Celil Nagiyev - Wikipedia
Cəlil Nağıyev (25 iyul 1945, Kirovabad) — Ədəbiyyatşünas, tərcüməçi 1999-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmlər doktoru (1990), professor (1992).[1][2]
Cəlil Nağıyev | |
---|---|
Cəlil Qərib oğlu Nağıyev | |
Doğum tarixi | 25 iyul 1945 (79 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | SSRİ → Azərbaycan |
Təhsili |
Həyatı
redaktəCəlil Qərib oğlu Nağıyev 1945-ci il iyulun 25-də Azərbaycanda Gəncə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1964-69-cu illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində bitirdikdən sonra 1970-73-cü illər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirantura təhsili alır. 1974-cü ildə "Serb romantik poeziyası və Şərq" mövzusunda namizədlik dissertasiyası müdafiə edir. 1974-78-ci illərdə təyinatla göndərildiyi Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin xarici ədəbiyyat tarixi kafedrasında müəllim, 1978-1984-cü ildə baş müəllim, 1984-1990-cı illərdə isə dosent, kafedra müduirinin əvəzi vəzifəsini icra etmişdir. 1993-cü ildən Bakı Asiya Universitetinin rektoru olan C.Nağıyev "Azərbaycan-Yuqoslav ədəbi əlaqələri və təmasları (folklor və klassik ədəbiyyat)" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.[2]
Fəaliyyəti
redaktə70-ci illərdən dövri mətbuatda elmi, publisist əsərlər və bədii tərcümələrlə çıxış edən professor bır sıra elmi simpoziumlarda çıxış etmişdir. 1991-93-cü illərdə Bakı Dövlət Universiteti filologiya fakültəsi nəzdində ixtisaslaşdırılmış şuranın elmi katibi olmuş C.Nağıyev eyni zamanda 1993-cü ildən Azərbaycan Respublikası Prezident Aparatı Yanında Ali Attestasiya Komissiyasının fioloji elmlər üzrə Ekspertlər Şurasının üzvüdür. Klassik Azərbaycan ədəbiyyatı, Dünya ədəbiyyatının aktual problemləri, Avropa romantizmi və Şərq, Qərb ədəbiyyatında Şərq kompensasiyası, Bosniya müsəlman poeziyası professorun araşdırmalarının əsasını təşkil edir. Bu mövzüda məqalələri və "Serb romantizmi və Şərq" (1987), "Koroğlunun Çin qaynaqları" (1998), "Yovan Yovanoviç Zesayın poeziyası" (1973), və s. monoqrafiyaları nəşr olunub. Moskvada "Slavyan ədəbiyyatlarında romantizm" kitabını digər müəlliflə birlikdə çap etdirmişdir.[3]
Əsərləri
redaktə- 2006, Bir Koreya qəhrəmanı və Koreya-Azərbaycan əsatir-folklor əlaqələri, 2006 Yuni İpək Yolu Ədəbi Simpozium: Əsatir, Millət, Ədəbiyyat. Bakı, Azərbaycan, Koreya Respublikası, 2006, Atatürk ve Harf devrimi, Doğumunun 125 Yıldönümünde Mustafa Kemal Atatürk, 15-19 Mayıs, Ankara,
- 2006, Azerbaycan Bayatıları, IV Uluslararası Türk Medeniyetinde Sözlü Kültür Geleneği Sempozyum Bildirileri, 6-8 Kasım, Fethiye, S. 220-225
- 2007,Çengiz Aytmatovun yeni romanı: «Dağlar Düşen Zaman (Ebedi Gelin)», II Uluslararası Büyük Türk Dili Kurultayı (İhsan Doğramacıya Armağan, Ankara (Türkiye) – Bişkek (Kırgızstan) – S. 392-394
- 2007,«Kitabi-Dede Korkut» Destanında Rüya Görme ve Rüya Yorma, I Uluslararası Çeşme – İzmir, I Uluslararası Türk Dünyası Külrür Kurultayı (Türkiye), 9-15 Nisan 2006, Çeşme – İzmir, Bildiri Kitabı – IV, Ankara, S. 1509-1513
- 2007, Nizami Gəncəvi və Şərq İntibahı, Nizamidən – Yunis Əmrəyə ve Atatürkdən – Heydər Əliyevə Uzanan Sevgi Yolu, Bildirilər, Bakı: «Vektor» Nəşrlər Evi, S. 7-15
- Yeni Bosniya nəsri: Meşe Selimoviç, Rus Slavyan folklorşünaslığı. İnkişaf yolları və tədqiqat perspektivləri. Professor N.İ.Kravtsovun 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materialları. Moskva, 9-10 noyabr, 2006; Moskva, 2007, s.260-264
- Unudulmaz Nikolay İvanoviç Kravüov, Russiya Slavyan folklorşünaslığı: İnkişaf yolları və tədqiqat perspektivləri. Professor N.İ.Kravtsovun 100 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfransının materialları. Moskva, 9-10 noyabr, 2006; Moskva, 2007, s.336-337
- 2008, Bir Koreya Əsatir Qəhrəmanı və Koreya – Azərbaycan Əsatir – folklor əlaqələri haqqında, Mif, Millət, Ələbiyyat, Yeni İpək Yolu Beynəlxalq Ədəbi Simpoziumu, Bakı: SBC Nəşriyyatı, S.167-170 (Azərbaycan və Koreya dillərində)
- 2008, «Kitabi-Dede Korkut» Destanında Rüya Görme ve Rüya Yorumu, Avrasya Kurumu, Sempozyum Bildirileri, Ankara, S. 19-26
- 2008,Çengiz Aytmatovun Ebedi Gelini, «Yol» Dergisi, Sayı: 29, Eylül-Ekim, S. 12-19
- 2008,Müxtəlif sahələrə diqqət. İlham Əliyev haqqında qeydlər, «Azərbaycan müjdələri» jurnalı, oktyabr, S. 109
