Butanin Dovlet Qurulusu - Wikipedia
Butanın dövlət quruluşu — 2009-cu ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.
Butan | |||||
---|---|---|---|---|---|
འབྲུག་ཡུལ་ (Druk Yul) | |||||
| |||||
Himn: འབྲུག་ཙན་དན་(Druk Tzenden) |
|||||
Tarixi | |||||
• Əsası qoyulub | 17 dekabr 1907 | ||||
Paytaxt | Thimphu | ||||
İdarəetmə forması | Konstitusiya Monarxiyası | ||||
Kral | Jigme Khesar Namgyal Vanqçuk [9.XII.2006 ~ | ||||
Baş Nazir | Çerinq Tobqay [30.VII.2013 ~ | ||||
Sahəsi | Dünyada 136-cı | ||||
• Ümumi | 47000 km² | ||||
• Su sahəsi (%) | <1 | ||||
Əhalisi | |||||
• Əhali | 740 min nəfər (164-cü) | ||||
• Sıxlıq | 15 nəf./km² | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Dövlət quruluşu
redaktəButan mütləq formalı idarəetmə üsuluna malik konstitusiyalı monarxiyadır. Milli bayram günü olan dövlətin yaranması günü (1907) 17 dekabrda qeyd olunur. Ölkə Konstitusiyası 18 iyul 2009-cu ildə qəbul edilmişdir.
İnzibati bölgüsü
redaktəButan 20 Dzonqxaqdan (Bumtanq, Çukxa, Daqana, Qasa, Xaa, Lxuntse, Monqar, Paro, Pemaqatsel, Punakxa, Samdrup-Conqxar, Samtse, Sarpanq, Tximpxu, Traşiqanq, Traşiyanqse, Tonqsa, Siranq, Vanqdi-Pxodranq və Jemqanq) ibarət 4 Dzonqdeyə (1-ci dərəcəli Şərqi, Qərbi, Mərkəzi və Cənubi inzibati ərazi vahidliyinə) bölünür.
Dövlət başçısı
redaktəMövcud Konstitusiyaya görə Kral (Druk Gyalpo "Dragon King") Butan hakimiyyətinin, onun qüdrətinin milli rəmzidir. Çox geniş səlahiyyətləri özündə 'ks etdirən Butan monarxiya institutu irsi sayılsa da, 65 yaşına çatdıqda Kral istefaya getməlidir.
Qanunvericilik hakimiyyəti
redaktəİkipalatalı Parlamentdən: 25 yerlik Milli Şuradan (Yuxarı Palataya 20 üzv Dzonqxaqlar üzrə vətəndaşlar tərəfindən seçilirlər, qalan 5 üzvü isə Kral təyin edir) və 47 yerlik Milli Assambleyadan (Aşağı Palataya deputatlar ümumxalq səsverməsi yolu ilə seçilirlər) ibarətdir.
Yuxarı Palatanın üzvləri istisnasız olaraq ali təhsilli olmalı və heç bir siyasi partiyanın üzvü olmamalıdırlar.
İllik dövlət büdcəsinin təsdiqi, qanunların dərc edilməsi, yüksək vəzifəli dövlət məmurlarının təyin və azad edilməsi, Krala (yenidən baxılması üçün qanun layihələrini Parlamentə qaytarmaq hüququna malikdir) məsləhətlərin verilməsi, dövlət başçısının razılığı ilə nazirlərin seçilməsi, mövcud qanunvericiliyə uyğun olaraq yerli özünüidarəetmə orqanlarının fəaliyyətinə nəzarət edilməsi və s. mühüm məsələlər Butan Parlamentinin səlahiyyətlərinə daxildir.
İcraedici hakimiyyət
redaktəBaş nazirin rəhbərlik etdiyi Nazirlər Kabineti tərəfindən həyata keçirilir. Kabinetin tərkibi, bir qayda olaraq Parlament seçkilərində qalib gəlmiş partiyanın üzvlərindən formalaşır. 10 nazirlikdən ibarət olan Nazirlər Kabinetinin üzvlərindən növbəlilik qaydasında bir il müddətinə Baş nazir seçilir.
Nazirlər Kabineti ölkənin daxili və xarici siyasət kursunu ehtiva edən icraedici hakimiyyətlə yanaşı, Parlamentin hər iki palatası ilə birlikdə qanunvericilik hakimiyyətini də həyata keçirir.
Məhkəmə hakimiyyəti
redaktəButanın hüquq sistemi ingilishind ümumi hüquq sisteminə əsaslanır. 2008-ci il Konstitusiyasına uyğun olaraq, məhkəmə hakimiyyəti ölkədə ən yüksək məhkəmə instansiyası sayılan Ali Məhkəmə, 1-ci instansiya Apelyasiya Məhkəməsi olan Yüksək Məhkəmə, habelə 1-ci instansiya məhkəməsi sayılan 20 dzonqxaq məhkəmələri və kiçik cinayət işləri üzrə dairə məhkəmələri tərəfindən həyata keçirilir. Ali və Yüksək Məhkəmələrin hakimləri Butanın dövlət başçısı tərəfindən təyin və azad olunurlar.
Mənbə
redaktə- Бутан, государство в Азии // Энциклопедический словарь Брокгауза и Ефрона : в 86 т. (82 т. и 4 доп.). — СПб., 1890–1907.
- Мишель Пессель. Путешествие в Мустанг и Бутан. Вильнюс Вага 1982
- Правовые системы стран мира. Энциклопедический справочник. Под ред. А. Я. Сухарева. М., НОРМА, 2003. Статья "Бутан". С. 126–128.
- Gisela Bonn. Bhutan. Kunst und Kultur in Reich der Drachen. DuMont Kunst Reiseführer. DuMont, Köln, 1988
- Aris M. Bhutan. The early History of a Himalaya Kingdom, Washington 1979
- Aris M. View of Medieval Bhutan. The diary and drawing of Samuel Davis 1783. London/Washington 1982
- Stan Armington, Bhutan. Lonely Planet travel guide.