Ceferxan Abbasov - Wikipedia
Cəfərxan_Abbasov - Haqqında Məlumat
Cəfərxan Abbas oğlu Abbasov (1903, Naxçıvan qəzası – 29 avqust 1965) — pambıqçı, Sosialist Əməyi Qəhrəmanı (1950).
Cəfərxan Abbasov | |
---|---|
Cəfərxan Abbas oğlu Abbasov | |
Doğum tarixi | |
Doğum yeri | Təzəkənd, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası |
Vəfat tarixi | |
Vəfat yeri | Oğlanqala, İliç rayonu, Azərbaycan SSR, SSRİ |
Milliyyəti | azərbaycanlı |
Mükafatları |
|
Həyat və əmək fəaliyyəti
redaktəCəfərxan Abbasov 1903-cü ildə İliç rayonunun Təzəkənd kəndində anadan olmuşdur. İliç rayonunun M.Qorki adına kolxozunda manqa başçısı işləmişdir. 1949-cu ildə pambıqçılıq sahəsində yüksək əmək göstəricilərinə nail olmuşdur. 17 iyun 1950-ci ildə pambıqçılığın inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni, Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif olunmuşdur. Cəfərxan Abbasov 29 avqust 1965-ci ildə İliç rayonunun (indiki Şərur rayonu) Oğlanqala kəndində vəfat etmişdir.
Mənbə
redaktə- Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 15.
- Abbasov Cəfərxan Abbas oğlu // Naxçıvan ensiklopediyası. — Azərbaycan Milli Elmlər Akademiyası, 2005.