Camisolen Dagi - Wikipedia
Camışölən_dağı - Haqqında Məlumat
Camışölən dağı – Şahbuz rayonunun ərazisində dağ (hünd. 2920,0 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Salvartı və Camal zirvələrinin arasındadır. Alt Pliosen yaşlı Biçənək lay dəstəsinin andezit, andezit-dasit, bazalt lavaları və piroklastlarından təşkil olunmuş günbəzvari yüksəklikdir. Tektonik cəhətdən Ordubad qarılma zonasının Şahbuz seqmentinin şimal-şərq cinahına aid Toğluqaya-Üçqardaş maili əyilməsinin hüdudlarında yerləşir. Zirvə hissəsində və yamaclarında şimal-şimal-qərb istiqamətli qırılmalar izlənilir.[1]
Camışölən dağı | |
---|---|
Ümumi məlumatlar | |
Dağ sistemi | Kiçik Qafqaz |
Mütləq hündürlüyü | 2920,0 m |
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Rayon |
İstinadlar
redaktə- ↑ Naxçıvan Ensiklopediyası. I cild (Təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşr). Naxçıvan: AMEA Naxçıvan bölməsi. V. Y. Talıbov. 2005. səh. 596. ISBN 5-8066-1468-9.