Cavad Seher - Wikipedia
Cavad — əsası 9-cu əsrdə qoyulan Kür və Arazın qovuşduğu yerdə yerləşmiş orta əsrlərə aid Şirvan qala şəhəri.
Cavad şəhəri/qalası | |
Cavad | |
---|---|
Cavaz/Cəvz (keçid-bərə) | |
Ölkə |
Şirvanşahlar dövləti, Səfəvilər dövləti, Cavad xanlığı, Şirvan xanlığı |
Vilayət | Şirvanat |
Salınma tarixi | IX əsr |
Banisi | Heysəm ibn Xalid |
Digər adı | Cəvz |
Dağılma tarixi | 1778-ci il |
Dağılma səbəbi | 1778-ci ildə Gilan hakimi Hidayət xanın hücumu |
Milli tərkibi | ərəblər, türklər |
Müasir yeri | Cavad şəhərgahı, Cavad kəndi[1][2] |
Vikianbarda əlaqəli mediafayllar |
"Cavad" adı ərəbcə cəvz sözündən götürülüb "keçid" deməkdir. Toponim ərəbcə olduğu üçün şəhərin 9-cu əsrdə Şirvanşahlar dövləti zamanında yarandığı qənaətinə gəlmək olar. Cavad şəhərinin adı mənbələrdə XVI əsrdə çəkilir.
-
Cavad (Tsawat). Müəllif Adam Oleari (1599-1671). Xəritə 18-ci əsrin birinci rübündə tərtib olunub.
-
Cavad (Jawat). Xəritənin müəllifi Emanuel Bouen (1694–1767). Təsvir 1747-ci ilə aiddir. Xəritə 1750-ci ildə tərtib olunub.
Qədim Cavad Avropa-Şərq ölkələri arasındakı ticarət yolunun üstündəki əsas məntəqələrdən biri sayılırdı.[3] Yazıları bizə gəlib çatmış bir sıra Avropa və rus səyyah və diplomatları – ingilis Antoni Cenkinson (6 oktyabr 1561), rus Artemi Suxanov (1551–1552-ci illər), Fyodor Kotov (avqust, sentyabr 1623), alman Adam Oleari (31 mart 1637), hollandiyalı Yan Streys (1671–1672-ci illər), şotlandiyalı Bel (7 dekabr 1716) Cavadda olmuş, buradakı zəncirlərlə bir-birinə bağlanmış gəmilərin üstündən salınmış körpüdən keçərək İrana getmişlər. Onların bəziləri burada şəhəri xatırladan qəsəbə olduğunu, kərpicdən, qamışdan tikilib palçıqla suvanmış evlər, bağ-bağat, xalça və müxtəlif ipək parçalar istehsal edən çox məşhur sənətkarların yaşadığını, hətta toxucu dəzgahlarını da gördüklərini yazmışlar. "Moskva kompaniyası"nın agenti olan tacir-səyahətçi Antoni Cenkinson bildirir: "Yenə də həmin 1562-ci il oktyabrın 6-da mən öz yoldaşlarımla Şamaxıdan çıxdım və 60 mil getdikdən sonra kralın (Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı nəzərdə tutulur) hər cür növlü meyvələrlə bol bağları olan gözəl sarayının yerləşdiyi Cavad şəhərinə çatdım". Səyyah Adam Olearinin fikrinə görə "cavaz" sözündən qaynaqlanır, keçid-bərə mənasını verir. O, 1563-cü ildə İrandan geri qayıdarkən aprelin 6-da Cavadda Şirvan bəylərbəyisi Abdulla xan Ustaclı ilə Cavadda onun sarayında görüşür. O, bəylərbəyidən sərbəst ticarət icazə verən bir sənəd də alır. A. Cenkinsonun xatirələrində surəti saxlanılan bu sənəddə bəylərbəyi onun Cavad şəhərindəki sarayında yazıldığını, hakimiyyətdə olduğunun 12-ci ilində möhürlə təsdiq edildiyini bildirir və özünü "Şirvan və Girganın hakimiyyət başında olan padşahı" adlandırır.[4] Cavad XVII–XVIII əsrlərdə də böyük qəsəbə olmuşdur. 1720-ci illərdə tarixi Şirvan torpağının digər bölgələri kimi Cavadı və onun ətrafında olan kəndləri də dağıtmışdılar. 1726-cı ilin payızında general—leytenant Ştof başda olmaqla rus qoşunları Kür çayı üzərindəki Cavad qəsəbəsinə daxil oldular. Qəsəbə Kür üzərində yerləşirdi və qiyamçılar tərəfindən həddindən artıq dağıdılmışdı.[5] Sərhəd Kür çayı ilə Araz çayları ətrafındakı tut bağlarından keçirdi.
