Duyunlu Eritema - Wikipedia
Düyünlü_eritema - Haqqında Məlumat
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora yarana bilər, miqrasiyə edən formaları illərlə gedə bilər.[1]
Düyünlü eritema | |
---|---|
XBT-10 | L52 |
XBT-9 | 695.2, 017.1 |
DiseasesDB | 4462 |
MedlinePlus | 000881 |
MeSH | D004893 |
Vikianbarda əlaqəli mediafayllar |
İstinadlar
redaktə- ↑ F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.