Dervis Xalcalari - Wikipedia
Dərviş xalçaları — Təbriz xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Xalça | |
Dərviş xalçaları | |
---|---|
Xalça haqqında məlumatlar | |
Məktəbi | Təbriz xalçaçılıq məktəbi |
Toxunması haqqında məlumatlar | |
Üslubu | Təbriz xalçaçılıq məktəbi[1] |
Ümumi məlumat
redaktəXV əsrdən başlayaraq Təbrizdə toxunan xalçalar Yaxın Şərq, o cümlədən Qafqaz Xalçaçılıq sənətinə ciddi təsir göstərmişdir.
Sufilərin — tərki-dünyaların paltarları da yundan toxunurdu. İlk sufilər aydın dünyagörüşünə malik deyildilər. Sonralar tədricən sufizm qədim Şərqin müxtəlif dini baxışları olan qnostisizm və xristianlığın müxtəlif təlimlərini götürərək ideya-nəzəri cəhətdən təkmilləşmişdir.
Bədii analizi
redaktəXalçada dərvişlərin məclisi təsvir olunur — sağ küncdə Şəmsi Təbrizi, yuxarı sol küncdə Sultan Bəyazid, aşağı sol küncdə Nur Əli Şah, aşağıda sağ tərəfdə Əli şah Müştaq təsvir edilmişdir. Kompozisiyanın gözündə Nemətulla şahdır. Xalçada təsvir olunmuş adamlar sufiliyin davamçılarıdır. Sufiliyin davamçıları qardaşlıq əsasında bölünür və onların hər biri öz dövrlərinin məşhur sufisi kimi yüksəlir.
Xalçada təsvir edilən kiçik göldə üzən ördəklə, iki qırmızı balıq, yuxarıda isə dərviş atributları : iki kəsişən təbərzin, kəşkül və təsbeh, kiçik medalyonlarda ərəbcə dərvişlərin adları verilmişdı. Göldə üzən ördək və iki qırmızı balıq paklığın və gələcəkdə yenidən dünyaya qayıdış deməkdir.
Texniki xüsusiyyətlər
redaktəXalça yundan toxunulub, əriş və arğacı pambıqdandır. Pambıq əriş xalçaya tarımlıq gətirirdi. Ölçüləri 220 x 135 sm.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- Azərbaycanın el sənətinin maraqlı nümunələri Arxivləşdirilib 2016-01-05 at the Wayback Machine
- ↑ Muranov V., Gasimoova D. Azerbaijani Carpets Tabriz Group (ing.). 2013. P. 10.