Con Snou - Wikipedia
Con Snou (ing. Jon Snow) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Con Snounun baxış bucağından verilir. The New York Times Con Snounu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb.[1][2] Con "Taxtların oyunu" serialında baş personajdır və serialın 2015-ci ildə yayımlanan 5-ci sezon finalında Conun öldürülməsi izləyicilər arasında böyük reaksiyaya səbəb olub. Conun ata və anasının kimiliyi həm kitabların, həm serialın izləyiciləri arasında məşhur müzakirə mövzusudur.
Con Snou | |
---|---|
ing. Jon Snow Buz və odun nəğməsi obrazı | |
Yaradan | Corc Martin |
Canlandıran | Kit Harinqton |
Məlumat | |
Təxəllüslər |
Lord Snou (ing. Lord Snow) Kral Snou (ing. King Qarğa) Ağ canavar (ing. The White Wolf) |
Cinsi | kişi |
Peşə |
Şimal kralı Gecə gözətçilərinin 998-ci komandiri |
Ailə |
|
Milliyyəti |
Stark sülaləsi Tarqaryan sülaləsi |
Con Snou "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın qeyri-qanunu oğlu olaraq təqdim edilir. Qeyri-qanunu oğul olması Con Snounun gələcək planlarını məhdudlaşdırır. Buna görə də o, Şimalın sərhədlərini Azad Xalqdan (ing. Free Folk) qoruyan Gecə Qarovuluna (ing. Night's Watch) qatılır. Con ailəsinin başına gələnlərə baxmayaraq verdiyi söz əməl edərək Qarovulda qalır. O, "Kralların çarpışması"nda (1998) Ağ gəzənləri (ing. White Walkers) araşdıran kəşfiyyat qrupuna qoşulur və Azad Xalqın sıralarına qoşulur. Con "Qılıncların fırtınası"nda (2000) Azad Xalqın Vesterosu işğal etmək istədiyini öyrənir və Azad Xalqa mənsub İqritə aşiq olur. Daha sonra o, Yqrittə və Azad Xalqa xəyanət edərək Gecə Qarovuluna geri qayıdır və Azad Xalq üzərində qələbə qazanır. Qarovulun Lord Komandiri olan Con Snou "Qarğaların ziyafəti"ndə (2005) çox az görünür. "Əjdahalarla rəqs"də (2005) Con Gecə Qarovulu və Azad Xalq arasında ittifaq üçün danışıqlar aparır. Qarovulda Cona qarşı yaranan düşmənçilik axırda onun bıçaqlanmasına səbəb olur.
Con Snou "Taxtların oyunu" serialında ingilis aktyoru Kit Harinqton tərəfindən canlandırılır.
İstinadlar
redaktə- ↑ Orr, David. "Dragons Ascendant: George R. R. Martin and the Rise of Fantasy". The New York Times. August 12, 2011. June 30, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2014. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ Jennings, Dana. "A Dance with Dragons Review: In a Fantasyland of Liars, Trust No One, and Keep Your Dragon Close". The New York Times. July 14, 2011. May 31, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 20, 2014. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)