Cume Mescidi Derbend - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Cümə məscidi — Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində yerləşən məscid. Bu, müsəlmanların ibadəti üçün tikilmiş ən qədim məscid olmaqla yanaşı, həm də İslam aləmində ən qədim məscidlərdən biridir.
Cümə məscidi | |
---|---|
42°03′19″ şm. e. 48°16′47″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Şəhər | Dərbənd |
Yerləşir | Dərbənd |
Sifarişçi | Məsləmə ibn Əbdülmalik |
Əsas tarixlər |
1368—1369 — zəlzələdən sonra bərpa edilib 1930-cu illər — bağlanıb 1938—1943 — şəhər həbsxanası kimi istifadə 1943 — müsəlmanlara qaytarılıb |
Tikilmə tarixi | 733-734 |
Sahəsi | 1900 m² |
Günbəzləri | 1 |
Vəziyyəti | fəaliyyət göstərir |
Rəsmi adı: Citadel, Ancient City and Fortress Buildings of Derbent | |
Tipi | Mədəni |
Kriteriya | iii, iv |
Təyin edilib | 2003 |
İstinad nöm. | 1070 |
Dövlət | Rusiya |
Region | Avropa |
İstinad nöm. | 0510060000 |
Mühafizə dərəcəsi | Federal |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ümumi məlumat
redaktəSasanilər İmperiyası tərəfindən möhkəmləndirilmiş Dərbənd Yaxın Şərqdə qədim şəhərlərdən biri sayılırdı. VIII əsrdə Məsləmə ibn Əbdülmalikin başçılığı ilə ərəblərin Qafqaza birinci yürüşləri zamanı şəhər işğal olundu. Ərəblər Dərbəndə xüsusi diqqət yetirmiş, hətta onu Bab-əl Əbvab – yəni "Qapılar qapısı" adlandırmışlar. Ərəb sərkərdəsi xilafətin Azərbaycan canişini Məsləmə ibn Əbdülmalik Suriyadan Dərbəndə 24000 əsgər köçürərək şəhəri 4 hissəyə və ya məhəllələrə ayırdı. Hər məhəllənin öz məscidi inşa olunmaqla yanaşı eyni zamanda hicri tarixi ilə 115-ci ildə (miladi 733-734-cü il) ümumşəhər Cümə məscidi inşa olundu.
Memarlığı
redaktəGeniş bir meydanda Şərqdən Qərbə doğru istiqamətlənərək düzbucaqlı daş hasarla (67x17m) əhatə olunmuş Cümə məscidinin plan strukturu sütun düzülüşü ilə kvadrat formalı 3 nefə ayrılıb. Məscid şimaldan cənuba doğru istiqamətlənmiş mərkəz xəttin oxvarı daş günbəzlə örtülmüş kvadrat formalı zalla tamamlanır. Plan strukturu baxımından məscidin birbaşa analoqu olmayan daxili hissəsi eni istiqamətində çoxsaylı hissələrə bölünərək nəhəng memarlıq orqanizminə dinamik xarakter verir. Burada interyer boyunca meşəsayağı düzülmüş daş sütunlar və onların sonluğunu tamamlayan oxvari taxtabanlar dini tikilinin monumental obrazını bir az da artırır. Məscidin daxili fəza həllinin çoxsaylı neflərə bölünməsi və mərkəzdəkinin geniş formada olub hakim mövqeyə durması interyer kompozisiyasının memarlıq qanunauyğunluğunu qabardır. Simmetrik sistemə malik olan ibadət zalı fasadı və portalı boyunca ornament və Quran ayələri ilə bəzədilmiş təbəqəli mərkəzi zal ilə tamamlanır. Zal ikinci təbəqədən kvadrat formalı əsas üzərinə oturdulan və incə xətli stalaktitli haşiyələrlə əhatələnmiş 14 tilli oxvarı tactavanla tamamlanır. İkitəbəqəli zalın möhkəm, üfüqi dayaqları üzərindən yuxarıya doğru istiqamətlənmiş oxvari taxtabanlar sakitlik və möhtəşəmlik yaradır. Cümə məscidinin fasadı sadə divar fonunda iki təbəqəli giriş həllinə malik olan və oxvarı taxtabanla tamamlanan gərilmiş proporsiyalı portalla ciddi və monumental görünür. Bütün məscid günbəzlərinin üzəri gözəl rəsmlərlə bəzədilmişdir. Təbii zəlzələ nəticəsində ciddi zədələnmiş məscid hicri tarixi ilə 770-ci ildə (1368-1369) bakılı memar Tacəddin Musa oğlu tərəfindən hakim Afriburzun zamanında əsaslı təmir olunmuşdur.
