Chondrichthyes - Wikipedia
Qığırdaqlı balıqlar (lat. Chondrichthyes) — heyvanlar aləminin xordalılar tipinə aid heyvan sinfi.
Qığırdaqlı balıqlar | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Sinif: Qığırdaqlı balıqlar |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Ümumi xarakteristika
redaktəQığırdaqlı balıqlar (Chondrichthyes) sinfinin nümayəndələri, əsasən, dəniz və okeanlarda, bəzi növləri şirin sularda yaşayır. Bu sinfə 730 növ balıq aiddir. Sinif 2 alt sinfə - Yastıqəlsəməlilər (Elasmobranchii) və Bütövbaşlılara (Holocephali) bölünür.Ən tanınmış nümayəndələri köpəkbalıqları və skatlardır.
Daxili və xarici quruluşu
redaktəQığırdaqlı balıqların uzunluğu bir neçə sm-dən başlayaraq 20 metrə kimi olur. Onların xarakterik xüsusiyyəti skeletin qığırdaqdan ibarət olması, dişcikli pulcuqlarla örtülmüş dəri örtüyü, dişlərin emal qatı ilə örtülməsi, 5-7 cüt xarici qəlsəmə dəliyinin olması, üzmə qovuğunun olmamasıdır. Qığırdaqlı balıqlar üçün eninə ağız və mürəkkəb quruluşlu beyin xarakterikdir. Bəzi balıqlar elektrik orqanlara (bizquyruq skat), bəziləri isə zəhərli vəzilərə (dəniz tülküsü) malikdir. Bu balıqlar, əsasən, (skatlar istisna olmaqla) kürü tökməklə çoxalır. Köpək balıqlarında, həmçinin, yumurta-diridoğma və diridoğma müşahidə edilir. Skatlar yalnız diridoğma və yumurta-diridoğma ilə çoxalır. Sənayedə əhəmiyyəti var. Bəzi növləri insan üçün təhlükəlidir (məsələn, çəkic balığı).Qığırdaqlı balıqların skeleti qığırdaqdan ibarətdir. Sümüklü balıqlardan fərqli olaraq bu balıqlarda üzmə qovuqcuğu yoxdur. Ona görə də bu balıqlar dərinə dalmamaq üçün daim hərəkət etməlidirlər. Digər tərəfdən qığırdaqlılarda qəlsəmə dəlikləri çölə açılır və qəlsəmə qapağı olmur. Burada ximerlər istisna təşkil edir. Ximerlərdə qəlsəmə dəliyi dəri qırışı ilə örtülür. Qəlsəmə yarıqları və qəlsəmə qövsü adətən 5 ədəd, bəzi hallarda isə 6-7 ədəd olur. Sümüklü balıqlardan fərqli olaraq qığırdaqlı balıqların qəlsəmələri azot mübadiləsi qalıqları və duzlar ayırmır. Köpək balıqları ağız vasitəsilə nəfəs alır. Skatlarda su açıq klapanlar vasitəsilə ağız-udlaq boşluğuna daxil olur, klapanlar bağlandıqda qəlsəmələrdən xaric edilıir.
İnkişafı
redaktəQığırdaqlı balıqların cinsiyyət sistemi cinsiyyət vəziləri və cinsiyyət axarlarından ibarətdir. Onlar üçün daxili mayalanma xarakterikdir. Yumurtalıqdan çıxan yumurta hüceyrəsi yumurta axarının yuxarı hissəsində mayalanır. Mayalanmış yumurta hüceyrəsindən yumurta yaranır. Yumurta ya orqanizmdən xaric olur, ya da yumurtalığın aşağı hissəsində qalır. Birinci halda yumurta xarici mühitdə inkişaf edir və ondan xırda fərdlər çıxır. İkinci halda embrion ana orqanizmində inkişaf edir. Beləliklə, qığırdaqlı balıqlar yumurtaqoyma və diridoğma ilə çoxalırlar.
İfrazat sistemi
redaktəİfrazat orqanı funksiyasında böyrəklər çıxış edir. Sidiyin əsas komponenti qismində ammonyak (sümüklü balıqlarda) deyil, sidik cövhəri çıxış edir. Dənizlərdə yaşayan qığırdaqlı balıqlar izotonik mühitdə yaşayır. Onların toxumalarındakı təzyiq xarici təzyiqə bərabər olur.
Azərbaycanın ixtiofaunasında bu sinfə aid növ yoxdur.
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2003.