Canbasqala - Wikipedia
Canbasqala - Haqqında Məlumat
Canbasqala — Qaraqalpaq Respublikasının Turtkul rayonu Qızılqum səhrasında e.ə. IV əsr-eramızın I əsrinə aid qala xarabalığı. Canbasqalanın müdafiə divarları düzbucaqlı sahə (200–170 metr) əmələ gətirir, bu, yaşayış tikililəri yerləşən iki böyük məhəllədən ibarətdir. Arxeoloji qazıntılar zamanı (1939) yaşayış binaları və icmaya məxsus od məbədinin qalıqları tapılmışdır. Canbasqala əhalisi əkinçilik və maldarlıqla məşğul olmuşdur. Canbasqalanın yaxınlığında ibtidai icma dövrünə aid düşərgələr, o cümlədən Canbas-4 düşərgəsi aşkar edilmişdir.
Mənbə
redaktə- Azərbaycan Milli Ensiklopediyası. V cild, Bakı,2014, səh.185.