Buru - Wikipedia
Buru[1] (ind. Pulau Buru) — Malay arxipelaqında, Molukka adalarına və İndoneziyanın tərkibinə daxil olan ada. Sakit okeana daxil olan dənizlərlə əhatələnmişdir: Seram dənizi (şimaldan), Banda dənizi (cənubdan və qərbdən). Şərqdən Manipa boğazı ilə Seram və Ambon adalarından ayrılır. Sahəsi 9505 km² təşkil edir. 2012-ci il may ayının məlumatlarına əsasən, adanın ümumi əhalisi 206 840 nəfərdir.
Buru | |
---|---|
ind. Pulau Buru | |
Ümumi məlumatlar | |
Sahəsi | 9.505 km² |
Hündür nöqtəsi | 2.736 m |
Əhalisi | 206,840 nəfər (2012-ci il) |
Yerləşməsi | |
3°08′ c. e. 126°17′ ş. u.HGYO | |
Ölkə | İndoneziya |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Ada əhalisi etnik baxımdan rəngarəngdir. Adanın köklü əhalisi ilə yanaşı orada Yava adasından və İndoneziyanın digər adalarından gələnlər də yaşayır. Dini baxımdan həm islam, həm də xristian dininə etiqad edənlər var. Bununla belə bəzi rayonlarda insanlar əvvəlki inanclarına bağlılıqlarını qoruyub saxlayırlar.
İnzibati cəhətdən ada Moluku vilayətinə daxildir. Vilayət də öz növbəsində iki dairəyə ayrılır – Buru və Cənubi Buru. Buru dairəsi 2008-ci ildə təşkil edilmişdir. Buna baxmayaraq onun inzibati strukturu 2011-ci ildə hələ təşkil edilməmişdir. İnzibati mərkəzləri müvafiq olaraq Namlea (Buru) və Namrole (Cənubi Buru) şəhərləridir. Bu şəhərlər həmçinin adanın ən iri yaşayış məntəqələridir.
Ada bir çox xüsusiyyətləri baxımından zənginlikləri ilə seçilir. Bioloji növlərin çoxu endemik canlılardır. Ərazisinin bir hissəsini qoruqlar və yasaqlıqlar təşkil edir.
1960-cı illərin ortalarından 1970-ci illərin sonlarına qədər siyasi məhbusların saxlanıldığı düşərgə olmuşdur. Əsasən Suxartonun rəqibləri burada saxlanılmışdır. Buru məhbusları arasında, həbsdə ikən əsərlərinin böyük bir hissəsini yazan indoneziyalı yazıçı Pramudya Ananta Tur da vardı.
Fiziki-coğrafı xüsusiyyətləri
redaktəCoğrafi yerləşməsi
redaktəAda Sakit okeana daxil olan Seram dənizi (ind. Laut Seram) ilə şimaldan, Banda dənizi (ind. Laut Banda) ilə isə cənubdan və qərbdən əhatələnir. Şərqdən Manipa boğazı vasitəsilə (ind. Selat Manipa) Seram (ind. Pulau Seram), Ambon (ind. Pulau Ambon) və bir necə kiçik adalardan ayrılır. Sahəsi 9505 km²[2] təşkil edən ada, bu göstərici ilə Molukk adaları (ind. Kepulauan Maluku) arasında Halmahera (ind. Pulau Halmahera) və Seramdan sonra üçüncüdür.
Şərqdən qərbə doğru uzanmış quruluşu dairəvi düz formaya çox yaxındır. Şərqdən qərbə maksimal uzunluğu 130 km, şimaldan cənuba isə 90 km təşkil edir. Sahilləri elə də girintili-çıxıntılı deyildir. Sahilində yerləşən yeganə körfəz Kaelidir ki, o da adanın şimal-şərqində yerləşir.
Buru adasının sahillərinə yaxın çoxlu sayda kiçik adalar vardır. Yaxınlıqda yerləşən və yaşayışı olan ada Ambelaudur (ind. Pulau Ambelau). Onun sahəsi 306 km² təşkil edir. Buru adasından 20 kilometr cənub-şərqdə yerləşir. Bununla yanaşı burada Foqni (yaşayışı olmayan adalar arasında ən irisi) (ind. Pulau Fogi), Oki (ind. Pulau Oki) və Tomaxu (ind. Pulau Tomahu) adaları da vardır[3].
