Demesq Qizilgulu - Wikipedia
Dəməşq qızılgülü (lat. Rosa damascena) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü.
Dəməşq qızılgülü | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dəməşq qızılgülü |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Təbii yayılması
redaktəHündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi enliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoxçiçəkli, qalxanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Meyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.
Ekologiyası
redaktəSoyuğa, rütubətə, işığa davamlıdır. Münbit torpaqlarda daha yaxşı inkişaf edir.
Azərbaycanda yayılması
redaktəBöyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.
İstifadəsi
redaktəÇox gözəl dekorativ bitkidir. Parklarda dekorativ güllərlə birlikdə kompozisiyaların yaradılması üçün istifadə oluna bilər.