları enli və kütdür. Qəhvəyimtil-qonur rəngli xəzi hündürdür.
Yayılması
redaktəArealı Şimali Afrikadan və Avropadan Cənub – Şərqi Çinə qədər uzanır. Azərbaycanda 2000 m hündürlüyə qədər hər yerdə yayılmışdır[3].
Yarımnövləri
redaktə- Eptesicus serotinus andersoni
- Eptesicus serotinus isabellinus
- Eptesicus serotinus mirza
- Eptesicus serotinus pachyomus
- Eptesicus serotinus turcomanus
Yaşayış yeri və həyat tərzi
redaktəBütün landşaftlarda rast gəlinir, ancaq meşələrə və ya onları əvəz edən bağlara daha çox bağlı olan çoxsaylı sinantrop növlərdən biridir. Qışdan başqa bütün mövsümlərdə tapılmışdır.
Könlücənin məskunlaşma sıxlığı dəniz səviyyəsindən hündürlük və landşaft tipindən asılı olaraq dəyişir. Bu rəqəm Böyük Qafqaz və Talışın 1300-1700 m hündürlükdə dağ meşələri qurşağında və Kür ovalığının az mənimsənilmiş yarımsəhra rayonlarında ən azdır (hər km 1 -10 heyvan). Çoxsaylı dişi qrupları (100 fərdə yaxın) respublikanın şimal-şərqində (Qusar, Xaçmaz rayonları) və Kiçik Qafqazda aşkar edilmişdir. Burada onların məskunlaşma sıxlığı 1 km2–də 10 fərddən artıqdır (ayrı –ayrı məntəqələrdə 50 -100).
Çoxalması və inkişafı
redaktəDemək olar ki, bütün könlücələr tikililərdə aşkar edilmişdir. Bir balaçıxarma yığını ağyarpaq qovağın geniş koğuşunda tapılmışdır. Daha çox çardaqlarda, xüsusən köhnə tikililərdə yaşayır. Erkəklər yazdan payıza qədər yarıqşəkilli sığınacaqlarda (divar, qaya, günbəz və s. yarıqları) tək –tək olurlar. Başqa yarasalarla birlikdə tapılmamışdır. Yazda dişilər yay sığınacaqlarında apreldə görünür, avqustda yoxa çıxırlar.
Erkəklərin sığınacaqlarında temperatur 16-40 C, dişilərin və onların balalarının yaşayış yerlərində isə 15-46 C hüdüdlarında olur. Könlücələrin sığınacaqlarında minimal günlük temperatur səhər saatlarında olur. Bu zaman onlar dar yerlərə toplaşıb sıx qruplaşaraq donub qalırlar. Sığınacaq qızdıqca heyvanlar aralanıb geniş yayılırlar. Adətən 27-35 C boğazlıq və tükdəyişmə dövründə isə 39 -46 C tempuraturlu yerlərdə olurlar.
Dişilərdə boğazlığın başlanğıcı apreldə qeydə alınmışdır. Mayda rüşeymlər artıq formalaşmış olur. Tək-tək doğuşlar mayın sonu – iyunun əvvəlində, kütləvi doğuşlar isə iyunun ortalarında baş verir. Müxtəlif yığınlarda 20-25 gün çəkir. Qısır dişilərin sayı 0-dan 33,3%-ə qədər olur (tədqiq edilmiş 313 fərd üçün 8,3 %). Nadir istisnalarla nəsildə ancaq bir bala olur.
Heyvanların əsas postnatal inkişafı bir ay ərzində tamamlanır. İkinci, üçünçü gün gözləri açılır, 10-cu gün xəzi sıx və hündür olur, 8-10 gündən sonra alt, 12-13 gündən sonra üst çənəsində dişlər çıxır. Ayrı-ayrı gönlücələrdə dişlərin dəyişməsi 15 günlüyə yaxın, əksəriyyətində isə 25-30 günlük yaşda başa çatır.
Bütün dişilər yalnız öz balalarını tanıyır və yemləyir. Axşam uçuşu zamanı onları sığınacaqlarda qoyurlar. Bu zaman körpələr (1-2 günlük) özlərini narahat aparır və az qala fasiləsiz olaraq ciyildəyirlər. Daha yaşlılar isə donub qalırlar. Gecə ərzində cavanların yanında həmişə bir neçə dişi olur. İlk könlücələr yemlənmədən 2-3 saat sonra, onların əsas kütləsi isə səhər saat 3 -4 də qayıdır.Öz balalarını axtarıb tapan heyvanlar sakitləşirlər ( səhər saat 5-6-da tamamilə).
Balalarını axtarma zaman dişilər, görünür yalnız iybilmə duyğusunu rəhbər tuturlar. Belə ki, balalar bu zaman adətən yatır və ciyiltiylə özlərini nişan verə bilmirlər. Körpələri yalayarkən dişilər onların dərisində və xəzlərində öz üz vəzilərinin sekretini qoyurlar ki, bu da öz balalarını tanımağa onlara kömək edir.