Relyefi, faydalı qazıntıları
redaktəRelyefi əsasən dağlıqdır. Xüsusi ilə mərkəzi və qərb hissələri bu baxımından seçilir. Adanın ən hündür nöqtəsi 2736 metr[4] olan Kapalamadan (ind. Kapalamadan) dağıdır (adının müxtəlif variantları: "Kepala Madam", ind. Kepala Madan[5]; "Kepalat Mada", ind. Kepalat Mada[6]; "Qheqan", ind. Ghegan[6]). Düzənliklər əsasən ensiz zolaq şəkildə sahil boyunca uzanır. Üstəlik Aro çayı sahili boyunca geniş ovalıq əmələ gətirir (Aro ovalığı). Çay Kaeli körfəzinə tökülür[3].
Geoloji quruluşu baxımından çöküntü daşları və metamorfik dag suxurlarından ibarətdir. Əsasən kaynozoy suxurları üstünlük təşkil etsə də bir hissəsi neogen dövrünə aiddir[3][7]. Adanın şimal hissələrində metaforik suxurlar üstünlük təşkil edir[7]. Ən əsası şist və feldspatdanm ibarət olan qumdaşından ibarətdir[3].
Ərazisinin müxtəlif yerlərində müxtəlif növ suxurlara rast gəlinir. Xüsusi ilə Allyuvial çöküntülər üstünlük təşkil edir[3].
Buru seysmik baxımdan aktiv zonada yerləşir. Ada və onun şelf zolağında davamlı olaraq yeraltı təkanlar baş verir. Xüsusi ilə 2006-cı ilin fevral ayının 14-də adanın şərqində maqnitudası rixter şkalası üzrə 6,4 bal gücündə zəlzələ baş vermişdir. Ardından baş vermiş güçlü sunami nəticəsində 6 yaşayış məntəqəsi ciddi zərər görmüşdür. Xüsusilə adanın şərq qutaracağında yerləşən Pale kəndi (ind. Pale) daha çox zərər çəkmişdir. Nəticədə üç nəfər ölmüş və 166 ev zərər görmüşdür[8][9][10].
Buru faydalı qazıntılar baxımından elədə zəngin deyildir. Əsas faydalı qazıntısı isə əhəng daşıdır[11]. Buna baxmayaraq 2009-cu ildə aparılan araşdırmalar nəticəsində adanın şelf zolağında zəngin neft və təbii qaz ehtiyatları aşkarlanmışdır[12].
Su ehtiyatları
redaktəAdanın ən iri çayları – Apo (ind. Apo (uzunluğu 80 km), Geren (ind. Geren), Nibe (ind. Nibe). Onların su rejimi yağıntılar mövsümündən asılı olaraq dəyişir[3]. Yağıntıların maksimal olduğu dövrü çaylarda gursululuğun artması ilə üst-üstə düşür. Qeyd etmək lazımdır ki, İndoneziya və qərbdə mənbələrində Buru çaylarının adları yerli dillərdə işlədilən "çay" – "vae" (ind. wae) sözünün transliterasiyası nəticəsində fərqli formada deyilir. Buna misal olaraq Apo "Vaeapo" (ind. Waeapo), Qeren "Vaeqeren" (ind. Waegeren) və s. göstərmək olar.
Adanın mərkəzində 767 metr hündürlükdə şirinsulu Rana (ind. Danau Rana) gölü vardır[6]. Bu göl Maluku vilayətinin ən iri gölüdür və sahəsi 11,5 kvadrat kilometrdir[13].
İqlimi
redaktəEkvatorial-musson iqlimə malikdir. Molukk adalarına xas olan rütubətli iqlim hakimdir. Yağışlar mövsümü oktyabrdan aprel[14] aylarına qədər davam edir. Ən çox yağıntı bir qayda olaraq dekabr–fevral ayları düşür[3].
