Cavid Semedov - Wikipedia
Səmədov Cavid (d. 14 may 1987, Azərbaycan, Bakı) — opera müğənnisi-bariton. Hal-hazırda Almaniya Federativ Respublikasının Nürnberq şəhərində yaşayır.
Cavid Səmədov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | opera müğənnisi |
Səs tembri | bariton |
Təhsili | |
javidsamadov.com |
Bioqrafiya
redaktəSəmədov Cavid 14 may 1987-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.
Cavid Səmədov Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasını bitirmişdir. (Azərbaycan Respublikası Bakı şəhəri) Tələbəlik dövrundə opera sahəsində ustalığının artırılması məqsədilə Qalina Vişnevskaya tərəfindən Moskva şəhərində fəaliyyət göstərən “Opera mərkəzi” nə dəvət edilmiş və bu sənəti təkmilləşdirmişdir.
Bundan sonra Cavid Səmədov İtalyanın Ozimo şəhərində yerləşən Opera sənəti Akademiyası və Pezaro şəhərində yerləşən Renato Tebaldi və Mario Del Monako adına Akademiyalarda təhsilini davam etdirmişdir.
Təhsil müddəti zamanı o Vilyam Mateuzzi, Harriet Lawson, Lella Kuberli, Raina Kabayvanska, Antonio Yuvarra, Alla Simoni, Karlo Morqanti, Mario Melani, Sergio Seqalini, Tomas Hempson, Pyetro Spanyoli, Cinziya Forte, Verena Keller, Andreas Shuller və Kristina Muti kimi ustad sənətkarların ustad dərslərində iştirak etmiş, həmçinin İtalyanın Ozimo şəhərində yerləşən Opera Sənəti Akademiyasında Vinçenso De Vivonun rəhbərliyi altında vokal sənəti kursunu bitirmişdir.
Cavid Səmədov öz opera sənəti karyerasına 2007-ci ildəM.F.Axundov adına Bakı Opera və Balet teatrında J.Bizenin “Karmen” operasında Eskamilyo partiyasını ifa etməklə başlamışdır. 2007-ci ildə Bülbül adına müsabiqənin laureatlarının Moskva şəhərində yerləşən “Yeni Opera” teatrında keçirilən Qala konsertində iştirak etmişdir.
2008-ci ilin oktyabr ayında “Gülüstan” sarayında keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin inauqurasiya mərasiminə həsr olunmuş konsertdə iştirak etmişdir.
2009-cu ildə Respublikanın Əməkdar incəsənət xadimi,dirijor Azad Əliyevin rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Dövlət orkestrinin müşaiyəti ilə Bakı Musiqi Akademiyasının Boyük zalında solo konserti ilə çıxış etmişdir.
2009-cu ildə İtalyanın Qubbio şəhərində yerləşən qədim “Romano” teatrında Qaetano Donizettinin “Məhəbbət eliksiri” operasında Belkore partiyasının ifa edilməsi Cavid Səmədovun Avropa səhnəsində debütü olmuşdur.
2010-cu ildə Cavid Səmədov Ozimo şəhərində Qaetano Donisettinin “Don Paskuale” operasında doktor Malatesta partiyası ilə yeni işini təqdim edir.
Cavid Səmədov Qəbələ musiqi festivalının iştirakçısı olmuşdur. 2010-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və onun xanımı Mehriban Əliyeva həmçinin YUNESKO nun baş direktoru xanım İrina Bokovanın iştirakı ilə Qəbələdə keçirilən musiqi festivalının təntənəli açılış mərasimində London Kral Orkestrinin müşaiyəti ilə Cavid Səmədov Müslüm Maqomayevin “Baharlı yurdum-Azərbaycan” mahnısını ifa etmişdir.[1].
2010-cu ilin payızında Cavid Səmədov Yunanıstanın Afina şəhərində keçirilən “Azərbaycan mədəniyyəti günləri” çərçivəsində Respublikanın Əməkdar incəsənət xadimi,dirijor Azad Əliyevin rəhbərliyi altında, Yunanıstan milli orkestrinin müşaiyəti ilə çıxış etmişdir.[2].
2010-cu ilin dekabr ayında İtalyanın Ravenna şəhərində Milad bayramı münasibətilə keçirilən Camille Saint-Saënsın "Milad oratoriyası"nda bariton partiyası ilə çıxış etmişdir.
2011-ci ildə İsveçrənin Bern, Siqrisvil və Tun şəhərlərində keçirilən silsilə konsertlərdə çıxışlar etmişdir. Həmçinin İtaliyanın Amandola şəhərində keçirilən musiqi festivalında iştirak etmişdir.]].[3].
