Ceyms Uatson - Wikipedia
Ceyms Votson — (ing. James Watson, 6 aprel 1928[2][1][…], Çikaqo, İllinoys[1]), 1950-ci illərdə Fransiz Krik ilə apardığı araşdırma ilə DNTnin cüt spiral quruluşunu aşkar edərək Nobel Mükafatını almış məşhur elm adamı, bioloq.
Ceyms Vatson | |
---|---|
ing. James Dewey Watson[1] | |
Doğum adı | James Dewey Watson[1] |
Doğum tarixi | 6 aprel 1928[2][1][…] (96 yaş) |
Doğum yeri | |
Elm sahələri | biokimya[1], Genetika[1], Molekulyar biologiya[1] |
Elmi dərəcəsi |
|
İş yerləri | |
Təhsili |
|
Üzvlüyü | |
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və kəşfləri
redaktəÇikaqo Universiteti zoologiya üzrə təhsil aldıqdan sonra 1950-ci ildə İndiana Universitetində maqistatura oxumuşdur. 1950–1953-cü illərdə öncə Kopenhagendə, sonra da Kembric Universitetidə DNTnin quruluşunu çıxarma üzərində araşdırmalar aparmışdır. Kembric Universitetidə Fransiz Krik ilə girişdiyi analizlər nəticə vermiş və 1953-cü ildə Nature jurnalında qısa, sadəcə 900 sözdən ibarət məqalələrinin nəşri elm adına önəmli bir qaranlıq bölüm aydınlanmış oldu. Məqalə belə başlıyırdı: "Dezoksiribonuklein (DNT) üçün bir quruluş təklif etmək istəyirik…"
Ancaq bu kəşfdə Rosalind Franklinin də payı böyükdür. Əgər 38 yaşında xərçəngdən ölməsəydi o da veriləcək Nobel Mükafatını paylaşa bilərdi. DNT-nin cüt spiral quruluşunun olduğunun tapılmasında Rosalind Franklinin Rentgen şüaları rəsmləri önəmli rol oynamışdır. Ancaq özü Rentgen şüalarıının rəsimlerini doğru şərh etməmişdir.
Nəaliyyətləri
redaktəCeyms Uatson 1956'da Harvard Universitetinde Molekulyar Biyoloji və Biyokimya Professorluğuna gətirildi.
1962 yılında Dr.Crick'lə DNT'nin 3D quruluşunu kəşf etdiyinə görə Nobel mükafatına layiq oldular.
1967 ilində isə The Double Helix: A Personal Account of the Discovery of the Structure of DNA (İkili spiral : DNT quruluş həlli öyküsü) adlı, DNT'nin ətraflı həlli öyküsünü ehtiva edən kitabını yazdı.
Nobel mükafatını satdı
redaktəCeyms Uatson, 1962-ci ildə DNT-nin cüt spiral quruluşunu kəşf etdiyi üçün aldığı Nobel mükafatını satışa çıxardaraq 4,8 milyon dollara satmışdır. Beləcə tarixdə ilk dəfə həyatda olan bir Nobel laureatı mükafatı satmışdır. BBC-nin xəbərinə görə, Nyu-Yorkdakı Christie's hərrac evində satışa təqdim edilən qızıl medalın 2,5 −3,5 milyon dollara satılması gözlənilirdi. 86 yaşındakı Votsonun mükafatını maddi çətinliklər səbəbiylə satışa çıxardığı bildirilib.