Deniz Gezmis - Wikipedia
Dəniz Gəzmiş (türk. Deniz Gezmiş; 27 fevral 1947, Ayaş, Ankara ili – 6 may 1972[1], Ankara) — Türkiyəli marksist-leninist inqilabçı və siyasi aktivist.
Dəniz Gəzmiş | |
---|---|
türk. Deniz Gezmiş | |
Doğum tarixi | 27 fevral 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 6 may 1972[1] (25 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | edam edilib |
Dəfn yeri |
|
Atası | Cəmil Gəzmiş |
Anası | Müqəddər Gəzmiş |
Milliyyəti | türk |
İxtisası | Hüquqşünaslıq |
Təhsili | İstanbul Universiteti |
Fəaliyyəti | Aktivist |
deniz-gezmis.com | |
Vikianbarda əlaqəli mediafayllar |
1972-ci ildə 25 yaşında iki yoldaşı ilə birlikdə edam edilmişdir. Dəniz Gəzmiş həyatı, fəaliyyəti və ölümü ilə Türkiyə cəmiyyətinin üzərində dərin izlər buraxmışdır. Ölümündən sonra barəsində yazılmış mahnılar və çəkilmiş sənədli, bədii filmlər buna misal göstərilə bilər.
Uşaqlıq və gənclik illəri
redaktəDəniz Gəzmiş 1947-ci ilin 28 fevral tarixində Ankaranın Ayaş səmtində dünyaya gəlmişdir. Babası Rizə bölgəsinin Əkizdərə səmtinə bağlı Cimil kəndinin sakini olmuşdur. Gəzmişin nəsili Konyadan köçmək məcburiyyətində qalmış Oğuz türklərinə gedib çıxmaqdadır. Dəniz Gəzmişin atası Ərzurumda yerləşən orta məktəblərin birində müfəttiş kimi çalışan Cəmil Gəzmiş idi. Anası Müqəddər Gəzmiş də Ərzurum bölgəsinin Tortum səmtində orta məktəb müəlliməsi kimi çalışırdı. Ailənin üç oğlan uşağından ikincisi olan Dəniz Gəzmişin özündən böyük qardaşı Bora Gəzmiş hüquq faklütəsində olan ixtisasından ayrılıb bank sistemində çalışmağa başlamışdı. Evin kiçik övladı Hamdi Gəzmiş maliyyə müşaviri vəzifəsində çalışmaqda idi.
Gəzmiş ilk təhsilini Sivas şəhərində[2], lise təhsilini isə İstanbulun Heydərpaşa Lisesində tamamlamışdır. Təhsil aldığı müddət ərzində tanış olduğu sol qrupların fikirləri Gəzmişdə böyük maraq oyatmışdı. Zamanla həmin sol qrupların tədbirlərində iştirak etməyə başlamışdır.
Siyasi fəaliyyəti
redaktəSaxlanılması və edamı
redaktə12 Mart Çevrilişinin ilk günlərindən sonra Yusuf Aslan ilə birlikdə Sivasa getməkdə ikən motosikletləri xarab oldu. Bir şikayətin nəticəsində polislərin gəlməsindən sonra baş verən silahlı qarşıdurmada Aslan ilə bir-birlərini itirdilər. Aslan o anlarda Sarqışlada yaralı ikən[3], Gəzmiş isə 16 mart 1971 günü Sivasın Gəmərək rayonunda mühasirəyə alınaraq saxlanıldı və Kayseriyə gətirildi. Buradan Ankaraya, dövrün Daxili İşlər Naziri Haldun Məntəşəoğlunun yanına aparıldı.