2011-ci ildə Cavid Səmədov Azərbaycanda incəsənət və musiqinin təbliğatı və inkişaf etdirilməsi sahəsində göstərdiyi yüksək nailiyyətlərə görə “İlin debütü” nominasiyası üzrə “Zirvə”[4].
Dövlət mükafatına layiq görülmüşdür. Həmin ildə Azərbaycan Prezidentinin mükafatına layiq görülmüşdür.[5].
2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikasının yaranmasının 20 illiyinə həsr olunmuş təntənəli konsertdə iştirak etmişdir.
2012-ci ilin aprel ayında Azərbaycanın Mədəniyyət Günləri çərçivəsində İtalyanın Venesiya, Turin və Milan şəhərlərində konsert proqramları ilə çıxış etmişdir.
2012-ci ilin may ayında İtalyanın Ozimo şəhərində tamaşaya qoyulan V.A. Motsartın “Sehrli fleyta” operasında Papageno partiyası ilə çıxış etmişdir.
2012-ci ilin iyun ayında İsrailin Tel-Əviv şəhərində tamaşaya qoyulan V.A. Motsartın “Don Juan” operasında Leporello partiyasını ifa etmişdir.
2012-ci ilin sentyabr və oktyabr aylarında Rusiyanın paytaxtı Moskva şəhəri, (Krokus Siti Holl), Qazaxıstanın paytaxtı Astana şəhərində ``Qazaxıstan``,[6] zalında və Azərbaycanın paytaxtı Bakı şəhərində(H.Əliyev sarayı) Müslüm Maqomayevin 70 illik yubileyinə həsr olunmuş silsilə konsertlərdə iştirak etmişdir.
2012 2013-cü ildə Almaniya Federativ Respublikasının Nyürnberq Dövlət Opera Teatrının səhnəsində V.A.Motsartın «Don Juan» operasında Masetto, Antonin Dvorjakın »Rusalka» operasında Meşəbəyi ,Umberto Giordanonun Andrea Chenier» operasında Roucher, Jorj Bizenin «Carmen» operasında Morales partiyalarını ifa etmişdir, Rixard Vaqnerin «Reyn qızılı» operasinda Doner, V.A Motsartın «Fiqaronun toyu» operasında Almaviva Qraf, Rixard Strausun «Arabella» operasınd Qraf Domenik və Cüzeppe Verdinin «Traviata» operasında baron Dufol, habelə Cakomo C Mayerberin »Qugenotlar» operasında gecə gözətçisi.
Opernwelt[de] beynəlxalq jurnalı Səmədov Cavidi 2013-cü ildə 2012-2013 sezonunun ən yaxşı gənc baritonu adlandırmışdır.
2014cü ilin oktyabr ayında C.Səmədov İsveçrədə keçirilən «Opernwerkstatt 2014» beynəlxalq festivalında iştirak etmişdir.[7]
2014-cü ilın noyabr ayında Neapolun San Karlo opera teatrında səhnələşdirilən Rixard Ştrausun «Salomeya» operasında kapadokiyalı partiyasını ifa etmişdir.[8]
2015-ci ilin yanvar-iyul aylarında Almaniyanın Dessau şəhərində Anhaltisches Theater səhnəsində Rixard Vaqnerin «Reyn qızılı» operasında Donner partiyasını ifa etmişdir.[9]
2015-ci ilin noyabr ayında Nyürnberq opera teatrının quruluşu əsasında səhnələşdirilən, İtalyanın Modena şəhərində yerləşən Luçano Povarotti opera teatrında səhnələşdirilən Rixard Vaqnerin «Tristan və İzolda» operasında Melot partiyasını ifa etmişdir.[10]
2015-2016-ci ilin iyun ayında Ayzenştadt şəhərində yerləşən Esterhazi qəsrində Anna Netrebkonun rəhbərliyi ilə səhnələşdirilən S.Baneviçin «Qar kraliçası» operasında troll və quldur partiyalarını ifa etmişdir.[11]
2016 -cı ilin yanvar ayında Almaniyanın Landau şəhərində SWR kanalının «Emmerich Smola Forderpreis» layihəsi üzrə Marko Kominin rəhbərliyi altında filarmonik orkestrin iştirakı ilə təşkil edilən «Gənc opera ulduzları» Qala Konsertində iştirak etmişdir.[12]
Konsertdə C. Səmədovun ifasında V.A.Motsartın «Don Juan» operasından Liporellonun ariyası [13] və J.Bizenin «Karmen» operasından Toreadorun kupletləri səsləndirilmişdir.[14]
Hal-hazırda Cavid Səmədov Almaniya Federativ Respublikasının Nyürnberq şəhərindəki Opera teatrının solistidir. O həmçinin Azərbaycanın Rusiyanın Qazaxıstanın İsrailin və Avropanın bir sıra opera teatrları və konsert salonlarında çıxışlar edir.
