Cev Qadinlar Cempionlar Liqasi - Wikipedia
CEV Qadınlar Çempionlar Liqası — "CEV"in hər il keçirtdiyi yarışdır. Turnir qadın voleybolunda klublar arasında keçirilən ən nüfuzlu yarış sayılır.
CEV Qadınlar Çempionlar Liqası | |
---|---|
2013-14 CEV Qadınlar Çempionlar Liqası | |
İdman | Voleybol |
İlk mövsüm | 1961/1962 |
Klub sayı | 24 |
Ölkə | CEV (Federasiya) |
Ən son çempion | Dinamo Kazan |
Rəsmi sayt | cev.lu |
Format
redaktəTurnir hər il oktyabr (son illərdə) və ya noyabr aylarında başlayır və mart ayında bitir. CEV (Avropa Voleybol Konfederasiyası) hər il turnirin marağını daha da artırmaq və turniri bütün Avropaya yaymaq üçün bir sıra mühüm addımlar atır. Məsələn, 2006–07 voleybol mövsümündə turnirdə 16 komanda iştirak edirdisə növbəti mövsümdən 20, 2012-ci ildən isə 24 komanda iştirak edir. 2011–12 voleybol mövsümündə 5 qrup hərəsində dörd komanda var idi və növbəti mərhələyə 16 komanda çıxırdı (qruplarında ilk üç yerə girənlər). Növbəti mövsüm komandaların sayı 4 ədəd artılır və növbəti mərhələyə çıxanlar isə dörd ədəd azaldıldı. Bu isə komandaların işini çətinləşdirir, rəqabəti isə artırırdı. CEV Çempionlar Liqasının başqa komanda idman növlərində olduğu kimi (basketbol, həndbol) özünə xas olan final mərhələsi — finalfour (dördlər finalı) yarışları var. 1987-ci ilə qədər bu mərhələ qrup sistemi ilə keçirilsə də daha sonra (1987-ci ildən sonra) pleyoff sistemi ilə yəni, məğlub olan turniri tərk edir pirnsipi ilə keçirilir. Finalfour yarışları demək olar ki, həmişə sabit məkanda keçirilir. Yəni, bu mərhələyə qədər evdə-səfərdə prinsipi var idisə bu mərhələdən sonra oyunlar "CEV"in seçdiyi məkanda (namizədlər içərisində qalib olmuş məkanda) keçirilir. Həmçinin bu mərhələnin oyunları iki dəfə Bakımızda da keçirilmişdir. İlk olaraq 2011–12 mövsümündə baş vermişdir bu möhtəşəm hadisə. Həmin il digər illərə istinad olaraq ev sahibi komanda birbaşa qatılmamışdı. Çünki komandalarımız Azərreyl və Rabitə ev sahibi titulunu bölüşdürə bilməmişdilər. CEV də bundan sonra hər iki komandamızın öz gücləri ilə bu mərhələyə çıxması qərarını qəbul etdi və klublarımız da bu mərhələyə qədər gəlib çıxa bilmədiklərindən turnirin ev sahibi yarışlara qatılmadı. 2013–14 mövsümündə isə RabitəBakı Kristal Zalı ilə namizədliyini verib bu yarışları qəbul etdi.[1]
Turnirin arxivi
redaktəMövsüm | Çempion | Finalın hesabı | İkinci | Üçüncü | Dördüncü |
---|---|---|---|---|---|
1960/1961 Ətraflı |
Dinamo Moskva | AZS Warşava | |||
1961/1962 Ətraflı |
Burevestnik Odessa | Slaviya Sofiya | |||
1962/1963 Ətraflı |
Dinamo Moskva | AZS Warşava | |||
1963/1964 Ətraflı |
Levski Sofiya | Dinamo Berlin | |||
1964/1965 Ətraflı |
Dinamo Moskva | Dinamo Berlin | |||
1965/1966 Ətraflı |
ÇSKA Moskva | Dinamo Moskva | |||
1966/1967 Ətraflı |
ÇSKA Moskva | Dinamo Moskva | |||
1967/1968 Ətraflı |
Dinamo Moskva | ÇSKA Moskva | |||
1968/1969 Ətraflı |
Dinamo Moskva | ÇSKA Moskva | |||
1969/1970 Ətraflı |
Dinamo Moskva | Nim Budapeşt | |||
1970/1971 Ətraflı |
Dinamo Moskva | Tratan Praqa | |||
1971/1972 Ətraflı |
Dinamo Moskva | Tratan Praqa | |||
1972/1973 Ətraflı |
Nim Budapeşt | Dinamo Moskva | |||
1973/1974 Ətraflı |
Dinamo Moskva | Nim Budapeşt | |||
1974/1975 Ətraflı |
Dinamo Moskva | Levski Sofiya | |||
1975/1976 Ətraflı |
Ruda Hvezda Praqa | Levski Sofiya | |||
1976/1977 Ətraflı |
Dinamo Moskva | Levski Sofiya | |||
1977/1978 Ətraflı |
Traktor Şverin | Nim-Se Budapeşt | |||
1978/1979 Ətraflı |
