Cnidaria - Wikipedia
Dalayıcılar (lat. Cnidaria) — heyvanlar aləminə aid heyvan tipi. Suda yaşayırlar. Tipə daxil olan növlərin əksəriyyəti dənizlərdə, bir qismi isə şirin sularda yaşayır. 11000-ə yaxın növü qeydə alınıb.
Dalayıcılar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Tip: Dalayıcılar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Xarakterik numayəndələri meduzalar, mərcanlar və hidralardır. Knidarialar sırf su heyvanları olub başlıca olaraq normal-dəniz hövzələrində, abissala qədər bütün dərinliklərdə məskunlaşmış; bəziləri şor və şirin su hövzələrində yaşayır. Knidarialar dalayıcı və ya gicitkan adlanan xüsusi kapsullar var. Bu kapsullar zəhərli maye dolmuş, içərisində sap dolağı olan boşluqdan ibarətdir. Bu saplar xaricə atılır, müxtəlif heyvanları yaralayır və iflic halına salır. Knidarialar aktiv yırtıcılardır. Knidarialar üçün bir çox hallarda ikitərəfli simmetriya elementləri ilə mürəkkəbləşmiş radial simmetriya səciyyəvidir. Knidarialar həqiqi çoxhüceyrəlilər arasında sadə orqanizmlər hesab olunur. Lakin onlarda 4–5 funksional sistem (həzm, əzələ, cinsi, əsəb və adi skelet) vardır. Bu heyvanlarda birdeşikli (ağız) böyük qastral boşluğun olması, əvvəllər onlara Coelenterata (bağırsaqboşluqlular) adının verilməsinə səbəb olmuşdur. Knidarialar başqa heyvanlarda məlum olmayan xüsusi (ikili) həyat tsikli ilə səciyyələnir. Eyni fərddə iki yaşayış formasının (polipoid və meduzoid) bir-birini əvəz etməsi ilə səciyyələnən nəsl dəyişkənliyi (metagenez) müşahidə olunur. Polipoid nəsli oturaq (bentos) həyat tərzi keçirərək tək və ya tumurcuqlanma və ya bölünmə yolu ilə (qeyri-cinsi çoxalma) yaranan kolonial orqanizmlərlə təmsil olunmuşdur. Poliplərin üzvi (xitin və ya protein) yaxud karbonat tərkibli (karbonat-xitin və b. kombinasiyalı) skeletləri olur. Müasir Knidarialar üç sinifə bölünürlər: hidroidlər (hydrozoa), stsifoidkimi (Scyphozoa) və mərcanlar (Anthozoa). Qazıntı Knidarialar arasında sistematik vəziyyəti mübahisəli olan bir neçə qrup, o cümlədən protomeduzalar (Protomedusea, Vend — Ordovik1) və hidrokonozoa (Hydroconozoa, Kembri – Təbaşir) ayrılmışdır. Bəzi alimlər protomeduzaları şərti olaraq, Scyphozoa sinifinə aid edirlər. Vend – müasir.
Sinifləri
redaktə- Hidroidlər (Hydrozoa)
- Sifoidlər (Scyphozoa)
- Mərcan polipləri (Anthozoa)
- Yumrumeduzlar (Cubozoa)
- Polipodilər (Polypodiozoa)
- Polipmeduzlar (Staurozoa)
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2005.
- ↑ Ruggiero M. A., Gordon D. P., Orrell T. M., Bailly N., Bourgoin T., Brusca R. C., Cavalier-Smith T., Guiry M. D., Kirk P. M. A Higher Level Classification of All Living Organisms (ing.). // PLOS ONE / PLOS ONE Editors PLoS, 2015. Vol. 10, Iss. 4. P. e0119248. ISSN 1932-6203 doi:10.1371/JOURNAL.PONE.0119248 PMID:25923521
Mənbə
redaktə- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.