Ailəlidir.Bir oglu var.
Müsabiqələr:
redaktəCavid Səmədov bir sıra nüfuzlu beynəlxalq müsabiqələrin laureatı olmuşdur:
- Bülbül adına vokalçıların beynəlxalq müsabiqəsi( Bakı şəhəri, Azərbaycan)1-ci mükafat
( müsabiqə tarixində ən gənc 1-ci yer mükafatçısı)
- Roza Ponsel adına 10-cu beynəlxalq musiqi festivalı -1-ci yer .[15].
- Müslüm Maqomayev adına vokalçıların 1-ci beynəlxalq müsabiqəsi 1-ci yer [16].
- Italiyanın Verona şəhərində keçirilən vokalçıların müsabiqəsi 1-ci yer
- İtaliyanın Bolonya şəhərində keçirilən vokalçıların müsabiqəsi “müsabiqənin tarixində ən gənc finalçı” mükafatı [17].
- İtaliyanın Milan şəhərində keçirilən Maqda Olivero adına vokalçıların müsabiqəsində “Tamaşaçı simpatiyası” mükafatına layiq görülmüşdür.
İfa etdiyi partiyalar:
redaktə- J.Bize “Karmen” operasında Eskamilyo partiyası
- J.Bize “Karmen” operasında Morales partiyası
- Q.Donisetti “Məhəbbət eliksiri” operasında Belkore partiyası
- Q.Donisetti “Don Paskuale” operasında Malatesta partiyası
- V.A.Motsart “Don Juan” operasında Leporello partiyası
- V.A.Motsart “Don Juan” operasında Masetto partiyası
- V.A.Motsart "Fiqaronun toyu" operasında Qraf Almaviva
- V.A.Motsart “Sehrli fleyta” operasında Papageno partiyası
- U.Cordanonun "Andre Şenye" operasında Ruşe partiyası
- A.Dvorjakın "Su pərisi" operasında Meşəbəyi partiyası
- R.Vaqner "Reyn qızılı" operasında Donner partiyası
- R.Vaqner "Tristan und Isolde" operasında Melot partiyası
- C.Verdinin " Traviata" operasında baron Dufol partiyası
- C.Puççininin " Bohema" operasında Marsel partiyası
- Ü.Hacıbəyov “Leyli və Məcnun” operasında Nofəl partiyası
İstinadlar
redaktə- ↑ "M.Maqomayev "Baharlı Yurdum" ifa edir Cavid Səmədov". 2021-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Azərbaycan musiqisi Yunanıstanda səsləndirildi". 2013-10-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Cavid Səmədov italiyanın Amandola şəhərində keçirilən "Kanto" festivalında". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Bakıda "Zirvə" mükafatının təltifetmə mərasimi keçirilmişdir". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "İncəsənət xadimlərinə mükafat verilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2011-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Cavid Səmədov Qazaxıstanın Astana şəhərində Müslüm maqomayevin 70 illik yubileyinə həsr olunmuş konsertdə". 2016-04-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "«Opernwerkstatt 2014» beynəlxalq festivalında iştirak etmişdir". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "Neapolun San Karlo opera teatrında səhnələşdirilən Rixard Ştrausun «Salomeya» operasında". 2015-01-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ "Almaniyanın Dessau şəhərində Anhaltisches Theater səhnəsində Rixard Vaqnerin «Reyn qızılı» operasında Donner partiyasını ifa etmişdir". 2016-01-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "Nyürnberq opera teatrının quruluşu əsasında səhnələşdirilən, İtaliyanın Modena şəhərində yerləşən Luçano Povarotti opera teatrında səhnələşdirilən Rixard Vaqnerin «Tristan və İzolda»". 2016-02-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "S.Baneviçin «Qar kraliçası» operasında". 2016-01-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "SWR kanalının «Emmerich Smola Forderpreis» layihəsi". 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-01-28.
- ↑ "V.A.Motsartın «Don Juan» operasından Liporellonun ariyası". 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ "J.Bizenin «Karmen» operasından Toreadorun kupletləri". 2017-02-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-30.
- ↑ "Opera müğənnisi nüfuzlu müsabiqədə qalib oldu". 2013-10-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Maqomayevin "Torjestvennaya" mahnısını Cavid Səmədov ifa etdi". 2023-07-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.
- ↑ "Azərbaycan opera müğənnisi 4-cü dəfə nüfuzlu beynəlxalq müsabiqədə qalib oldu". 2012-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-27.