Cahangir Memmedli - Wikipedia
Məmmədli Cahangir Əbdüləli oğlu — Azərbaycanın tanınmış jurnalisti. BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri.
Cahangir Məmmədli | |
---|---|
Məmmədli Cahangir Əbdüləli oğlu | |
Doğum tarixi | |
Doğum yeri | Novruzlu, Ağdam rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Elm sahəsi | jurnalistika |
Elmi dərəcəsi | filologiya elmlər doktoru |
Elmi adı | professor |
Mükafatları |
Həyatı
redaktəMəmmədli Cahangir Əbdüləli oğlu 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub.
1968-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb.
Hazırda Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri vəzifəsində çalışır. Filologiya elmləri doktoru, professorudur.
İndiyədək 500-dən çox elmi, publisistik yazısı dərc olunub. Ədəbi tənqidə və jurnalistikaya dair 7 kitabın müəllifidir.
2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi" nominasiyasının qalibi olub. Bundan əlavə jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir. Prezident təqaüdçüsüdür.
2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının sədridir.
C.Məmmədli 2003-2005-ci illər arasında Azərbaycan Mətbuat Şurası sədrinin müavini olmuşdur.
Beynəlxalq Seminar, Simpozium və Konfranslarda
redaktə- 2005-ci ildə Hollandiyada İctimai teleradionun problemləri
- 2006-cı ildə Türkiyədə türk dilli xalqların qurultayı
- 2007-ci ildə Moskva Dövlət Universitetində YUNESKO-nun təşkil etdiyi „Mediaobrazovanie"
- 2007-ci ildə Bakıda „Türk dünyası jurnalistikası"
Mükafatları
redaktə- Azərbaycan Respublikasının Prezidentinin fərdi təqaüdü - 21 iyul 2005-ci il
- "Şöhrət" ordeni - 25 noyabr 2019
Məqalələr
redaktə- Fəlsəfi publisistika: bu zamanın və bu məkanın tələbi. «Tənqid.net» jurnalı, №8, səh. 194-201
- Jurnalistikanın beynəlxalq yaradıcılıq prinsipləri. «Jurnalistikanın nəzəri konsepsiyaları və mətbuat təcrübəsi» I Beynəlxalq elmi-nəzəri konfransın materialları. «Bakı Universiteti» nəşriyyatı, 2012, səh. 11-12
- Səlahəddin Xəlilov publisist kimi. Bakı, 2013, “Elm” nəşriyyatı, səh. 122-125 2. *Vətənə sevginin ölçüsüzlük ölçüsü. Bakı, 2013, “Naşir”jurnalı, № 5
- Zaman sərhəddini aşan klassik publisistika. Bakı, 2013, “Füyuzat”jurnalı, №4
- Jurnalist yaradıcılığının bəzi peşəkarlıq məqamları. 1. “Azərbaycan mətbuatı tarixində müasirlik prinsipləri”. Əlibəy Hüseyn-zadənin 150 illik yubileyinə həsr olunmuş elmi-praktik konfransın materialları. BDU, Jurnalistika fakül-təsi, 2014, səh. 51-67
- Müəllimliyin, tədqiqatçılığın və publisistikanın Şirməm-məd Hüseynov məktəbi. Biblioqrafiya. Bakı, “Bakı Univer-siteti” nəşriyyatı, 2014, səh. 4-12.
- Senzura sisteminin fəaliyyət mexanizmi. “Füyuzat” jurnalı, 2014, № 3, səh. 20-25.
- Bədii sözün «Ulduz» rəngi. «Ulduz»jurnalı, Bakı, «Təhsil» nəşr., 2015, səh. 3-7
- Böyük alim, böyük müəllim. Mir Cəlal, II cilddə, Bakı, «Nurlar»nəşr., 2015, səh. 166-175
- Fəlsəfi publisistikanın müasir problemləri. «Jurnalistika» seriyası, №3 Bakı, «Elm və Təhsil» nəşr., 2015, səh. 42-59
Kitabları
redaktə- Jurnalistikaya giriş. B., 2001.
- Müasir jurnalistika. B., 2003
- Jurnalistikanın müasir inkişaf meylləri. B., 2006
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012, 38,5 ç.v.
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi. Dərslik. Bakı, «Zərdabi LTD» MMC, 2012
- Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi (dərslik). Bakı, “Təhsil” nəşriyyatı, 2013