Cinsiyyeti Tesdiqleme Emeliyyati - Wikipedia
Cinsiyyəti təsdiqləmə əməliyyatı, Cinsiyyətin dəyişdirilməsi əməliyyatı və ya Bədənin tənzimlənməsi əməliyyatı — insanın anadangəlmə cinsiyyətinə müvafiq olan fiziki görünüşünü və bioloji cinsi xüsusiyyətlərini müəyyən etdiyi gender kimliyi ilə uyğunlaşdırmaq üçün dəyişdirilməsinə imkan verən cərrahi prosedur və ya prosedurlar seriyasıdır.[1] Tarixdə məlum olan birinci cinsiyyətin dəyişdirilməsi əməliyyatı 1931-ci ildə Berlində vaginaplastika əməliyyatı keçirən Dora Rixterin üstündə həyata keçirilmişdir.[2]
Əməliyyat
redaktəƏməliyyatın həyata keçirilməsi üçün xəstəxana, komissiya hesabatları və məhkəmə qərarı tələb olunur.[3] Kişi cinsiyyətinə sahib olmaq istəyən qadınlara ediləcək penis implantasiyası üçün iki üsuldan istifadə edilir. Bunlardan birincisi qolun dərisi, ikincisi isə ayağın nazik sümüyünün dərisindən hazırlanan protezlərdirlər.[3] Bu cərrahi əməliyyat penisi meydana gətirəcək qapaqların (flapların) hazırlanması, yeni sidik yollarının yaradılması və alt tərəfdən görünüş kimi mərhələlərdən ibarətdir.[4] Qadın cinsinə keçmək istəyən kişilərin üzərində həyata keçirilən əməliyyatlarda isə cinsiyyət orqanının dərisi kökündən hər tərəfli kəsilərək əlcək barmağı kimi soyulub çıxardılır. Dərisiz qalmış penisdə olan süngərvari, mağaralı cisimlər (corpus cavernosum) qasıq dərisinin altında hər iki tərəfdən basdırılır və beləliklə vulvanın böyük dodaqları (labia majora) kimi qabarıqlıq əmələ gətirilir.
İstinadlar
redaktə- ↑ "Cinsiyet Uyum Sürecindeki Translarla Klinik Sosyal Hizmet". Psikoloji ve Psikiyatride Güncel Araştırma ve İncelemeler. Anadolu Psikoterapi Derneği. 3 (1): 88–108. 30 iyun 2023. ISSN 2792-0283. 2024-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 iyul 2024.
- ↑ Munro, Donald. "Trans Media Watch". 18 sentyabr 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 iyun 2016.
- ↑ 1 2 "Çift Cinsiyetli - Cinsiyet Değiştirme ameliyatı dosyası" (türk). 28 iyul 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2008.
- ↑ "cinsiyet değiştirecek bayan hastada operasyon planlaması" (türk). 9 yanvar 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2008.