Adanın elə də iri olmasına baxmayaraq dağlara qalxdıqca iqlim tipləri bir-birini əvəz edir. Belə ki, dağlara doğru hava nisbətən rütubətli və sərin olur. Düzənliklərdə isə bunun əksini görmək olar. Əgər dağlarda temperatur 26 °C[3][15][16]-dirsə düzənliklərdə bu nisbətən yüksək olur. Ərazidən asılı olaraq yağıntının miqdarında fərqlər vardır[3]:
- Şimal rayonları — 1400–1800 mm;
- Mərkəz rayonları — 1800–2000 mm;
- Cənub rayonları — 2000–2500 mm;
- Dağlıq rayonlar (Hündürlüyü 500 metrə catan ərazilərdə) — 3000–4000 mm.
Canlılar aləmi
redaktəFauna
redaktəAdanın flora və faunası Avstraliya və Asiya biocoğrafi zolağında yerləşir. Bu baxımdan bir çox cəhətdən unikaldır və fəal beynəlxalq tədqiqat mövzusuna çevrilir[17]. Yerli tropik meşələrin ekosistemi xüsusilə özünəməxsusluğu ilə seçilir. Burada yayılmış heyvan və bitkilərin böyük əksəriyyəti endemik olması ilə fərqlənir[6][17].
Ada yaşayan 25 növ məməlidən 4 ya Buru adasında və ya adanın yaxınlığında yerləşən kiçik adalarda müşahidə edilir – babirusanın yerli yarımnövü (lat. Babyrousa babyrussa) və iriqanadlar üç növü (lat. Pteropus chrysoproctus, Pteropus ocularis, Nyctimene minutus)[17].
Adada 178 növ quş müşahidə edilir ki, bunlarında 10-u endemikdir – Buru raketquyruq tutuquşu (lat. Prioniturus mada), İridimdik qarasifət tutuquşu (lat. Tanygnathus gramineus), Mavisifət bəzənmiş lori (lat. Charmosyna toxopei), qəhvəyi liximer (lat. Lichmera deningeri), ada qırxpudlu tırtılyeyən (lat. Coracina fortis) zolaqlısinə cəngəllikmilçəkovlayanı (lat. Rhinomyias addita), kürənsinə ağgöz (lat. Madanga ruficollis), sarı buru ağgözü (lat. Zosterops buruensis), lat. Rhipidura superflua və lat. Monarcha loricatus[17].
Flora
redaktəAda ərazisinin 60%-i rütubətli tropik meşələrlə, 20%-i isə kol bitkiləri ilə örtülüdür. Adanın şimalı isə iri ağac və kol massivlərindən məhrumdur. Bu ərazilər əsasən kənd təsərrüfatı məqsədilə istifadə edilir[3][17]. Meşələrin qırılması hələ XX əsrin əvvəllərində Niderland müstəmləkə idarəçilərinin sifarişi ilə qarğıdalı və digər bitkilərin əkin sahələrini artırmaq üçün həyata keçirilmişdi, ancaq meşələrin qırılması 1960–1970-ci illərdə daha geniş miqyas alır[3][18].
Ada ərazisində yerləşən bitki örtüyünün böyük hissəsini təbii masivvlər tutur. İnsan tərəfindən əkilən ağaclar isə ümumi meşələrin cəmi 0,5%-i təşkil edir. Ərazidə yayılmış bitkilərin böyük qismi Dipterocarpaceae sinfinə daxildir – Anisoptera thurifera, Hopea gregaria, Hopea iriana, Hopea novoguineensis, Shorea assamica, Shorea montigena, Shorea selanica, Vatica rassak. Adanın şimalında qorunmuş qarışıq meşələrdə Shorea cinsinə aid bitkilər, yüksək dağlıq ərazilərdə isə Dacrydium novo-guineense yayılmışdır. Manqrov meşələri əsasən çay mənsəbində müşahidə olunur. Bu isə ada ərazisinin cəmi 1%-i təşkil edir[3][17].
