Camal Dagi - Wikipedia
Camal_dağı - Haqqında Məlumat
Camal dağı — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu Keçili kənd ərazisində dağ (hünd. 3204,3 m). Zəngəzur silsiləsinin suayırıcısında, Şahbuzçayın sol qolu İmaməliçayın mənbəyində zirvə. Submeridional istiqamətdə uzanmış alt pliosen yaşlı dolerit və andezit-dasit tərkibli ştokvari subvulkanik kütlənin əmələ gətirdiyi günbəzvari yüksəklikdir. Qərb yamacında alt pliosen yaşlı Biçənək lay dəstəsinin vulkanogen süxurlarını yaran daha bir subvulkanik kütlə açılır. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Uzununa və eninə istiqamətlənmiş qırılmaların kəsişmə düyününə aid edilir.[1]
Camal dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Dağ silsiləsi | Zəngəzur dağları |
Mütləq hündürlüyü | 3204,3 m |
Yerləşməsi | |
39°23′51″ şm. e. 45°47′49″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | |
|
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.