-
Cavad (Tzawat). 1730-cu ildə tərtib olunub. Müəllif Matthaus Seutterdir (1678-1757).
1778-ci ildə Gilan hakimi Hidayət xan Kərim xan Zəndin göstərişi ilə Cavada hücum edib Həsən xanı əsir aldı. Aprelin 6-da Gilan xanı Salyanı tutduqdan sonra Cavada hücum etdi.7 dəfə topdan şəhərə atəş açıldı. Şəhər camaatı təşviş içindəydi. Müdafiə oluna bilmirdi. Bundan sonra Həsən xan qardaşı və oğluyla şəhərdən çıxıb Gilan xanının hüzuruna gəldi və əfv dilədi. Tarixi mənbələrə görə Cavaddan 900–7500 nəfər arası əhali əsir olaraq Rəştə köçürüldü.[6]
-
Gilanlı Hidayət xanın Cavad xanlığına hücumu
Onları ağır torpaq işlərində, qala tikintilərində və kənd təsərrüfatı işlərində istifadə üçün Rəşt və Ənzəli istiqamətində apardılar. Bu hadisə Cavad xanlığı əhalisinin tarixi demoqrafik durumuna mənfi təsir göstərdi. Cavad şəhəri dağıdıldı və bir daha əvvəlki vəziyyətinə dönmədi.[7]
Mənbə
redaktə- Г.Б. Абдуллаев. Азербайджан в XVIII веке и взаимоотношения его с Россией. Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1965. 620.
- Абдуллаев Г.Б. Иранские происки против кубин- ского ханства и Картли - Кахетинского царства в 1776 и 1778 гг. Известия АН Азербайджанской ССР (серия общественных наук). 1960, №4. 13–25.
İstinadlar
redaktə- ↑ https://www.researchgate.net/publication/361207956_Aran_iqtisadi_rayonunun_mdni-tarixi_rekreasiya_potensiali
- ↑ "Arxivlənmiş surət". 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
- ↑ Dilavər Əzimli-AMEA-nın A.A. Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın orta əsrlər tarixi” şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru. Beynəlxalq ticarət əlaqələrində Xəzər ticarətinin rolu. Bakı. 2018.Orijinal mətn (az.)
Moskva tacirləri Qərbi Avropaya xam ipək, ipək parçalar, Hindistandan daxil olan ədviyyatı daşıyır, ölkədən Azərbaycan neftini də aparırdılar. XVI əsrə dair «Ticarət kitabları» nda bu barədə məlumatlar vardır. Həmin kitablara əsasən belə bir nəticəyə gəlmək olar ki, neft Moskva tacirləri vasitə silə Şirvandan Qərbi Avropaya daşınırdı. Şamaxıya Xəzər dənizi vasitəsilə gələn Moskva tacirləri Muğan düzünü keçib Cavad şəhərinə daxil olur, oradan da Ərdəbilə gedirdilər. Onlar Ərdəbildən iki istiqamətdə hərəkət edirdilər. Bu yollardan biri Təbrizə yönəlirdi. Digər yol isə Cənub-Şərq istiqamətində - Qəzvinə və Kaşana gedirdi. Həmin dövrdə bu şəhərlərdə qızğın ticarət gedirdi
- ↑ "Arxivlənmiş surət". 2024-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-03.
- ↑ Гербер И.Г., 1958. səh. 100
- ↑ Абдуллаев Г. Б., 1965
- ↑ Абдуллаев Г.Б., 1960. səh. 22