Ətraf mühit fəaliyyəti
redaktəBuru təbiətini qorumaq məqsədilə sistematik tədbirlər, İndoneziya hökuməti tərəfindən 1980-ci illərdən bəri həyata keçirilir. 1985-ci ildə adada iki qoruq təşkil edilmişdir: Masbait (ind. Masbait) və Masarate (ind. Masarete). Masbait adanın şərqində yerləşir. Sahəsi 5.875 hektardır (1999-cu ilə qədər – 6.250 hektar). Masarate isə adanın cənub-şərqində və 1.598 hektar əraziyə sahibdir. Ətraf mühitin mühafizəsi üzrə müvafiq proqramların həyata keçirilməsi, logistik problemlərdən dolayı çox çətindir. Belə ki, 2010-cu ilin ortalarına görə Masaret qoruğunun sərhədlərinin demorkasiyası baş tutmamışdır. Bu səbəbdən bioloji növlər hərtərəfli qeydiyata alınması həyata keçirilməmişdır[19][20][21].
Bununla yanaşı Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi həmçinin iki qoruğun təşkilini də məsləhət görmüşdür – adanın mərkəzi və qərb hissələrində 1.380 kvadrat kilometr (Kapalamadan dağı və ətraf əraziləri) və şərq hissəsində 50 kvadrat kilometrlik ərazi (Apo çayının mənsəbi)[17][22]. 2010-cu ilin əvvəlinə olan məlumata əsasən bu ərazilərdə yasaqlıqlar təşkil edilmişdir. Burada ancaq ayrıca bitki növləri mühafizə olunur[6].
Tarix
redaktəMüstəmləkəçiliyə qədərki dövr
redaktəBuru haqqında ilk məlumatlar 1365-ci ilə Macapahit imperiyasına (yav. Majapahit) aid olan Naqarakertaqamalarda (yav. Nagarakertagama) verilir[23]. Ada "Xutan Kadali" (ind. Hutan Kadali)[23][24] adı ilə Macapahitə tabe olmasını bildirən mahnıların bəndində qeyd olunur.
XVI–XVII əsrlərdə Ternate sultanlığının təsir dairəsində olsa da, vassallıq simbolik xartakter daşıyırdı. Həmin dövrdə adalıların portuqaliyalı müstəmləkəçilərə tabe olmağına dair bir sıra məlumatlar vardır[25]. Eyni zamanda Buru adasına tez-tez portuqaliyalılara aid ticarət gəmiləri ilə bahəm hərbi gəmiləri də yan alırdı. Üstəlik Buru adasına və onun yaxınlarında yerləşən digər Maluku adalarında təkcə portuqallar deyil, digərləri də təsir göstərirdilər. Makasarlar adada güclü istehkan təşkil etmiş və əhalini ədviyyat becərməyə məcbur edirdilər (ən əsası mixək)[25].
Müstəmləkə dövrü
redaktəMalay arxipelaqının şərqindəki ədviyyatların istehsalında və ticarətində Niderlanda rəqib olan Makasarların fəaliyyətindən narahat olan Niderland Ost-Hind Şirkəti 1648-ci ildə Buruya hərbi ekspedisiya göndərir. Hollandiyalılar Makasarları adadan qovur, istehkamlarını dağıdır və eyni zamanda üç mindən çox mixək ağacını məhv edirlər. Müstəmləkəçilərin bu addımı adada möhkəmlənmək imkanları olmadığından atmışdılar. Çünki düşünürdülər ki, onların gedişindən sonra Makasarlar yenidən adaya qayıdıb istehsalı bərpa edəcəklər[25].
Sonrakı illərdə hollandlar adaya bir neçə ekspedisiyanın göndərir. Bu ekspedisiyanın nəticəsində NOHŞ-in ehtiyacları yerinə yetirməkdən imtina edən bütün əsas sahilyanı kəndlərin ağsaqqallarını tutulur. 1658-ci ilin oktyabr ayında əsir ağsaqqallarla adada yaşanan sosial-iqtisadi vəziyyətin xüsusiyyətlərini müəyyən edən uzun müddətli müqavilə imzalanmışdır. Yerli liderlər öz kəndlilərinin əksəriyyətini istehkamlarla əhatə olunmuş, Kaeli körfəzinin cənub sahilindəki kiçik bir əraziyə köçürməyə vəd verirlər. Onlar əvvəlcə hollandlar üçün hərbi istehkamların inşasında iştirak edirlər. Sonradan isə mixək ağaclarının əkilməsinə cəlb olunurlar. Əvəzində ağsaqqallar azadlığa qovuşur, ənənəvi imtiyazların qorunmasına təminat alırdılar. Anlaşmaya əsasən hollandlar immiqrantlar arasında missionerlik işini həyata keçirməkdən imtina etdiyini təsdiqlədilər. Şimali Moluklardan bölgəyə gətirilən islam dinin təbliğinə isə icazə verilir[25].