- 2008, Avrupa Birliği ve Ortak Türk Dili, VI. Uluslararası Türk Dili Kurultayı, 20-25 Ekim, Ankara,
- Xarici ədəbiyyat taraixi (Orta əsrlər və İntibah dövrü), Bakı, 1986
- 1992, Xarici ədəbiyyat tarixi (Qıdim Şərq ədəbiyyatı), Bakı,
- 2008, Antik ədəbiyyat, Bakı, 1993; İkinci nəşri
- 2008, Dünya ədəbiyyatı tarixi. Qıdim Şərq ədəbiyyatı, Bakı, 2003; İkinci nəşri
- 2008, Dünya ədəbiyyatı tarixi. Antik ədəbiyyat, Bakı, 2003; İkinci nəşri
- 2008, Dünya ədəbiyyatı tarixi. Orta əsrlər və İntibah dövrü), Bakı, 2003; İkinci nəşri
- 2008, Dünya ədəbiyyatı tarixi. XVII-XVIII əsrlər Xarici ədəbiyyat, Bakı, 2003; İkinci nəşri
- 2008, Dünya ədəbiyyatı tarixi. XIX-XX əsrlər Dünya ədəbiyyatı, Bakı, 2003; İkinci nəşri [4]
Kitabları
redaktə- Slavyan ədəbiyyatlarında romantizm. Məqalələr toplusu. 1973;
- Serb romantik poeziyası və Şərq (Monoqrafiya) 1987;
- Bolqar hekayələri. Satira və yumor, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 1985;
- C.London. F.Zalten. E..Seton-Tompson. Seçilmiş əsərləri, “Dünya Uşaq ədəbiyyatı” seriyası, XVII cild, Bakı: Gənclik, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 1985;
- L.Kerol. R.Kiplinq. C.Barri. A.A..Miln. Seçilmiş əsərləri, “Dünya Uşaq ədəbiyyatı” seriyası, XVII cild, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 1986;
- K.Q.Paustovski. A.S..Sobolyev. Seçilmiş əsərləri, “Dünya Uşaq ədəbiyyatı” seriyası, XVII cild, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 1988;
- “Koroğlu”nun Çin qaynaqları, (Monoqrafiya) 1998;
- Bağban (Nobel mükafatı laureatlarının əsərlərindən seçmələr (tərtib edəni, redaktoru və ön sözün müəllifi və tərcümə) 1990,
- Azərbaycan-Cənubislavyan ədəbi əlaqələri. Monoqrafiya. (monoqrafiya) 2003;
- Qədim Şərq ədəbiyyatı tarixi, (Ali məktəblər üçün dərslik) 2004;
- Asiya xalqlarının nağıl və əfsanələri, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Fransua Rable. Qarqantua və Pantaqruel, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Ceyms Fenimor Kuper. Sonuncu mogikan, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Şarl De Koster. Ulenşpigel və Lamme Qudzak əfsanəsi, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Alfons Dode. Taraskonlu Tartarenin qeyri-adi macəraları. Antuan de Sent-Ekzüperi. Adamların planeti. Hərbi təyyarəçi. Balaca şahzadə, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Mark Tven. Şahzadə və dilənçi. Oskar Vayld. Xoşbəxt şahzadə. (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Luis Keroll. Alisa möcüzələr ölkəsində. Redyard Kiplinq. Mauqli; Joze Qomes Ferreyra. Cəsur Joanın qəribə macəraları, (tərtib edəni, redaktoru və ön sözün müəllifi və Joze Qomes Ferreyranın “Cəsur Joanın qəribə va macəraları” romanının tərcüməsi) 2005;
- Rus uşaq ədəbiyyatı, 2 cilddə, I cild, (tərtib edəni və redaktoru) 2005;
- Rus uşaq ədəbiyyatı, 2 cilddə, II cild, (tərtib edəni və redaktoru) 2005;
- Ceyms Fenimer Kuper. Ləpyrçi, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2004;
- Çarlz Dikkens. Oliver Tvistin macəraları, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Jül Vern. İyirmi min il su altında, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2004;
- Robert Lyüis Stivenson. Dəfinələr adası, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2004;
- Mark Tven. Tom Soyerin macəraları, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2004;
- Hofman. Qrim qardaşları. Hauf. Andersen. Nağıllar, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2005;
- Homer. “İliada” və “Odisseya”, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2007;
- Aligyeri Dante. İlahi komediya, (tərtib edəni, redaktoru və ön sözün müəllifi) 2007[2]
Xarici keçidlər
redaktəMənbə
redaktə- Teymur Əhmədov. Azərbaycan yazıçıları (XX-XXI yüzillikdə) ensiklopedik məlumat kitabı. Bakı: "Nurlar", 2011.
İstinadlar
redaktə- ↑ Aynur Nəcəfova. "Cəlil Nağıyev" (PDF). "Əlyazmalar yanmır" jurnalı (1 (10)). 2020: 191–192 – 75. 2024-11-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-11-09.
- ↑ 1 2 3 "Filologiya elmləri doktoru, professor, Dünya ədəbiyyatı kafedrasının müdiri". 18 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
- ↑ "Filologiya problemləri üzrə elmi şuranın tərkibi". 18 January 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-21.
- ↑ Nagiyev - BDU.pdf "Cəlil Qərib oğlu Nağıyev" (#bad_url) (PDF). 2019-07-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-06-21.