Demir Sema Dasi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Dəmir (Səma daşı) Dəmir yer qabığında ən çox yayılmış elementlərdən biridir. Bu cəhətdən o bütün keçid elementləri arasında birinci yeri tutur.
- Dəmirin bioloji sistemlərdə iştirakı hələ çoxdan məlum olmuşdur. Həm də belə sistemlərdə ona Fe2+ və Fe3+ ionları şəklində təsadüf olunur. Hər iki oksidləşmə halında dəmir ionları üçün oktaedrik quruluşda kompleks əmələ gətirmək xarakterdir. Dəmir insan orqanizminə əsasən bitki mənşəli qidalar və əl ilə daxil olur.
İnsan bədənində dəmirin miqdarı 3–4 qramdır ki, bu da orqanizmdəki bütün digər keçid metalların ümüumi miqdarından çoxdur. Bədənin dəmir ehtiyatının 65–70% -i hemoqlabinin tərkibində 15%-I qaraciyərdə, dalağda, sümük iliyində və böyrəklərdə cəmlənmişdir. Qalanı isə zülal sintezində və plazmada oksidləşmə-reduksiya reaksiyalarında iştirak edir. Bioloji sistemlərdə dəmir onunla birləşən liqandın təbiətindən asılı olaraq, müxtəlif ion halında, məsələn, mioqlobin və hemoqlabində Fe2+-ionu katalaza və oksidazalarda isə Fe3+-ionu şəklində olur.
Dəmirin insan orqanizmindəki bir vacib vəzifəsi çoxlarına məlumdur. Çox adam bilir ki, bu sehrbaz metal qanın tərkibinə daxildir və qana qırmızı rəng verən də odur. Qanda dəmirə həyat aləmində ən vacib bioloji məsələlərdən biri- molekulyar oksigenin bədəndə ağciyərlərdən hüceyrələrə daşınması və aktivləşdirilməsi həvalə olunmuşdur. Qanda dəmir iki valentli şəkildə olur, lakin o, ağciyərdə dəmirə oksigen molekulu birləşdikdə üç valentli hala da keçə bilir.
Dəmirə olan gündəlik tələbat sağlam kişilər üçün 10 mq, sağlam qadınlar üçün isə 15–20 mq-dır. Orqanizmdə dəmir çatışmazlığı anemiyalara səbəb ola bilir.
Tarixi məlumatlar və hətta indiyə kimi həyat səhnəsində qalan ayrı-ayrı nişanlar göstərir ki, canlı aləmin təkamülü gedişində təbiət molekulyar oksigenin orqanizmdə yüksək effektlə daşınması üçün onu koordinasion bağlamaq və sonar da tələbat yerində özündən ayırmaq məqsədilə müxtəlif metal ionları üzərində iş aparmış və bu məsədlə sınaq meydanında dəmirdən başqa mis , vanadium, sink və s. metalları da yoxlamışdır. Son nəticədə isə ən münasib olan dəmirin üzərində dayanmışdır. Hər şeydən əvvəl məlum olmuşdur ki , dəmirin oksigen daşıyıcı qabiliyyəti daha yüksəkdir. Məsələn, atmosferlə tarazlıqda olan 1 l suda 20˚C temperatur və 1 at, təzyiqdə cəmi 6,59 sm3 oksigen həll olduğu halda, eyni şəraitdə 1l insan qanında 200sm3 oksigen həll olur. Beləliklə də təmiz suya nisbətən tərkibində oksigen daşıyıcısı dəmir olan qan təxminən 30 dəfə çox oksigen daşıya bilir.
Bu qayda ilə mahir səmərələşdirici olan təbiət orqanizmdə olan ən əlverişli oksigen daşıyıcısının axtarılıb tapılması üzərində uzun müddət tədqiqat aparmış və nəhayət bu təkamül prosesinin son noqtəsini Fe2+ ionunun kompleksi təşkil etmişdir. Bəs bu həyati vacib məsələnin həllində təbiət öz lövbərini nə üçün məhz Fe2+ ionunun üzərinə salıb? Sözsüz ki, bunun ciddi səbəbləri olmamış deyil bu bəzən bizim düşündüyümüz kimi də sadə deyil. Bilmək olmur ki, bu dəmirin təbiətdə ehtiyatının çoxluğu iləmi, yoxsa orqanizmdə bir oksigen daşıyıcısı kimi üstünlüyü iləmi əlaqədardır, yaxud onun hələlik ağlagəlməyən və gözəgörünməyən digər səbəbləri vardır Bütün bunların hamısı açılmamış sirlər kimi qalmaqdadır.
Mənbə
redaktə- K. B. Hoffman Kimya hamı üçün. Bakı, Maarif, 1967
- B. B. Nekrasov. Ümumi Kimya. Bakı, Maarif, 1965
- Всеобщая история химии, 393 с