Məhkəməsi 16 iyul 1971 günü Altındağ Veterinar Məktəbi binasının yanında briqada generalı Ali Əlverdinin başçılığında Baki Tuğ məhkəməsində Ankara Sıxıyönətim Komandanlığı 1 nömrəli məhkəməsində başladı və 9 oktyabr 1971 günü bitdi. Dəniz və dostları 16 iyul 1971 tarixində başlayan THKO-1 məhkəməsində Türk Cəza Qanununun 146-cı maddəsini ixlal etdiynə görə, 9 oktyabr 1971 tarixində 146/1 maddəsi gərəkçəsi ilə edam cəzasına məhkum edildi. 1972-ci il mayın 6-da edam edilib.[4]
Son məktub
redaktə"Ata, məktub əlinizə keçdiyi zaman aranızdan ayrılmış olacam. Mən nə qədər üzülməyin desəm də yenə də üzüləcəyinizi bilirəm. Fəqət, bu vəziyyəti mətanətlə qarşılamağınızı istəyirəm. İnsanlar doğulur, böyüyür, yaşayır və ölürlər. Önəmli olan çox yaşamaq deyil, yaşadığı müddətdə daha çox şeylər edə bilməkdir. Bu səbəbdən mən erkən getməyi normal qarşılayıram… O ki qaldı məndən əvvəl gedən yoldaşlarıma, onlar heç bir zaman ölüm qarşısında tərəddüd etmədilər. Mənim də tərəddüd etməyəcəyimdən şübhən olmasın.
Oğlun ölüm qarşısında aciz və çarəsiz qalmayıb. O, bu yola bilərək girib və öz sonunun da belə olacağını bilirdi. Səninlə düşüncələrimiz ayrıdır, amma məni anlayacağına ümid edirəm…Sadəcə sənin deyil, Türkiyədə yaşayan kürd və türk xalqlarının da anlayacağına inanıram. Cənazəm üçün vəkilimə lazımlı tapşırıqları vermişəm. Bundan əlavə, prokurora da bildirəcəm. Ankarada 1969-cu ildə ölən yoldaşım Taylan Özgürün yanına basdırılmağımı istəyirəm. Onun üçün, cənazəmi İstanbula aparma. Anamı təsəlli etmək də sənin boynunadır. Kitablarımı kiçik qardaşıma verirəm. Özünü də xüsusilə tənbeh et. Onun elmlə məşğul olmağını istəyirəm. Elmlə məşğul olsun və unutmasın ki, elmlə məşğul olmaq bəşəriyyət üçün xidmətdir. Son anda etdiklərimdən zərrə qədər də peşmanlıq hiss etmədiyimi bildirir, səni, anamı, böyük qardaşımı və kiçik qardaşımı inqilabın dərin atəşi ilə qucaqlayıram. Oğlun.[5] Mərkəz Cəza Evi – Ankara 5 May 1972" |
Cəmiyyətə təsiri
redaktəXarici keçidlər
redaktə- Parkalı Deniz’in fotoğrafçısı kitap yazdı — Hürriyet (Kelebek), Ali Dağlar, Yayın Tarihi: 25 Mayıs 2013 (Türkcə)
Mənbə
redaktəBiblioqrafiya
redaktə- Gülünün Solduğu Akşam, Erdal Öz, Can Yayınları, 1986 (Türkcə)
- Deniz Gezmiş’in Günlüğü, Ali Yıldırım, İtalik Yayınevi, 2012 (Türkcə)
İstinadlar
redaktə- ↑ 1 2 Bibliothèque nationale de France Deniz Gezmiş // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Dəniz Gəzmiş ağını kim yazıb? Arxivləşdirilib 2022-02-27 at the Wayback Machine, Metexan Aqbulud, İstifadə tarixi: 07 mart 2022. (Türkcə)
- ↑ Sarqışlaya düşürmesin Allah sevdiyi qulunu Arxivləşdirilib 2022-03-04 at the Wayback Machine, Metexan Aqbulud, İstifadə tarixi: 07 mart 2022. (Türkcə)
- ↑ "1971–1972: Last Days of Young Revolutionaries before Execution" Arxivləşdirilib 2022-01-20 at the Wayback Machine. Semra Çelebi, (6 may 2009). Bianet. (İngilis dili)
- ↑ "İşte Deniz Gezmiş'in babasına yazdığı son mektup" Arxivləşdirilib 2019-03-03 at the Wayback Machine. CNN Türk. 6 may 2010. (Türkcə)