Ceyhun Hesenov General Leytenant - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ceyhun Əkbər oğlu Həsənov (5 dekabr 1962, Salyan rayonu) — Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini və Penitensiar xidmətin rəisi (2016–2023), ədliyyə general-leytenantı.
Ceyhun Həsənov | |
---|---|
10 iyun 2016 – 10 iyul 2023 | |
Əvvəlki | Mədət Quliyev |
Sonrakı | Mirsaleh Seyidov |
2004 – 2016 | |
Əvvəlki | Oqtay Əliyev (1994–2004) |
Sonrakı | Emin Şəkinski |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 dekabr 1962 (62 yaş) |
Doğum yeri | |
Təhsili | |
Rütbəsi |
Ədliyyə general-leytenantı |
Həyatı
redaktəHəsənov Ceyhun Əkbər oğlu 5 dekabr 1962-ci ildə Salyan rayonunda anadan olmuşdur. 1981–1983-cü illərdə Silahlı Qüvvələrin sıralarında hərbi xidmət keçmişdir.
1994-cü ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Polis Akademiyasını bitirmişdir. 1984–2004-cü illərdə daxili işlər orqanlarında müxtəlif məsul və rəhbər vəzifələrdə çalışmışdır.
2004–2016-cı illərdə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis idarəsinin rəisi vəzifəsində işləmişdir.
Azərbaycan Respublikası Prezidentinin 10.06.2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsinə təyin olunmuşdur. Ədliyyə general-leytenantıdır.
Azərbaycan Respublikası Prezidentinin 10.07.2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirinin müavini — Penitensiar xidmətin rəisi vəzifəsindən azad olunub
Daxili işlər orqanlarında uzun illər ərzində qüsursuz xidmətinə görə Daxili İşlər naziri tərəfindən dəfələrlə müxtəlif təltiflərə layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 01.07.2009-cu il tarixli 364 nömrəli Sərəncamı ilə Qanunçuluğun qorunmasında, cinayətkarlıqla mübarizədə igidlik və şücaət göstərdiyinə görə "İgidliyə" görə medalı ilə təltif olunmuşdur.
Ailəlidir, üç övladı var.