Qısa müddət ərzində inşa edilən istehkam və onun ətrafında salınan yaşayış məntəqəsi, 200 il müddətində adanın inzibati mərkəzi olur. Sonradan adanın digər yerlərindən bir neçə min əhali bölgəyə köçürülür. Qısa müddətdə eyni bölgədə on üç böyük kənd salınır. Bu tədbir hollandlara yalnız mixək plantasiyalarının təşkili işini deyil, həm də yerli əhalini nəzarət altına almaq işini asanlaşdırdı[25].
XIX əsrin əvvəllərində Niderland Ost-Hind şirkəti ləğv edildikdən sonra ada şirkətin bütün əvvəlki əmlakları kimi Niderlanda dövr edilir[25].
1824-cü ildə müstəmləkəçilik sistemində islahatlar həyata keçilrilir. Nəticədə Buru rəhbərləri raca adlanan 14 bölgəyə bölünür. Racalar hollandların "təkliflərini" dinləməyə məcbur idilər. Bütün Rajalar o dövrdə Hollandiyaya olan sadiqliyini sübuta yetirmiş, Kaeli bölgəsinə köçürülmüş qəbilə zadəganlarından təyin olunurdu. Çox hallarda rajalar mənşəyinə uyğun olaraq, atalarının gəldikləri torpaqlara təyin edilirdilər. Təkcə rəhbərlər ilə birlikdə çoxsaylı ailə üzvləri deyil, həm də soydaşlarının böyük bir hissəsi tarixi vətənlərinə dönürdü. Bu fəaliyyətlər nəticəsində uzun müddət adanın inzibati mərkəzi olan istehkam ətrafı bölgə demək olar ki, yaşayışsız əraziyə çevrilmişdi. İnzibati mərkəz hüququ isə Kaeli körfəzinin şimalındakı Namleo qəsəbəsinə keçdi[25][26].
1942–1950-ci illər dövrü
redaktə1942-ci ilin payızından 1945-ci ilin yayına qədər Buru da daxil olmaqla bütün Niderland Ost-Hindi Yaponiya İmperator ordusunun işğalı altında olmuşdur. Yapon işğalı zamanı Antihitler koalisiyası adada yerləşən düşmənin hərbi infrastrukturunu, xüsusilə Namleada yerləşən aerodromu bombalamışdır[27]. Yapon ordusu təslim olduqdan və adanı tərk etdikdən sonra hollandlar ada üzərində nəzarəti bərpa etdilər. Adada Niderland Ost-Hindinin ordusu yerləşdirildi.
1946-cı ilin dekabrında Burunun da (digər Molukk adaları ilə birlikdə, Sulavesi (ind. Sulawesi) və Kiçik Zond adaları) daxil olduğu Niderland tərəfindən idarə olunan federasiya tərkibli Şərqi İndoneziya Ştatlarını qurulur[28] (ind. Negara Indonesia Timur).
Şərqi İndoneziya 1949-cu ilin 23 avqust–2 noyabr tarixlərində keçirilən İndoneziya-Niderland Konfransının qərarı ilə təşkil edilmiş ("Haaqa dəyirmi masa konferensiyası") İndoneziya Birləşmiş Ştatlarının tərkibinə (ind. Republik Indonesia Serikat) (İBŞ, ind. RIS) daxil edilir[28][29][30][31]. 1950-ci ilin aprelində Şərqi İndoneziyanın İndoneziya Respublikasına birləşməsi ərəfəsində Burunun yerli orqanları, həmçinin Ambon, Seram və bir neçə kiçik adalar müstəqil Cənubi Molukk Adaları Respublikasını (ind. Republik Maluku Selatan, CMAR, ind. RMS)) təşkil edirlər. Onlar Hollandiya ilə sıx siyasi əlaqələrin saxlanmasında maraqlı idilər[29][30].
