Deqiqlik Sinfi Masinqayirma - Wikipedia
Dəqilik sinifi - maşınqayırmada hissələrin (hissə, düyüm, maşın, cihaz) hazırlanma dəqiqliyininin standartlarda verilən müsaidələrin qiyməti ilə müəəəyn olunan səciyyəsidir. Dəqiqlik sinifi məhsulun ayrı-ayrı həndəsi parametrlərinə (məsələn, dişli çarxların parametrləri, xətti və bucaq ölçüləri və .s.) və ya məhsulun bütövlükdə özünə (məsələn dəzgahlar, yastıqlar və s.) aid edilə bilər. Həndəsi parametrlərin dəqiqlik sinifləri maşınqayırmada tipik birləşmələr üçün verilən müsaidə və oturtma standartlarının tərkib hissəsidirlər, məsələn hamar, yivli, konik, şlisli və s. birləşmələrə aid olan dəqilik sinifləri istənilən məhsulda tətbiq olunan bu həndəsi parametrlər üçün eynidir.
Müsaidələrin verilən standart sistemdəki istənilən dəqiqliyi müasidə vadidi nominal ölçüdən asılı olaraq i ilə müəyyn olunur. Məsələn, hamar silindrik birləşmələr üçün müasidə vahidi (mkm) 1-500 mm arasında: i=0,45+0,001 (İSO-ya əsasən) olur. Burada, d- daxilində müasidə sabit götürülən verilmiş interval üçün nominal ölçünün orta qiymətidir (mm). Hər bir dəqiqlik sinifi üçün, əsasə 1,6, bəzi hallarda 1,25 və ya 2 olan həndəsi silsilə üzrə tərtib edilmiş müəyyən sayda müsaidə vahidi götürülür. Hər bir müasidə sistemində bir neçə dəqiqlik sinifi mövcud olur. Onlar ardıclıl oaraq nömrələnirlər. Müasidə həddi artdıqca dəqiqlik sinifi də artır. İSO sistemində 18 əsas ölçü dəqiqliyi vardır. onlar 01, 0, 1,2,3..., 16 kimi işarələnirlər.
Dəqiqlik sinifi bir neçə məhsula birlikdə qoyulur.Bu halda maşın, cihaz və ya düyüm üçün, onların istismar göstəricilərinə və həmçinin onun işləmə dəqiqliyinə təsir edən məmulların xassələrinə buraxılan müsaidə əsasında standart işlənilir. Məsələn, dəzgahın dəqiqlik sinifi, bu dəzgahda hazırlanmış hissələrin səthlərinin ölçü və formadan meyillənməsi, həmçinin dəzgahın bazalaşdırıcı səthlərinin və işçi orqanların qarşılıqlı hərkətinin xəatalarının həddi ilə təyin olunur. Yastıqlarda dəqiqlik sinifi yastığın fırlanma xətaları, eləcə də onun səthlərinin yığma dəqiqliyi ilə ölçülür.
Maşınqayırmada dəqiqlik sinifi məmulun vacib istismar, texnoloji və iqtisadi xarakteristikasıdır və məmulun parametrlərinin hesabatda nəzərdə tutulanlara yaxınlaşma dərəcəsini göstərir. Dəqiqlik sinifindən maşınların yığılmasının dəqilqiyi, əmək tutumu və maya dəyəri, emal avadnalığının seçilməsi və nəzarət asılıdır. Maşınlar üçün materialların seçilməsində, konstruksiyanın layihələndirilməsində də dəqiqlik sinifi mühüm rol oynayır.