Bussol Bogazi - Wikipedia
Bussol_boğazı - Haqqında Məlumat
Bussol boğazı rus. Буссоль (Пролив)- Sakit okeanına daxil olan Şumişir adasını Qara qardaş (Brat Ciopoev) və Brouton adalarından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 30 km, ən dar eni isə 68 km təşkil edir. Dərinliyi 2225 m-ə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazın duzluluğu 33,1 - 34,5 ‰ təşkil edir. Boğazın sahillərində dərinlik 1,0 m təşkil edir. Boğazın ümumi sahəsi 83,3 km² - dir. Ən dayaz yeri 515 m-dir. Boğazın adı isə 1787-ci ildə onu üzüb keçən fransız səyyahı Jan-Fransua de Laperuzun rus. Буссоль gəmisinin şərəfinə adlandırılmışdır. Sahillərində yaşayış məntəqələri yoxdur. Saxalin diyarının ərazisinə daxildir.
Bussol boğazı | |
---|---|
rus. Буссоль (Пролив) | |
Ümumi məlumatlar | |
Eni | minimum 68 km |
Uzunluğu | 30 km |
Ən böyük dərinliyi | 2225 m |
Yerləşməsi | |
46°41′41″ şm. e. 151°21′06″ ş. u.HGYO | |
Ölkə | Rusiya |
Akvatoriyası | |
Ayırır | Şimuşir adasını Qara Qardaşlar və Brouton adasından |
|