Danışıqlar yolu ilə CMAR-nın İndoneziyaya birləşdirilməsi uğursuzluğa uğradıqdan sonra İndoneziya tanınmayan dövlətə qarşı hərbi əməliyyatlara başladı. 1950-ci ilin iyulunda Namlea şəhərinə həmlə edən İndoneziya qoşunları qısa müddətdə adanı ələ keçirir. Buru CMAR-ın Cakartanın nəzarətinə keçən ilk ərazi olur. 1950-ci ilin dekabrına qədər özünü müstəqil elan edən respublikanın bütün ərazisi indoneziyalılar tərəfindən işğal olunur və İndoneziya Respublikasının bir hissəsi elan edilir[29][30].
İndoneziyanın tərkibində
redaktə1950–1965-ci illərdə mərkəzi hökumətin Buru ilə bağlı siyasəti əsasən onun sosial-siyasi və iqtisadi inteqrasiyasına yönəlmişdi. İndoneziyada 1965–1967-ci illərdə, general Suxartonun (ind. Soeharto) hərbi hakimiyyəti dövründə, Buru əsasən kommunistlər, solçular və ziyalıların[32][33][34] həbs olunaraq saxlandığı düşərgəyə çevrilir.
Siyasi məhbuslar əsasən Apo çayının vadisində yerləşən bir neçə həbs düşərgəsində saxlanılırdı. Onlar əsasən meşə tədarükü və bataqlıq ərazilərinin qurudulması işinə cəlb edilirdilər. Düşərgələr 1979-cu ildə ləğv edilmişdir. Bəzi məlumatlara görə düşərgələrdə ümumilikdə 12–14 min arası insan olmuşdur[32][33][34]. Həhs dönəmində ən azı 315 nəfərin ölməsi məlumdur[32]. Burudakı həbs düşərgələrində olan məhbuslar arasında bir çox elm və mədəniyyət nümayəndələri vardı. Onlar arasında xüsusilə İndoneziyanın ən məşhur yazıçısı Pramudya Ananta Turda (ind. Pramoedya Ananta Toer) olmuşdur. 1969–1979-cu illərdə həbs düşərgəsində olarkən, əsas ədəbi əsərlərinin əhəmiyyətli bir hissəsini yazmışdır – tarixi tetralogiya, daha sonra "Buru tetralogiyası" (ind. Tetralogi Buru) adlandırılır, "İnsan dünyası" (ind. Bumi manusia) romanın birinci hissəsini bütünlüklə[33][35]. 1975-ci ilə kimi yazı materiallarından məhrum olan Pramudya Ananta Tur qələmə ala bilmədiyi əsərlərini əzbərə yaddaşında saxlamışdır[32][33].
Sərbəst buraxılan azı 300 məhbus könüllü olaraq sosial adaptasiya proqramının bir hissəsi kimi Buruda qaldılar: məskunlaşmaq istəyənlər üçün mənzil, əkin sahələri və iki camış verilirdi. Hal-hazırda sağ qalan köhnə məhbusların əksəriyyəti Namlea və ətrafında yaşayır[18].
Adanın inzibati və ərazi bölgüsü İndoneziya Respublikasının müvafiq milli qanunvericiliyin inkişafına uyğun olaraq dəyişdi – 1950-ci illərdə rayonlara (keçamatan), 1978-ci ildə isə daha kiçik inzibati vahidlər olan kəndlərə (des) bölünür. Bununla belə yerli racalar əhali arasında öz mövqeyini qoruyub saxlayırdılar. Bir çoxları XXI əsrin əvvəlinə qədər yalnız ənənəvi üstünlüklərə malik idilər. Həmçinin qeyri-rəsmi rəhbərlik mövqeləri tutmuşdular, xüsusilə də dairə sovetinin xalq nümayəndələri seçilirdilər[25].
