Crocus Caspius - Wikipedia
Xəzər zəfəranı (lat. Crocus caspius) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü.
Xəzər zəfəranı | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Xəzər zəfəranı |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Arealı
redaktəTransqafqazdan İrana qədər ərazilərdə yayılmışdır.
Qısa morfoloji təsviri
redaktəÇoxillik ot bitkisidir. Soğanaqlı yumrusu 2 sm hündürlükdə, 1 sm enində, üzəri pərdəli, tünd – qəhvəyi, lifli örtüklüdür. Daxili örtük qısa tükcüklüdür. Bitki 12-17 sm hündürlükdə; yarpaqlar çiçəklərlə birlikdə görünür. 5-7 ədəddir, bəzən çiçəklərdən hündür, çılpaq xətvari, 1,5-2 mm enində itidir. Çiçəklər ağ, əsnək narıncı, şırımısızdır. Çiçəkyanlığının kənarları uzunsov-ellipsivari, kütdür. Tozcuq erkəkcikdən uzun, sarı rəngdədir; ağızcıq sarı, dar kürəkvari, bütövdür.
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri
redaktəÇiçəkləmə və meyvə əmələ gətirmə dövrü oktyabr ayına təsadüf edir. Kriptofit (geofit), işıqsevən, duzlaşmaya davamlıdır. Soğanaq və toxumla çoxalır. Kolluqlarda, otlu yamaclarda qruplaşmalar əmələ gətirir. Dağətəyi qurşaqlarda daşlı və qayalı yerlərdə rast gəlinir.
Yayılması
redaktəLənkəranın dağlıq hissəsində yayılmışdır.
Sayı və tendensiyası
redaktəİtmə təhlükəsi altında olan bir neçə mövcuddur, populyasiyanın sayı sürətlə azalır .
Məhdudlaşdırıcı amillər
redaktəAntropogen amillər (otarılma, tapdalanma, əhali tərəfindən intensiv yığılması populyasiyanın sayının azalmasını sürətləndirir).
Mühafizə tədbirləri
redaktəMühafizəsi üçün xüsusi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsirlərin azaldılması məqsədilə yasaqlıqların təşkili, Populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi təklif olunur.
Sinonimləri
redaktə- Crocus boryanus var. caspius (Fisch. & C.A.Mey. ex Hohen.) Herb.