Tarixi
redaktəMaraqlıdır ki, ilk ərəb məscidlərini nəzərə almasaq, Dərbənd Cümə məscidi müsəlman dünyasının ən qədim məscidlərindən biridir:İlk məscid 608-ci ildə Məkkədə, Kəbədə; 707-ci ildə Məhəmməd peyğəmbərin evinin yerində; 632-ci ildə Canadiyada; VII əsrin 70-ci illərində Sapedə Əl-Cami, Əl-Kəbir adlı məscidi, 687-691-ci illərdə Qüds ətrafında Kubbat əz Səhra, yenə Qüdsdə VIII əsrin əvvəllərində inşa edilmiş əl-Əksa məscidi, 708-ci il Dəməşqdə Validə məscidini və 641-ci ildə Qahirədəki Əmir məscidini qeyd etmək olar. İranda birinci məscid 775-ci ildə Damqanda, Orta Asiyada isə X əsrdə inşa edilib. İslamın Dağıstanda və bütün Qafqazda yayılmasında Dərbənd şəhərinin müstəsna rolu olmuşdur. Ərəblər bu şəhəri Bab ül-Əbvab, yəni qapılar qapısı adlandırmışlar.
Məhz bu qapılar vasitəsi ilə təxminən hicrinin 20(642) ilində islam ilk dəfə Dağıstan ərazisinə daxil olmuşdur. Sonralar Dərbənd Azərbaycan və Dağıstan tarixində xüsusi yer tutacaqdı.
Bu şəhər iri inzibati -siyasi, mədəni və ideoloji mərkəz idi.
IX əsrdə Dərbənddə 20 min ərəb döyüşçüsü yerləşdirilmişdi və şəhər 4 məhəlləyə bölünürdü: Dəməşq, Kufə, Həmas və Cəzair məhəllələrinə. X-XI əsrlərdə şəhərdə yerli türk və iranlı əhalidən başqa, ərəblər, ləzgilər, avarlar və başqa xalqlar da yaşayırdı.
733 ildə Dərbənddə hər məhəllədə olan 7 kiçik məsçiddən başqa Cümə məsçidi də inşa edilmişdir. Sonralar məsçidlərin sayı getdikcə çoxaldı. Onlar əsasən xəlifə Harun ər-Rəşidin və şirvanşah I İbrahiminin vaxtında tikilmişlər. 796 ildə şəhərdə artıq 15 məsçid vardı.
Məsçid Şəhərin köhnə hissəsinin mərkəzində yerləşir və məsçid, mədrəsə və ruhanilər üçün yaşayış otaqları kompleksindən ibarətdir.
Məsçidin inşası 733-743 illərə aid edilir. O vaxt bu şəhərdə ən böyük tikili idi.
Tarixi boyu məsçid Cümə məsçidi dəfələrlə rekonstruksiyaya məruz qalır. Məsələn girişi üzərində, onun zəlzələdən sonra, 1368-1369 illərdə Bakıdan olan Tacəddin tərəfindən bərpa edildiyi barədə yazı var.
Məsçid yanındakı mədrəsənin inşası ancaq 1474-1475 illərdə başlandı. Lakin onun genişləndirilməsi və bütün kompleksin formalaşdırılması 1815 ildə bitirilmişdir.
Məsçidin 1930 ildə bağlanması, ölkədəki ateist təbliğatı kampaniyası ilə bağlı idi.
1938-1943 illərdə o NKVD nin sərəncamında idi və şəhər həbsxanası funksiyasını yerinə yetirirdi.
Ancaq müharibə ilə əlaqədar Sovet hökumətinin o vaxtki siyasətinə uyğun olaraq məsçid şəhərin dini təşkilatına, onun birbaşa təyinatı üzrə istifadəsi üçün qaytarılır.
Onun yenidən bərpası və ibadət yeri kimi istifadəyə verilməsi könüllü vəsaitlər hesabına başa gəlir.
Sonralar məsçidin nizamnaməsi hazırlanır və 20 nəfərlik idarə heyəti seçilir. İdarə heyətinin birinci sədri Məşədi Əli-Hüseyn seçilir, (sünnü icmasından) - imam Əbd ül-Qəni Əfəndi və şiə icmasından axund Bala Əli Mir Əhməd məsul olurlar.
Sovet illərində Cümə məsçid Şimali Qafqazda ən böyük camə sayılırdı. Son illərə qədər o bütün Cənubi Dağıstanda yeganə məsçid idi. Bura bütün ətraf rayinlardan ibadətə yığışırdılar.
Yaşına baxmayaraq məsçid yaxşı qalmışdır. Bu yaxınlarda UNESCO nun ümumdünya irsinə dail edilmişdir.
İndi kompleksdə bərpa-təmir işləri aparılır. Məsçiddən başqa mədrəsənin binasının genişləndirilməsi və rekonstruksiyası nəzərdə tutulub.[1]
İstinadlar
redaktə- ↑ "-Дербентская Джума-мечеть: отсюда пошел Ислам в России". 2021-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-25. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
Xarici keçidlər
redaktə- -Дербентская Джума-мечеть: отсюда пошел Ислам в России
- "Dərbənddə şiələrə məxsus məsciddən fotoreportaj" ( (az.)). islamazeri.az. 2016-09-28. 2016-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-16.