Dordcinar - Wikipedia
Dördçinar - Haqqında Məlumat
Dördçinar — Azərbaycan Respublikasının Füzuli rayonunun Horadiz kənd inzibati ərazi dairəsində kənd.[1]
Dördçinar | |
---|---|
39°27′39″ şm. e. 47°12′51″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
20 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir.[2]
Toponimikası
redaktəKöndələnçayın sahilində, düzənlikdədir. Kənd əvvəllər dörd uca cinar ağacı olan ərazidə salındığı üçün belə adlandırılmışdır. 1917-ci ildə rayonunun ərazisində Dördçinar Quzey və Dördçinar Üngütlü adlı iki yaşayış məntəqəsi qeydə alınmışdır.[3]
İqtisadiyyatı
redaktəƏhalinin əsas məşğuliyyəti kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Bu kəndlər də azad edildi - Prezident elan etdi". qafqazinfo.az (az.). 20 oktyabr 2020. 2020-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 oktyabr 2020.
- ↑ Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427