Demiryolcularin Medeniyyet Sarayi Rostov Na Donu - Wikipedia
Dəmiryolçuların Mədəniyyət Sarayı - Rostov-na-Donu şəhərinin ərazisində, Zelejnodarojnı rayonu Qusev küçəsi, ev 2а/5 ünvanında yerləşən bina. Bina 1924-1927-ci illərdə inşa edilmişdir. Burada Dəmiryolçuların mədəni istirahəti məqsədilə yaradılmışdır.
Dəmiryolçuların Mədəniyyət sarayı | |
---|---|
rus. Дворец культуры железнодорожников | |
47°13′31″ şm. e. 39°42′35″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Rostov-na-Donu |
Tikilmə tarixi | 1927 |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1924-cü ildə Vladiqafqaz dəmiryolçuları həmkarlar ittifaqı Rostov-na-Donu şəhərində mədəniyyət sarayının ucaldılması təklifi ilə çıxış edirlər. Onlar binanı sovet quruluşunun banısı Vladimir İliç Lenin adına Əmək sarayı adlandırmaq istəyirdilər. İlk əvvəllərdə bina Lenin adına Əmək Sarayı və ya LENDVOREÇ adlandırılırdı[1]).
Sarayın tikildiyi yer əbəs yerə seçilməmişdi. Belə ki, burada 1905-ci ildə dəmiryolçuların etiraz aksiyası olmuşdu. Onlar 13-20 dekabr tarixlərində Çar Rusiyası qoşunlarına və kazaklara qarşı dirəniş göstərmişdilər.
3 may 1924-cü ildə gələcək Dəmiryolçuların Mədəniyyət Sarayı ücün təməl atılmışdır. Tikinti işləri olduqca cəld həyat keçirilirdi. Artıq 1927-ci ildə tikinti işləri tamamən bitirilmişdi. 6 noyabr tarixində təntənəli açılış baş vermişdir. Layihənin rəhbəri Mixail Nikolayeviç Kondratev, A. Markelov, Leonid Feodoroviç Eberq olmuşdur.
Sarayı ilk tamaşaçılar 1928-ci ildə ziyarət etmişlər. Burada dəmiryolçuların mühüm görüşləri keçirilmişdir. Burada 1934-cü ildə dəmiryolçuların Mixail Aleksadroviç Şoloxovla görüşü baş tutmuşdur. 1941-ci ildə isə burada 339-cu atıcı diviziyası təşkil olunmuşdur.
Böyük Vətən müharibəsi dönəmində binanln bir hissəsi zərər görmüşdür. Onun bərpası ilə əlaqədar işlər arxitektor Zoya Poçensova-Orlinskayaya tapşırılır. Bərpa işləri 1957-ci ildə bitir. 1960-cı ildə burada Dəmiryolçuların muzeyi açılır. 1961-ci ildə isə tarix, inanc və ateizm müzeyinə çevrilir.
Bina üzərində üç memorial lövhə vardır:
- «Dəmiryolçuların Mədəmiyyət sarayı 1905-ci ildə Çar tərəfdarları ilə üsyançılar arasında baş vermiş döyüşün yerində inşa edilmişdir»,
- «1905-ci ildə çar hökuməti tərəfdarları ilə toqquşmada qəhrəmancasına həlak olmuş işçilər: Anatoli Vasileviç Sobino, Dmitri Pivin, Klara Reyzman, vətəndam Vasili, Sara Leyter, Anton Uvarov»,
Rəhbərləri
redaktəMədəniyyət sarayının müharibədən sonrakı rəhbərləri: N. P. Rumanov, K. K. Delin, V. P. Kudryaşov, R. U. Sıbulski, А. V. Podqornı, V. V. Başkirov, L. М. Rafaelov, Т. V. Naumova, А. Q. Laktionov, İrina Vlafimirivna Şevçenko (hazır ki direktor)