ÇSKA Sofiya | Nim-Se Budapeşt | |||
1979/1980 Ətraflı |
Ruda Hvezda Prague | Eczacıbaşı | |||
1980/1981 Ətraflı |
Uraloçka Sverdlovsk | Levski Sofiya | |||
1981/1982 Ətraflı |
Uraloçka Sverdlovsk | DVC Dokkum | |||
1982/1983 Ətraflı |
Uraloçka Sverdlovsk | Vasas Izzo Budapeşt | |||
1983/1984 Ətraflı |
ÇSKA Sofiya | Olimpiya Teodora Ravenna | |||
1984/1985 Ətraflı |
ADK Alma-Ata | Olimpiya Teodora Ravenna | |||
1985/1986 Ətraflı |
ÇSKA Moskva | Olimpiya Teodora Ravenna | |||
1986/1987 Ətraflı |
Uraloçka Sverdlovsk | Olimpiya Teodora Ravenna | |||
1987/1988 Ətraflı |
Olimpiya Teodora Ravenna | Uraloçka Sverdlovsk | |||
1988/1989 Ətraflı |
Uraloçka Sverdlovsk | Olimpiya Teodora Ravenna | |||
1989/1990 Ətraflı |
Uraloçka Sverdlovsk | Olimpiya Teodora Ravenna | |||
1990/1991 Ətraflı |
Mladost Zaqreb | Uraloçka Sverdlovsk | |||
1991/1992 Ətraflı |
Olimpiya Teodora Ravenna | Mladost Zaqreb | |||
1992/1993 Ətraflı |
Parmalat Matera | Olimpiya Teodora Ravenna | |||
1993/1994 Ətraflı |
Uraloçka Yekaterinburq | 3–2 | Mladost Zaqreb | ||
1994/1995 Ətraflı |
Uraloçka Yekaterinburq | 3–0 | Parmalat Matera | ||
1995/1996 Ətraflı |
Parmalat Matera | 3–2 | Uraloçka Yekaterinburq | ||
1996/1997 Ətraflı |
Foppapedretti Berqamo | 3–1 | Uraloçka Yekaterinburq | ||
1997/1998 Ətraflı |
OK Dubrovnik | 3–0 | VakıfBank | Foppapedretti Berqamo | Volley Ball Klub Riom |
1998/1999 Ətraflı |
Foppapedretti Berqamo | 3–0 | VakıfBank | Kann | Tenerife Mariçal |
1999/2000 Ətraflı |
Foppapedretti Berqamo | 3–1 | Uraloçka Yekaterinburq | Eczacıbaşı | Nafta Pila |
2000/2001 Ətraflı |
Modena | 3–0 | Kapo Sud Reccio Klabria | Uraloçka Yekaterinburq | Eczacıbaşı |
2001/2002 Ətraflı |
Kann | 3–1 | Foppapedretti Berqamo | Tenerife Mariçal | Eczacıbaşı |
2002/2003 Ətraflı |
Kann | 3–1 | Uraloçka Yekaterinburq | Foppapedretti Berqamo | Volley Modena |
2003/2004 Ətraflı |
Tenerife Mariçal | 3–2 | Pallavolo Sirio Perucia | Kann | Azərreyl (Bakı) |
2004/2005 Ətraflı |
Foppapedretti Berqamo | 3–0 | Asistel Novara | Tenerife Mariçal | Kann |
2005/2006 Ətraflı |
Pallavolo Sirio Perugia | 3–1 | Kann | Foppapedretti Berqamo | VakıfBank |
2006/2007 Ətraflı |
Foppapedretti Berqamo | 3–2 | Dinamo Moskva | Tenerife Mariçal | Volero Zürix |
2007/2008 Ətraflı |
Pallavolo Sirio Perugia | 3–1 | Zareçye Odintsova | Asistel Novara | Qrup 2002 Mursiya |
2008/2009 Ətraflı |
Volley Berqamo | 3–2 | Dinamo Moskva | Sirio Perugia | Eczacıbaşı |
2009/2010 Ətraflı |
Volley Berqamoo | 3–2 | Fənərbaxça | Kann | Asistel Novara |
2010/2011 Ətraflı |
VakıfBank | 3–0 | Rabitə Bakı | Fənərbaxça | Skavolini Pesaro |
2011/2012 Ətraflı |
Fənərbaxça[2] | 3–0 | Kann | Dinamo Kazan | Villa Kortese |
2012/2013 Ətraflı |
VakıfBank[3] | 3–0 | Rabitə Bakı | Yamamay Busto Arsizio | Qalatasaray Daikin |
2013/2014 Ətraflı |
Dinamo Kazan[4] | 3–0 | VakıfBank | Rabitə Bakı | Eczacıbaşı |
2014/2015 Ətraflı |
İstinadlar
redaktə- ↑ Bakı ikinci dəfə qadın voleybolçular üzrə Çempionlar Liqası yarışının "Dördlər finalı"na ev sahibliyi edəcək[ölü keçid] (az.)
- ↑ CEV: Fenerbahce and a Korean star named Kim shine in Baku Arxivləşdirilib 2017-12-01 at the Wayback Machine (ing.)
- ↑ CEV: Vakifbank ISTANBUL wins second Champions League title with perfect record Arxivləşdirilib 2013-03-13 at the Wayback Machine (ing.)
- ↑ Dinamo KAZAN dethrones VakifBank to claim the 2014 Champions League title Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (ing.)