Cenub Adasi Yeni Torpaq - Wikipedia
Cənub adası — Yeni Torpaq arxipelaqına daxil olan ada, Şimal adası ilə Matoçkin Şar boğazı vastəsi ilə ayrılır. Vayqaç adasından Kara darvazası (boğaz) vastəsi ilə ayrılır. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayəti ərazisinə daxildir. Adanın sahəsi 33,275 km² təşkil edir. Ada Saxalin və Şimal adası kimi adalardan sonra Rusiyada sahəsinə görə üçüncüdür.
Cənub adası | |
---|---|
rus. Южный остров | |
Ümumi məlumatlar | |
Sahəsi | 33,275 km² |
Uzunluğu |
|
Eni | 138 km |
Hündür nöqtəsi | 1291 m |
Əhalisi | 0 nəfər (2015-ci il) |
Yerləşməsi | |
73°30′00″ şm. e. 54°05′00″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Vilayət | |
Arxipelaq | |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Adanın qərbində Qusinnaya Zemlya yarımadası yerləşir.
Ən hündür nöqtəsi — Pervousmotrennaya dağıdır (1291 m).
Tarixi
redaktəQədimdə adada məlum olmayan qəbilə yaşamışdır. Belə düşünülür ki Ust-Poluyu mədəniyyətinə aid qəbilələrdir. Alman mifologiyasında Sirtya adı ilə tanınır.
Rus mənbələrində adanı XII—XIII əsrdə Böyük Novqorod knyazlığının tacirləri tərəfindən aşkarlandığı bildirilir. Ancaq bu təstiqini tapmamışdır.
Qərb mənbələrində adaya ilk gələnlərin 1553-cü ildə Hyo Uillobi və onun ekspedisiyasının olduğu bildirilir. VI Eduard (1547–1553) Londonun "Moskva kompaniyası" adlı şirkətə Şimal keçidini aşkarlamaq məqsədilə təşkil olunan ekspedisiyası zamanı aşkarlanır.
Hollandiyalı alim Herard Merkator 1595-ci ildə tərtib etdiyi xəritədə adanı Şimal adası (Yeni Torpaq) ilə birlikdə (yarımada kimi) vahid ada kimi göstərilir.
1671-ci ildə Parisdə "Şimal ölkələrinə səyahət" məqalə dərc olunur. Bu məqalənin müəllifi Pyer-Marten de lya Martinerdir. O, 1653-cü ildə danimarkalı tacirlərin gəmisində adada olmuşdur[1].
Tanınmış Holland alimi Nikolaas Vitsen "Şimali və Şərqi Tatariya" (1692) kitabında I Pyotrın ada rusların hərbi limanını inşa etdirmək istədiyini yazırdı. Adanın ilk rus araşdırmaçısı şturman Fyodor Rozmıslov olmuşdur (1768–1769).
XIX əsrin birinci yarısında adada yaşayış olmamışdır. Burada sadəcə olaraq norveçlilər və pomorlar ov və balıqçılıqla məşğul olurdular. Ada daim mübahisə predmeti idi. Rusiya imperiyası adanı öz ərazisi elan edir.
Adada aktiv məskunlaşma 1869-cu ilə təsadüf edir. Burada bir necə alman ailəsi yaşayırdı. 1877-ci ildə adada Malıe Karmakuli yaşayış məntəqəsi salındı. XIX əsrdə artıq adada alman və ruslardan ibarət olan kiçik koloniyaları vardır.
1901-ci ildə adaya rəssam Aleksandr Borisov göndərilir. O, özünə bələtçi kimi gənc alman Tıko Vilkanı bələtçi götürür. Adada 400 km məsafədə itlərlə hərəkət edən Borisov ətraf ərazilərin şəkillərini çəkirdi. Borisov Vilkanın rəssamlıq baçarığını görərək ona müəyyən istiqamət vermişdir. 1903-cü ildə adaya Stepan Pisaxov göndərilir. O, da Vilkanı yüksək qiymətləndirir və ona fırça və karandaş hədiyə edir.
1909-cu ildə Vladimir Aleksandroviç Rusanov Tıko Vilkla birlikdə təşkil olunan qütb ekspedisiyası zamanı bütün Yeni Torpaq arxipelaqını tətqiq etmiş və onun dəqiq kartoqrafik xəritəsinin tərtib etmişdir
1911-ci ildə adaya təşkil edilən ekspedisiya zamanı heç bir xəritədə göstərilməyən rus yaşayış məntəqəsi aşkarlanır. Çornıy Nos burnunda akşarlanan ərazidə 13 insana məxsus sümüklər tapılmışdır. Yaşayış məntəqəsi boyunca insan kəllələrinə və sümüklərinə rart gəlinirdi. Qəbirstanlıqda olan qəbirlər uçub dağılmış və yazılar silinmişdi.
İstinadlar
redaktə- ↑ Pyer-Martim de Lamartiner. Şimal ölkələrinə səyahət Arxivləşdirilib 2017-10-28 at the Wayback Machine.