Cad - Wikipedia
CAD — Kompüter[1][2] dəstəkli layihələndirmə (ing. Computer-aided design) olub layihələrin hazırlanması, modifikasiyası, analizi və ya optimallaşdırılmasında tətbiq olunan köməkçi kompüter sistemlərinin istifadəsidir.
Ümumi məlumat
redaktəCAD proqramlar layihəçinin məhsuldarlığını artırmaq, layihənin keyfiyyətini yaxşılaşdırmaq, sənədlərlə məlumat ötürülmələrini inkişaf etdirmək və istehsal üçün verilənlər bazası hazırlanmasında tətbiq edilir. CAD məhsulu çox zaman çap, emal və ya digər istehsal əməliyyatları üçün daha çox elektron fayllar formasında olur.
Kompüter dəstəkli layihələndirmə geniş tətbiq sahəsinə malikdir. Onun elektron layihələndirmədə tətbiqi EDA (ing. Electronic Design Automation) – Elektron cihazların layihələndirilməsinin avtomatlaşdırılması kimi məlumdur. Mexaniki layihələndirmədə, o, həmçinin kompüter dəstəkli cizgi çəkmə (ing. computer-aided draftin – CAD) və ya kompüter dəstəkli layihələndirmə və cizgi çəkmə (ing. computer-aided design and drafting – CADD) kimi də adlanır və kompüter proqramlarının tətbiqi ilə texniki cizgilərin hazırlanması prosesini təsvir edir.
Mexaniki layihələndirmə üçün CAD proqramlar ənənəvi cizgi obyektlərini təsvir etmək üçün vektor əsaslı qrafikadan istifadə edə, yaxud layihəndirilmiş obyektlərin ümumi görünüşünü nümayiş etdirmək üçün raster qrafikası hasil edə bilər. Əl ilə cizgi çəkmədə və texniki cizgilərdə olduğu kimi, xüsusi istifadə konvensiyasına uyğun, CAD məhsulu materiallar, prosesslər, ölçülər və təmizlik sinif kimi məlumatlar daşımalıdır.
CAD həmçinin iki-ölçülü (2D) müstəvi fiqurların və əyrilərin, eləcə də üç-ölçülü (3D) fəza əyrilərinin, səthlərinin və həcmə malik (solid) obyektlərin çəkilməsində tətbiq edilə bilər.
CAD avtomobil, gəmiqayırma və kosmik sənayelərdə, sənaye və memarlıq layihələrində, protez hazırlamada və daha başqaları daxil olmaqla, çox sahələrdə mühüm sənaye sənəti kimi tətbiq edilir. CAD həmçinin filmlərdə, reklamçılıqda və texniki təlimatlarda xüsusi effektlər üçün kompüter animasiyalarının hazırlanması üçün də geniş istifadə edilir.
Mənbə
redaktə- Vijay Duggal. "CADD Primer". Mailmax Publishing.
- Madsen, David A. (2012). Engineering Drawing & Design. Clifton Park, NY: Delmar. pp. 10.
- Farin, G.: A History of Curves and Surfaces in CAGD, Handbook of Computer Aided Geometric Design
- H. Pottmann, S. Brell-Cokcan, and J. Wallner:Discrete surfaces for architectural design
- Gerald Farin :Curves and Surfaces for CAGD: A Practical Guide
- Jennifer Herron (2010). "3D Model-Based Design: Setting the Definitions Straight". MCADCafe.
- "Engineershandbook – Types of CAD".
- "History of CAD/CAM". CADAZZ. 2004.
- Pillers, Michelle (1998.03). "MCAD Renaissance of the 90's". Cadence Magazine.
- Bozdoc, Martian. "The History of CAD". iMB.
- Carlson, Wayne (2003). "A Critical History of Computer Graphics and Animation". Ohio State University.
- "MCS Founder".
İstinadlar
redaktə- ↑ "Azərbaycanın yeni orfoqrafiya lüğətində bəzi sözlərin yazılış forması dəyişdirilib". 2013-02-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.
- ↑ "Orfoqrafiya lüğəti". 2021-05-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-27.