Circiramakimiler - Wikipedia
Cırcıramakimilər (lat. Cicadinea) — buğumayaqlılar tipinin həşəratlar sinfinin bərabərqanadlılar dəstəsinə aid olan yarımdəstə.
Cırcıramakimilər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Cırcıramakimilər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xarici quruluşu
redaktəCırcıramakimilər kiçik və iri ölçülü (3 65 mm.) həşəratdır. Qısa 3 buğumlu bığcığı, mürəkkəb gözləri və 2-3 gözcüyü vardır. Dal ayaqları tullanıcı tipdədir. Pəncələri 3 buğumludur. Qanadları uzununa və eninə damarlanmaya malikdir. Qarın 10 buğumludur. Dişilərdə yumurtaqoyan vardır. İri növlərin erkək fərdləri ucadan cırıldayır. Yumurtalarını adətən bitkilərin gövdəsinə qoyur və həmin bitkiyə də zərər verirlər. Sürfələri görünüşcə və həyat tərzinə görə imaqoya oxşardır. Bəzi növlərinin sürfələri torpaqda yaşayır və möhkəm, qazıcı ön ayaqlara malikdirlər. Oxuyan cırcıramalar iri olub, güclü səsçıxarma və həmçinin eşitmə orqanına malikdirlər.
Yayılması
redaktəCırcıramakimilərin keçmiş SSRİ-də 2000-ə qədər növünün olması haqda məlumat vardır. Azərbaycanda 186 növü qeyd edilmişdir.
Cırcıramakimilərin inkişafı, adətən yarım il və ya bir il müddətində tamamlanır. Cırcıramakimilərin 2 fəsilə üstlüyü vardır.
Təsnifatı
redaktə- Əsl cırcıramakimilər ("Cicadoidea")
- Fulqoroidlər ("Fulgoroidea")
İstinadlar
redaktə- ↑ Integrated Taxonomic Information System (ing.). 2012.
Ədəbiyyat
redaktə- B.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 2008, -563 səh.