Celilkend Buzxanasi - Wikipedia
Cəlilkənd_buzxanası - Haqqında Məlumat
Cəlilkənd buzxanası — Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəlilkənd kəndində yerləşən buzxana.
Tarixi
redaktəCəlilkənd buzxanası XIX əsrə aid tikilidir. Bu buzxanadan uzun zaman istifadə olunub. Kəndin girəcəyindədir, onun girişi cənubdandır. Dördkünc şəkildə inşa olunan tikili tağabənzər formada tamamlanıb. Ölkə əhəmiyyətli memarlıq abidələri sırasındadır. Əhali uzun zaman Cəlilkənd buzxanasından istifadə edib. Buzxana sonralar sıradan çıxsa da, kənddə aparılan kompleks quruculuq tədbirləri nəticəsində yenidən qurulub. Yenidənqurmadan sonra Cəlilkənd buzxanasında milli yeməklər hazırlanaraq təqdim olunacaqdır.
2015-ci ildə Cəlilkənd buzxanası yenidənqurma işlərindən sonra istifadəyə verilib.[1]