Celilabad Tarix Diyarsunasliq Muzeyi - Wikipedia
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi — 1981-ci ildə yaradılmışdır. Muzey binası bir mərtəbədən ibarətdir. Sahəsi 300 kv.m-dir.Muzeydə 4810 ədəd eksponat vardır.[1]
Cəlilabad Tarix – Diyarşünaslıq Muzeyi | |
---|---|
Əsası qoyulub | 1981 |
Mövzu | Tarix |
Yerləşir | Cəlilabad, Heydər Əliyev prospekti 269 |
Kolleksiyası | 4810 eksponat |
Muzeyə yetişmək | 39°12'33"N 48°30'10"E |
Telefon | (+994 25) 243-40-25 |
İş rejimi | (II – VII) 10:00 – 18:00 |
Muzeyin tarixi
redaktəCəlilabad Tarix — Diyarşünaslıq Muzeyi 1981-ci ildə yaradılıb və 29 aprel 2010-cu ildə cənab Prezident İlham Əliyevin iştirakı ilə yeni inşa olunmuş Tarix — Diyarşünaslıq Muzeyinin açılışı olmuşdur. Muzeyin ümumi sahəsi 300 kvadratmetrdir.[2]
Muzey ekspozisiyası
redaktəMuzeyin müxtəlif bölmələrində Cəlilabadın qədim tarixini əks etdirən eksponatlar, o cümlədən rayonda aparılan arxeloji qazıntılar nəticəsində tapılmış əşyalar nümayiş etdirilir. Burada, həmçinin etnoqrafik guşə vardır. Muzeydə 4000 — ə yaxın eksponat saxlanılır, son tunc, erkən dəmir, tunc, antik dəmir dövrləri və orta əsrlərə aid gil qablar, əmək alətləri və bəzək əşyaları, orta əsrlərin silahları və mis qablar nümayiş etdirilir.[3]Muzeyin həyətində Cəlilabadın qədim tarixini əks etdirən daş eksponatlar da toplanmışdır. Muzey ekspozisiyası 5 bölmədən ibarətdir:
- Təbiət bölməsi
- Arxeloji bölmə
- Antik və Orta əsrlər bölməsi
- Hərbi bölmə
- Kənd təsərrüfatı bölməsi
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- "Yeni muzeyin açılışı". =https://azertag.az. İstifadə tarixi: 26.11.2020.
- "Cəlilabad rayon Tarix-Diyarşünaslıq Muzeyi". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.
- "Beynəlxalq muzeylər günü". http://celilabad-ih.gov.az. İstifadə tarixi: 26.11.2020.
- "Muzey haqqında". http://kataloq.gomap.az. İstifadə tarixi: 26.11.2020.
İstinadlar
redaktə- ↑ "Azərbaycan muzeyləri". https://museum.az. İstifadə tarixi: 26.11..2020.[ölü keçid]
- ↑ "Yeni binanın açılışı". http://www.anl.az. 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
- ↑ "Cəlilabadda Tarix-Diyarşünaslıq Muzeyi fəaliyyətə başlamışdır". http://www.anl.az. 2020-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26.11.2020. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)