Dervis Parisi Partladir Film 1976 - Wikipedia
Dərviş Parisi partladır — Azərbaycan filmi.[1]
Dərviş Parisi partladır | |
---|---|
| |
Janr |
komediya musiqili |
Rejissorlar |
Kamil Rüstəmbəyov Şamil Mahmudbəyov |
Əsərin müəllifi | Mirzə Fətəli Axundov |
Ssenari müəllifi | Ədhəm Qulubəyov |
Baş rollarda |
Sergey Yurski Mirzə Babayev Adil İsgəndərov Leyla Bədirbəyli Səfurə İbrahimova Mömünat Qurbanova Ənvər Həsənov Həsənağa Turabov |
Operatorlar |
Zaur Məhərrəmov Arif Nərimanbəyov |
Bəstəkar | Tofiq Quliyev |
Rəssam | Nadir Zeynalov |
İstehsalçı | "Azərbaycanfilm" kinostudiyası |
İlk baxış tarixi | 11 fevral 1977 |
Filmin digər adları | Müsyö Jordan və Dərviş Məstəli Şah |
Filmin növü | tammetrajlı bədii film |
Müddət | 68 dəq. |
Ölkə | SSRİ |
Dil | azərbaycanca |
İl | 1976 |
Texniki məlumatlar |
7 hissə 1934 metr genişekranlı 35 mm |
Rəng | rəngli |
IMDb | ID0321983 |
Məzmunu
redaktəFilmdəki hadisələr XIX əsrin ortalarında Qarabağda cərəyan edir. Tanınmış fransız botanika alimi Müsyö Jordan (Sergey Yurski) mülkədar Hətəmxan ağanın (Adil İsgəndərov) qonağı olur. O, ev sahibinin qardaşı oğlu Şahbaz bəyi (Ənvər Həsənov) özü ilə Parisə aparmaq, orada onu oxutdurmaq istəyir. Lakin feodal-patriarxal ənənələrə kor-koranə riayət edən qohumlar bu səfərin qarşısını almaq üçün hər cür hiyləyə əl atırlar.
Əsərdə olduğu kimi, filmdə də XIX əsr feodal Azərbaycanında hökm sürən ətalət və gerilik ifşa edilir, eyni zamanda sakit patriarxal mühitində mütərəqqi meyllərin yaranmasından danışılır, gənclər biliklərə yiyələnməyə dəvət olunur. İctimai elmlər, o cümlədən təbiətşünaslıq elmi təbliğ edilir.
Film haqqında
redaktə- Film dramaturq Mirzə Fətəli Axundovun "Müsyö Jordan və Dərviş Məstəli Şah" klassik komediyasının motivləri əsasında çəkilmişdir.
Filmin heyəti
redaktəFilmin üzərində işləyənlər
redaktə- Əsərin müəllifi: Mirzə Fətəli Axundov
- Ssenari müəllifi: Ədhəm Qulubəyov
- Quruluşçu rejissor: Kamil Rüstəmbəyov, Şamil Mahmudbəyov
- Quruluşçu operator: Zaur Məhərrəmov, Arif Nərimanbəyov
- Quruluşçu rəssam: Nadir Zeynalov
- Geyim rəssamı: Elbəy Rzaquliyev
- Bəstəkar: Tofiq Quliyev
- Səs operatoru: Əziz Şeyxov
- Rejissor: Akif Rüstəmov
- Təcrübəçi rejissor: Ziyafət Abbasov
- Operator: Vaqif Muradov
- Dekor rəssamı: Fikrət Ələkbərov
- Qrim rəssamı: V. Bereznyakov
- Montaj edən: Lidiya Vyalsova
- Redaktor: Fərman Kərimzadə
- Rejissor assistenti: Ziya Şıxlinski, T. Atakişiyev
- Operator assistenti: T. Əlizadə
- Rəssam assistenti: A. Stepanova
- Quraşdırılmış səhnələrin operatoru: Mirzə Mustafayev
- Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev
- Çalır: Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestri
- Dirijor: R. Məlikaslanov
- Filmin direktoru: Nazim Ələkbərov
Rollarda
redaktə- Sergey Yurski — Müsyö Jordan
- Mirzə Babayev —Dərviş Məstəli şah
- Adil İsgəndərov — Hətəmxan ağa
- Leyla Bədirbəyli — Şəhrəbanu
- Səfurə İbrahimova — Sənəm
- Mömünat Qurbanova — Şərəfnisə
- Ənvər Həsənov — Şahbaz bəy
- Həsənağa Turabov — Rəşid bəy
- S. Bağırova — Gülçöhrə
- Fazil Salayev — Qulaməli
- Kamil Məhərrəmov — Qəmbər
- Ramiz Əzizbəyli — nökər
- V. Marianbey
- Fikrət Ələkbərov
- Osman Həqqi — bəy
- A. Məmmədzadə
- Bahadur Əliyev — bəy
- N. Məhərrəmov
- Gümrah Rəhimov — bəy
- Arif Mədətov — bəy (titrlərdə yoxdur)
- Yaqub Məmmədov (xanəndə) — Xanəndə
Filmi səsləndirənlər
redaktə- Əliağa Ağayev — Hətəmxan ağa (Adil İsgəndərov) (titrlərdə yoxdur)
- Əliabbas Qədirov — Şahbaz bəy (Ənvər Həsənov) (titrlərdə yoxdur)
- Yusif Vəliyev — Dərviş (Mirzə Babayev) (titrlərdə yoxdur)
- (Xuraman Hacıyeva) — Şərəfnisə (Mömünat Qurbanova) (titrlərdə yoxdur)
- Sadıq Hüseynov (aktyor) — Bəy (Arif Mədətov (aktyor)) (titrlərdə yoxdur)
İstinadlar
redaktə- ↑ Qiyas Ə. Mirzə Fətəli Axundov və "Dərviş Parisi partladır" filmi //Mədəniyyət.- 2008.- 9 may.- S. 13.
Mənbə
redaktə- Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 257.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 144; 220–221.