China Telecom - Wikipedia
China Telecom - Çin dövlət telekomünikasiya şirkəti. Çində ən böyük telefon rabitə operatoru və üçüncü ən böyük mobil operatordur. Dünyanın ən böyük dövlət şirkətləri siyahısında 2019-cu il üçün "Forbes Global 2000" sıralamasında 168-ci yeri tutub (gəlir baxımından 144, xalis mənfəət baxımından 248, aktivlər baxımından 329 və bazar kapitallaşmasına görə 299).[2] Bu siyahıda Çin şirkətləri arasında 32-ci yer tutub.
China Telecom | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | ictimai şirkət |
Sənaye | telekommunikasiya sənayesi[d] |
Məhsulları | İnternet xidmət provayderi, rəqəmsal televizor[d] |
Təsis tarixi | 10 sentyabr 2002 |
İqtisadi göstəriciləri | |
Xalis mənfəəti |
|
Struktur | |
İşçi sayı |
|
chinatelecom-h.com |
Tarix
redaktə"China Telecom" 10 sentyabr 2002-ci ildə dövlətə məxsus "Çin Telekommunikasiya Korporasiyası"nın yenidən qurulması nəticəsində yaradılmışdır. Şanxay, Guangdong, Szyansu və Çjetszyan əyalətlərində olan əməliyyatlar dövlət tərəfindən şirkətə verilir. Şin telekommunikasiya korporasiyası "China Telecom"un səhmlərinə nəzarət paketinin özundə saxlayır, səhmlərin bir hissəsini isə Honkonq Fond Birjası və Nyu York Fond Birjasına çıxardır.
2 iyun 2008-ci ildə, "China Unicom"un CDMA radio əlaqə xidməti üzrə aktivlərini 110 milyard yuana (15,86 milyard dollar) aldığını elan edərək, abunəçi sayını 43 milyona qədər artırır. 7 yanvar 2009-cu ildə "China Telecom" CDMA 2000 lisenziyasını alır və bu da şirkətin, 3G telekomunikasiya imkanlarının genişləndirilməsini asanlaşdırır.[3][4][5]
Şirkətin törəmə şirkəti olan "China Telecom (Europa) Ltd." 23 oktyabr 2008-ci ildə şirkətin Avropa bazarında dövriyyəsini artırmağı hədəfləyən Avropa və Asiyada xidmətlərini genişləndirmək planlarını açıqlayır[6] .
2011-ci ilin may ayında "China Telecom" Çində kiçik və orta şirkətlər üçün SAP iş tətbiqetmələrinin bulud versiyasını yaratmaq üçün SAP şirkəti ilə əmakaşlığa başlayır[7].
2014-cü ilin iyul ayında şirkət "China United Network Communications Corporation" və "China Mobile Communication Company" ilə birlikdə, mobil qüllələr üçün bir təmir və inkişaf şirkəti olan "China Tower Corporation Limited'i təsis edir.
2018-ci ilin dekabr ayında Çin Xalq Respublikasında 3400–3500 MHz tezliklərdə 5G mobil rabitə inkişaf etdirmək üçün lisenziya alır. Bunun sayəsində ölkənin 17 şəhərində beşinci nəsil mobil rabitənin min stansiyası quraşdırıldı .
Sahibləri və rəhbərliyi
redaktəŞirkətin ən böyük səhmdarı, 70,89 % səhm ilə "China Telecommunications Corporation" dövlət korporasiyasıdır. Qalan səhmlərin bir hissəsinə isə, Çin əyalət investisiya şirkətləri sahiblik edir. Səhmlərin qalan 17,15% hissəsi isə sərbəst dövriyyədədir.
Fəaliyyəti
redaktə2002 | 2003 | 2004 | 2005 | 2006 | 2007 | 2008 | 2009 | 2010 | 2011 | 2012 | 2013 | 2014 | 2015 | 2016 | 2017 | 2018 | |
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Dövriyyə | 109.6 | 118.5 | 162.3 | 171.2 | 177.5 | 180.9 | 186.8 | 209.4 | 220.0 | 245.1 | 283.2 | 321.6 | 324.8 | 331.5 | 352.5 | 366.2 | 377.1 |
Xalis gəlir | 9,773 | 24.69 | 28.04 | 28.06 | 27.56 | 24.40 | 0.884 | 13.93 | 15.31 | 16.49 | 14.95 | 17.55 | 17.69 | 20.06 | 18.02 | 18.62 | 21.21 |
Aktivlər | 303.6 | 305.6 | 417.7 | 425.8 | 423.9 | 413.3 | 440.3 | 440.1 | 420.7 | 419.3 | 545.3 | 543.2 | 561.5 | 629.7 | 652.6 | 661.2 | 663.4 |
Kapital | 152.8 | 131.3 | 162.6 | 187.8 | 209.3 | 224.5 | 213.0 | 236.4 | 245.7 | 256.2 | 265.1 | 277.7 | 289.2 | 303.8 | 315.4 | 325.9 | 343.1 |
İstinadlar
redaktə- ↑ 1 2 https://www.sec.gov/Archives/edgar/data/1191255/000119312519125555/d648641d20f.htm.
- ↑ "Arxivlənmiş surət". 2019-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16. (#empty_citation)
- ↑ "Arxivlənmiş surət". 2012-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-08.
- ↑ "Arxivlənmiş surət". 2011-06-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-06-04.
- ↑ "Arxivlənmiş surət". 2008-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16. (#empty_citation)
- ↑ "Arxivlənmiş surət". 2012-09-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-09-08.
- ↑ https://www.webcitation.org/6AX4dxx2S?url=http://www.ft.com/cms/s/1b1f345a-7fdf-11e0-b018-00144feabdc0,Authorised=false.html?_i_location=http%3A%2F%2Fwww.ft.com%2Fcms%2Fs%2F0%2F1b1f345a-7fdf-11e0-b018-00144feabdc0.html#ixzz1Ma7j9WAt (#empty_citation)