Ciddi Olmagin Ehemiyyeti Komediya - Wikipedia
Ciddi olmağın əhəmiyyəti və ya Ciddi olmaq nə qədər vacibdir (ing. The Importance of Being Earnest) — Oskar Vayldın komediyasıdır. Komediyanın adı kalamburdan ibarətdir. İngilis dilində "ciddi" mənasını verən Earnest sözü Ernest adı ilə eyni səslənir. Bu ad pyesdə iki obrazı təmsil edir. Onların heç bir ciddi insan deyillər[1].
Ciddi olmağın əhəmiyyəti | |
---|---|
Vikianbarda əlaqəli mediafayllar |
Yazılışı və sonrakı taleyi
redaktəƏsər Vayldın 1890-cı illərin birinci yarısında "aşağı təbəqənin zövqləri naminə" yazdığı "yüksək təbəqə komediyaları" qrupuna aiddir"[2]. Əsərdəki hadisələr və personajlar dialoqun inkişafından əvvəl arxa plana keçirdi[3].
Tamaşanın əsas hadisəsi— iki eqoist, Cek Uorting və Alcernon Monkrifin iki qızla izdivacından bəhs edir. Süjet fars və melodramatik elementlərlə doludur — məsələn, hər iki qəhrəman sevdiyi qıza özünü bəyəndirmək üçün Ernest adlı şəxs olduqlarını iddia edirlər, lakin ifşa edilirlər. Finalda Cek və Aljernonun qardaş olduğu ortaya çıxdı, üstəlik onlardan birinin adı həqiqətən də Ernest imiş.
İlk baxışda Vayld bu tamaşada heç bir ciddi məsələyə toxunmur, amma əslində ədəbsizlik və riyakarlıq mövzuları mühüm yer tutur. Həmçinin siyasi mövzulardan da çəkinmir[4]. K. Çukovski, "qıt həyatın poetik ifadəsi" ilə məşğul olan Sesili (Cekin şagirdi) obrazının əhəmiyyətini xüsusilə qeyd etmişdir[2].
Oyun 1894-cü ildə düşünülmüş və 14 fevral 1895-ci ildə Sent-Ceyms Teatrında (London) səhnəyə qoyulmuşdur.
Tamaşa az qalsın qalmaqalla başa çatacaqdı — Kuinsberri, Vayldın onun oğlu Alfredi yoldan çıxarmasından şübhələndiyindən tamaşanı pozmaq istəyir, amma dramaturq vaxtında polisi xəbərdar edir. Tamaşa tamaşaçılar və tənqidçilər tərəfindən hərarətlə qarşılandı.
Bernard Şou tamaşanı "son dərəcə gülməli", Herbert Uells "təzə", Uisten Oden "şifahi opera" adlandırdı. 1946-cı ildə Kral VI Georgi tərəfindən tamaşaya baxış, Vayldın həbsindən sonra əsəri üzərində uzun müddət qalan "rüsvayçılığa" son qoydu.
Mədəni təsiri
redaktəKomediya Tom Stoppardın "Travesti" (1974) pyesinin əsasını təşkil etmişdir.
Müzikl
redaktə"Ciddi olmağın əhəmiyyəti" komediyası əsasında bəstəkar Vladimir Baskin və librettoçu Yevgeni Muravyov "Evlilik sənəti" müziklini yazmışdılar. Dzerjinsk Dram Teatrında (2016), Sverdlovsk Musiqili Komediya Teatrında (2017), A. Raykin ad. Sankt-Peterburq Estrada Teatrında (2017) səhnələşdirilmişdir.
Ekranlaşdırılması
redaktəKomediya dəfələrlə ekranlaşdırılmışdır, ən məşhurları:
- "Ciddi olmağın əhəmiyyəti" (1952), Antoni Asquitin çəkdiyi britaniya filmi. Venesiya Film Festivalı (1952) mükafatı almışdır.
- "Ciddi olmağın əhəmiyyəti" (1976), Sovet filmi — tamaşa.
- "Ciddi olmağın əhəmiyyəti" (2002), Oliver Parkerin çəkdiyi britaniya filmi. (rollarda: Kolin Fört, Rupert Everett)
İstinadlar
redaktə- ↑ Мухина Ю. Н. Ироническая маркированность каламбура в художественном дискурсе Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine
- ↑ 1 2 Корней Чуковски. Оскар Уайльд Arxivləşdirilib 2012-02-15 at the Wayback Machine
- ↑ Михайловский Б. Уайльд Arxivləşdirilib 2012-02-15 at the Wayback Machine // Литературная энциклопедия
- ↑ Гениева Е. Ю. Уайльд Arxivləşdirilib 2009-06-18 at the Wayback Machine // История всемирной литературы
Xarici keçidlər
redaktə- K. Beckson. Oscar Wilde: the critical heritage
- S. Mason. Bibliography of Oscar Wilde