Duylun Piri - Wikipedia
Düylün piri — Ordubad rayonunun Düylün kəndində ziyarətgah. Naxçıvan bölgəsində əhalinin hörmət və ehtiramla ziyarət etdiyi ziyarətgahlardan biri də Düylün piridir. Bu pir Ordubad şəhərindən təxminən 20 km qərb tərəfdə yerləşən Düylün cənubunda yerləşir. Ətrafı geniş qəbiristanlıq olan pi¬si binası çiy kərpicdən inşa edilmişdir. Binanın içərisində ziyarət obyekti olan qəbir vardır. Qəbirin üstü təxminən 20 sm hündürlükdə hörülmüş və palçıqla suvanmışdır. Üstündə heç bir yazılı abidə yoxdur. Qəbirin üzərində kitabə olmadığı üçün onun mənsubiyyətini aydınlaşdırmaq mümkün olmamışdır. Ancaq el arasında olan fikirlərə görə bu pirdə şiələrin VII imamı Museyi Kazımın övladlarından Seyyid Şəffan (Səfi) dəfiı olun¬muşdur. Ehtimal etmək olar ki, ataları Museyi Kazımın zəhərlənib öldürülməsindən sonra canlarını qurtarmaq üçün müxtəlif yerlərə qaçan övladlarından biri olan Seyyid Şəffan (Səfi) bu qaziyə gəlmiş və orada yaşamışdır.[1] Öldükdən sonra isə orada dəfn edilmiş və qəbiri ziyarətgaha çevrilmişdir. Müsəlman dünyasının əksər yerlərində, xüsusilə şiələrin yayıldığı ərazilərdə müqəddəs şəxsiyyətlərin qəbirləri yanında dəfn olunmaq təqdir olunduğundan və böyük şərəf sayıldığından onun da qəbirinin ətrafında sonralar dəfn mərasimləri keçirilmiş və böyük bir qəbiristanlıq əmələ gəlmişdir.Qəbiristanlıqda indiyədək qalan sənduqə, daş qoç və qoyun, başdaşı formalı qəbirüstü xatirə abidələrinin bir hissəsi zaman keçdikcə təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuş, bir hissəsi isə nisbətən salamat qalmışdır. Bu abidələr üzərindəki məzar kitabələrinin tarixlərindən aydın olur ki, pir ən geci XIV əsrin ortalarından məşhurlaşmağa başlamış və oraya ziyarətə gəlmişlər. Bütün orta əsrlər boyu davam edən bu ənənə indiyədək qalmışdır. Hazırda bu müqəddəs yerə nəinki ətraf kəndlərin, hətta muxtar respublikanın digər rayonlarının da əhalisi ziyarətə gəlir.Tədqiqatçılar pirin sufiliklə əlaqədar mərkəzlərdən biri və 14 əsrdən əvvəl mövcud olduğunu ehtimal edirlər.
Mənbə
redaktə- Düylün piri Arxivləşdirilib 2010-09-27 at the Wayback Machine
- ↑ Hacıfəxrəddin Səfərli.Naxçıvanın məscid və ziyarətgahları.Naxçıvan "Əcəmi",2018