Dunen Bu Gun Sabah Film 1963 - Wikipedia
"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi.[5]
Dünən, bu gün, sabah | |
---|---|
it. Ieri, oggi, domani | |
Janr | komediya filmi |
Əsas mövzu | fahişəlik, Aldatmaq |
Rejissor | |
Prodüserlər | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 21 dekabr 1963[4] |
Müddət | 118 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma, Milan |
IMDb | ID0057171 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Məzmun
redaktəFilm 3 hissədən ibarətdir.
Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib.
İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb. Bu əhvalat Milandan olan varlı xanım haqqındadır. Onun ciddi bir kişi ilə sevgi intriqaları var. Anna Renso ilə qaçmağa da hazırdır, lakin onlar az qala yolda dayanmış uşağı vuracaqdılar. Bundan qaçan Renso Annanın sevimli Rolls-Roysunu başa tərəfə çırpır. Olmuş hadisə həm Rensonu, həm də Annanı münasibətlərinə başqa tərəfdən baxmağa imkan verir.
Üçüncü hissə Çezare Zavattininin yazdığı "Mara"dır. Romada yaşayan gözəl fahişə haqqındadır. Mara ona vurulan ruhani seminariyasının tələbəsilə qonşudur. Əvvəl bu, Maranı əyləndirir, amma seminariya tələbəsinin təhsilini davam etdirmək istəməməsindən sonra o, öz səhvini başa düşür.
Film haqqında
redaktə- "Adelina" hissəsinin müəllifi əhvalatı real həyatdan götürüblər. Bu əhvalat qaçaqmalçı Konçetta Mukkardinin başına başına gəlmişdi. Həbsxanaya düşməmək üçün o, 19 dəfə hamilə qalmış və 7 oğul dünyaya gətirmişdi. Konçetta qaçaqmal siqaretlərini ölümünə qədər satdı. Həmin qadın 21 noyabr 2001-ci ildə 78 yaşında vəfat etmişdi.
- Filmin "Mara" hissəsinin ən yaddaqalan epizodu müştərisi Ruskoninin qabağında Maranın striptiz göstərməsi səhnəsidir. Bu səhnə 30 ildən sonra Robert Oltmenin "Yüksək dəb" filmində yenidən təqdim olunmuşdur.
Mükafatlar və nominasiyalar
redaktəMükafatlar
redaktə1964-cü ilin "Oskar" mükafatı:
redaktə- Xarici dildə ən yaxşı filmə görə
1964-cü ilin "Devid di Donatello" mükafatı:
redaktə- Ən yaxşı aktyor – Marçello Mastroyanni
- Ən yaxşı aktrisa – Sofi Loren
- Ən yaxşı quruluş
1965-ci ilin "BAFTA" mükafatı:
redaktə- Ən yaxşı xarici aktyor – Marçello Mastroyanni
Nominasiyalar
redaktə1964-cü ilin "Qızıl Qlobus" mükafatı:
redaktə- Samuel Goldwyn Award
Filmin heyəti
redaktəFilm üzərində işləyənlər
redaktə- Ssenari müəllifi: İzabella Kuarantotti, Eduardo de Filippo, Çezare Zavattini
- Rejissor: Vittorio de Sika
- Operator: Cüzeppe Rotunno
- Bəstəkar: Armando Trovayoli
- Prodüser: Karlo Ponti
Rollarda
redaktə"Adelina"
redaktə- Sofi Loren – Adelina Sbaratti
- Marçello Mastroyanni – Karmin Sbaratti
- Aldo Quffre – Paskuale Nardella
- Aqostinyo Salvetti – həkim Veraçe
- Lino Mattera – Amedio Skapisi
- Tekla Skarano – Veraçenin bacısı
- Silviya Monelli – Elvira Nardella
- Karlo Krokkolo
- Paskuale Çennamo
- Antonio Çançi
"Anna"
redaktə- Sofi Loren – Anna Molteni
- Marçello Mastroyanni – Renso
- Armando Trovayoli
"Mara"
redaktə- Sofi Loren – Mara
- Marçello Mastroyanni – Auqusto Ruskoni
- Tina Pika
- Covanni Ridolfi
- Cenaro di Qreqorio
İstinadlar
redaktə- ↑ http://www.imdb.com/title/tt0057171/.
- ↑ 1 2 3 http://www.cinematografo.it/cinedatabase/film/ieri-oggi-domani/9658/.
- ↑ 1 2 http://www.imdb.com/title/tt0057171/fullcredits.
- ↑ IMDb (ing.). 1990.
- ↑ "NY Times: Yesterday, Today and Tomorrow". The New York Times. 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016.