Dere Hamami - Wikipedia
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə.[2] Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir.[3] Hazırda yararsız haldadır.[4]
Dərə hamamı | |
---|---|
41°12′12″ şm. e. 47°10′45″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Şəhər | Şəki |
Yerləşir | Hüseyn Əkbərov küçəsi, 5 |
Aidiyyatı | Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğu |
Tikilmə tarixi | XIX əsr |
Vəziyyəti | yararsız haldadır |
Rəsmi adı: Historic Centre of Sheki with the Khan’s Palace | |
Tipi | Mədəni |
Kriteriya | (ii)(v) |
Təyin edilib | 2019 |
İstinad nöm. | 1549 |
Dövlət | Azərbaycan |
Region | Avropa |
İstinad nöm. | 4981[1] |
Kateqoriya | Hamam |
Əhəmiyyəti | Ölkə əhəmiyyətli |
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir.
Haqqında
redaktə1870-ci illərdə[5] sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir. Hər salon yuxarıdan günbəzlə örtülüb. Günbəzlərdə işıq düşməsi üçün kiçik deşiklər var. Sabunlanma bölməsinin əks tərəfindən köməkçi binalara soyuq və isti su hovuzları birləşir. Bu hovuzlara "xəzinə" deyilir. Hamama su saxsı borular vasitəsilə yaxınlıqdakı qədim su kəmərindən verilib. Hamam 1980-ci illərə qədər fəaliyyət göstərib. Ümumi sahəsi 89 kvadratmetrdir. Soyunma otağı, çimmə otağı, bir nömrə və dəhlizdən ibarətdir. Soyunma yerinin sahəsi 120 kvadratmetrdir - eni 10 metr, uzunluğu 12 metr, hündürlüyü 13 metr. Nömrənin sahəsi 12 kvadratmetrdir - eni 3 metr, uzunluğu 4 metr. Çimmə otağının sahəsi 50 kvadratmetrdir - eni 5 metr, uzunluğu10 metr, hündürlüyü 8 metr. Divarın qalınlığı 80 santimetrdir. Bina bayırdan yer səviyyəsindən 6 metr aşağıdadır.[2]
Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.[6]
2001-ci ildən Şəki şəhərinin tarixi hissəi UNESCO-nun Ümumdünya İrsi siyahısına namizəd seçilib. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.[7] Qərar Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında qəbul olunub.[8] Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir.
Son vaxtlar istifadə olunmadığı üçün yararsız hala düşüb və dağılma təhlükəsi var.[4]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı" (PDF). mct.gov.az. 28 oktyabr 2015. 23 oktyabr 2018 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 3 mart 2020.
- ↑ 1 2 "Dərə hamamı". sheki.heritage.org.az. 12 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ing. ). whc.unesco.org. 2019. 8 iyul 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ 1 2 "Şəkidə "Dərə hamamı" baxımsızlıq ucbatından yararsız hala düşüb". xezerxeber.az. 30 sentyabr 2019. 3 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "100 ildən çox yaşı olan dövlət abidəsi uçurulur". faktxeber.com. 6 avqust 2011. 3 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2020.
- ↑ "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust Tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmişdir" (PDF) (az.). mct.gov.az. 2001-08-02. 2021-07-07 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-12-30.
- ↑ "Historic Centre of Sheki with the Khan's Palace" (ingilis). unesco.org. 2019. 2022-03-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-14.
- ↑ "Şəki Xan Sarayı Dünya İrsinin siyahısında" (az.). Amerikanın Səsi. 2019-07-07. 2021-04-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-30.