Duyum - Wikipedia
Düyüm — maşınqayırmada iki və daha artıq, aşağı səviyyəli maşın hissəsindən ibarət olan, hər hansı bir funksiyanı yerinə yetirən mexanizmdir. Düyüm bir neçə kiçik düyümlərdən və hissələrdən ibarət olub, yığma prosesi nəticəsində hazırlana bilər. Yığma zamanı istifadə olunan hissələr müəyyən cədvəl şəklində verilir. Bu istər texnoloji, istərsə də alqı-satqı məqsədilə işlədilir.
Maşınqayırmada düyüm bütöv qurğunun bir hissəsini təşkil edir. Buraya misal kimi ayrıca silindr və ya kompleks mexaniki və elektrik hissələri aid etmək olar. Hissələrin düyüm şəklində hazırlanması konstruksiya və planlama ərəfəsində işlərin qruplaşdırılmasına imkan yaradır. Təmir zamanı sıradan çıxmış hissə aid olduğu düyümlə birlikdə dəyişməklə maşının dayanma vaxtını azaltmaq olur. Bütöv qurğuya nisbətən kiçik düyümlərdə onların funksionallığını təmin etmək daha asandır.