İyulun əvvəlində 25-28 günlük cavan heyvanlar ilk uçuşlarını edirlər. Bu zaman tez-tez tikililərin divarlarına, ağaclara qonub dincəlirlər. Məhz bu dövrdə onların nəzərəçarpacaq dərəcədə tələf olması qeydə alınır. Körpələrin meyidləri və zəifləmiş heyvanlar sığınacağın ətrafında olur.
Laktasiya 40 günə yaxın çəkərək iyulun 3-cü ongünlüyündə kəsilir. Bu ayın ortalarından dişilərdə və balalarda tükdəyişmə başlayır. Yaşlı erkəklər və qısır dişilər iyulun əvvəlində tükdəyişməni başa çatdırır. Təzə tüklər əvvəlcə beldə, ən sonda isə qarında çıxır. Avqustun ortalarında bütün könlücələrin təzə xəz örtüyü olur.
Cavan dağ könlücələri arasında cinslərin nisbəti müxtəlif yığınlarda və müxtəlif illərdə fərqlənir. Məsələn, [uğ koloniyasında (Dağlıq Qarabağ) çox vaxt dişilər (1966-1967-ci illərdə 1, 2 : 1 nisbətində), Azərbaycanın şimal-şərqində isə (Xaçmaz, Qusar), 1983-cü ildə erkəklər üstünlük təşkil etmişdir (1: 0,75).
Balaçıxarma koloniyalarında adətən 1-5 yaşlı dişilər üstün olur (ortalama 61%). 6-10 yaşlı fərdlər 31,1 %, 10 yaşından böyüklər isə 7,6 % təşkil etmişdir. Halqalama məlumatlarına görə həyatın maksimal uzunluğu 13, diş kəsiklərinə görə 21 ildir. Yaş tərkibindən və orta ömür müddətindən (3,7-7,4 il) çıxış etsək, bu növün sakinləri hər 10 ildən bir yeniləşməlidir.
Dağ gönlücələrinin axşam uçuşu günəş batdıqdan 17-60 dəqiqə sonra 50 lüksə yaxın işıqlanma zamanı qaş qaralanda başlayır. Əksəriyyəti qaranlıqda uçur. Tutqun havalarda həmişəkindən tez görünürlər. Leysan zamanı heyvanlar geri qayıdır, ya da istənilən sığınacağa girir. Apreldə dağ rayonlarında könlücələr hətta aşağı temperaturda da (5 -7 C) uçur, ancaq həşəratlar olmadığından tezliklə geri qayıdırlar. Havanın temperaturu 0 C-yə qədər aşağı düşəndə heyvanlar oyanmırlar.
Ov ortalama 2,5-3, laktasiya dövründə isə 1,5-2 saat çəkir. Doymuş heyvanlar öz sığınacaqlarından kənarda da dincələ bilərlər. Günəşin doğmasına 20 -60 dəqiqə qalmış 5:00-5:20-də tamamilə gizlənir. Həm yaşayış məntəqələri hüdudlarında (Küçələr boyunca, bağların, parkların ağacları arasında), həm də onlardan kənarda yaxın bağlara, çay vadilərinə, meşə talalarına və kənarlarına, açıq yerlərə (tarlalar, yarımsəhralar) 5 km-ə qədər məsafəyə uçaraq yemlənirlər.
Qidalanması
redaktəDağ könlücəsinin qida qalıqlarında 14 dəstəyə və 54 fəsiləyə aid olan 95 həşərat tapılmışdır. Böcəklər (17 fəsilə) və kəpənəklər (13 fəsilə) daha zəngin təmsil olunmuşdur. Onların qalıqları nəzərdən keçirilən bütün mədələrdə və ifrazatlarda olmuşdur. Lövhəbığlılar üstünlük təşkil etmişdir (53,3 %). Xırıldaqlar (19,4 %), kaprofaqlar (18,6), bürünc böcəklər (14,0), peyin qurdları (10,1 %) də az olmamışdır. Kiçik həcmdə və daha seyrək uzunburunlar, şıqqıldaq, qızılböcək, qarabədən, vizilçək, buynuzlular, yarpaqyeyənlər, qabıqyeyənlər və b. rast gəlinmişdir. Pulcuqqanadlılardan volnyanki (18,2 %), sovkalar (15,0 %), atəşböcəklər, qarışçılar, güvələr və b., ikiqanadlılardan milçəklər və uzunayaqlılar, düzqanadlılardan cırcıramalar, danadişilər və sisəklər, bərabərqanadlılardan sikadlar və köpükçülər qeydə alınmışdır. Bu həşəratlar arasında bir çox bitki ziyanvericiləri vardır. Azərbaycanın kənd təsərrüfatı rayonlarında kütləvi və adi həşəratları məhv etməklə yarasalar insana böyük yardım göstərirlər.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2004.
- ↑ Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
- ↑ Рахматулина И. К. Рукокрылые Азербайджана (Фауна, Экология, Зоогеография) // Баку, 2005