Crocus Ancyrensis - Wikipedia
Ankara zəfəranı (lat. Crocus ancyrensis) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin süsənkimilər fəsiləsinin zəfəran cinsinə aid bitki növü. Türkiyənin endemik bitkisidir. Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi tərəfindən Kiçik təhlükə altında olan növ kimi göstərilir. Öz elmi adını Ankaranın antik adından almışdır — Ancyra.
Ankara zəfəranı | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Ankara zəfəranı |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Yayılması
redaktəYabanı halda Türkiyənin şimal-şərqində və Mərkəzi Anadolu ərazisində yayılmışdır. Türkiyənin Amasiya, Ankara, Bolu, Çorum, Kastamonu, Kırşəhər, Kayseri, Qəhrəmanmaraş, Samsun, Sivas və Yozğad illəri ərazisində rastlanılır. Əsasən 1000-1600 metr hündürlükdə, qayalı torpaqlarda, quru meşələr, çəmənliklər, kolluqlar və iynəyarpaqlı meşələrdə rastlanılırlar. Şaxtaya davamlı, isti sevməz, suya tələbkar bitkidir.
Avropada bahalı dibçək bitki kimi yetişdirilir və "Golden Bunch" (qızıl buket) kimi tanınır.
Botanik təsviri
redaktəSoğanaqlı çox illik bitki olan Ankara zəfəranı 10—12 sm hündürlüyə malik olur. Növ XIX əsrdə alim Naydem Villiam Herbert və Cek Mav tərəfindən aşkar edilərək təsvir edilmişdir. Kyu kral botanika bağlarında aparılan araşdırmadan sonra 1881-ci ildə müstəqil növ kimi qeydə alınmışdır
Bitkinin soğanağı sərt örtük lifləri ilə örtülmüşdür. Yarpaqları ensizdir. Eni 0.5–1 mm genişliyindədir. Çiçəkləmədən sonra dahada uzanır. Çiçəkləri narıncı-sarı rəngdə olur. Qarların əriməsindən sonra çiçək açır. Çiçəkləmə əsasən fevral-mart aylarına təsadüf edir. Çiçəkləmə müddəti 20 gündür. Ankara zəfəranı Sarı zəfərana bənzəsə də rənginin daha çox qızılı olması və incə yarpaqları ilə fərqlənir. Bu bitkinin soğanaqları nişasta və şəkərin yüksək miqdarına görə ya xam şəkildə və ya bişirilərək istifadə edilirdi. Hazırda isə onun Vaxtsızçiçəklərə bənzəməsi səbəbindən istifadəsində azalma müşahidə edilir (Vaxtsızçiçəklərin soğanaqları zəhərli olur)