1990-cı illərin sonları 2000-ci illərin əvvəllərində İndoneziyada baş verən ümumi sosial-iqtisadi böhranın fonunda, adada ölkənin bir çox digər bölgələrində olduğu kimi etnik və dini baxımdan bir sıra qanlı toqquşmalar baş vermişdir[2][36][37][38]. Ən şiddətli münaqişə Vainibe (ind. Wainibe) kəndində müşahidə edilmişdir. 1999-cu ilin dekabr ayının bir neçə günü ərzində kənddə 43 nəfər öldürülmüş və ən azı 150 ev yandırılmışdır[36]. Toqquşma zonasını minlərlə qaçqın tərk etmək məcburiyyətində qalır. Münaqişə bölgəsində olan bir çox məktəb, ilkin tibbi yardım məntəqələri və müxtəlif infrastruktur obyektləri fəaliyyətlərini dayandırmaq məcburiyyətində olur. Münaqişənin sosial-iqtisadi nəticələrini aradan aldırmaq məqsədilə yerli və mərkəzi hökumət qurumları ilə yanaşı, İndoneziyanın xeyriyyə fondları[39] və müvafiq beynəlxalq təşkilatlar fəal rol oynamışlar. Xüsusi ilə UNICEF məktəblərin və uşaq bağçalarının bərpasına kömək etmişdir[40]. Adanın tarixində əhəmiyyətli bir hadisələrdən biri 17 mart 2006-cı ildə İndoneziya Prezidenti Susilo Bambanq Yudhoyononun bura ziyarəti olmuşdur. Adanı ziyarət edən ilk İndoneziya liderlərindən birincisi olaraq burada baş vermiş zəlzələnin nəticələrini öz gözləri ilə görmüş və şəxsi büccəsindən zərərçəkmişlərə pul yardımı etmişdir[8][10].
İnzibati bölgü
redaktəAda inzibati baxımından İndoneziyanın Maluku vilayəti ərazisinə (ind. Propinsi Maluku) daxildir. 1999-cu ilə qədər ada ölkənin Mərkəzi Maluku (ind. Kabupaten Maluku Tengah) vilayətinə daxil idi. Sonradan Buru adası eyniadlı dairəyə daxil edilir[41]. Bu inzibati vahiddə da öz növbəsində 2008-ci ildə iki dairəyə bölünür – Buru (ind. Kabupaten Buru) və Cənubi Buru[42] (ind. Kabupaten Buru Selatan). Dairə ərazilərinə ətrafda yerləşən bir sıra adalar da daxil edilmişdir. Bu səbəbdən dairələrin ərazisi adanın sahəsindən böyükdür.
Buru dairəsi
redaktəBuru dairəsinin mərkəzi Namlea ind. Namlea) şəhəridir. Dairənin sahəsi 5578 km² təşkil edir. 2011-ci ilin mart ayında əldə edilən məlumatlara əsasən, dairə regentinin rəhbəri Hüsni Hentihu (ind. Husni Hentihu), müavini isə Ramli Umasuqi (ind. Ramli Umasugi) 2006-cı ilin noyabr ayında seçkilər yolu ilə vəzifəyə gəliblər[43][44][45]. Dairə rəhbərləri beş il müddətinə seçilir.
Dairə inzibati cəhətdən 5 rayona bölünür[3]:
- Namlea, ind. Namlea (mərkəz – Namlea);
- Vaplau, ind. Vaplau (mərkəz – Vaplau);
- Vaeapo, ind. Waeapo (mərkəz – Vaenetat, ind. Waenetat);
- Ayrbuaya, ind. Air Buaya (mərkəz – Ayrbuaya);
- Batabual, ind. Batabual (mərkəz – İlath, ind. Ilath).
Cənubi Buru dairəsi
redaktəCənubi Buru dairəsinin mərkəzi Namrole (ind. Namrole) şəhəridir. Onun sahəsi 5060 km² təşkil (306 km² sahə Ambalau adasının ərazisidir) edir.
Dairənin yaradıldığı 2008-ci ildən 2010-cu ilə qədər bir necə dairə rəhbəri bir-birini əvəz etmişdir. Bunun əsas səbəbi çoxsaylı bürokratik səhvlər, gecikmələr, cinayətlər, korrupsiya hadisələri idi[46][47][48]. Bir sıra yerli məmurlara qarşı araşdırma və cinayət işi açılmışdır[47][48]. Beləki bəzi təyinatlar əhalinin etirazlarını artırmış, toqquşmalara və inzibati binaların yandırılmasına səbəb olmuşdur[49]. Bir çox sahədə rəhbərliyi Buru əyalətinin müvafiq orqanları həyata keçirir. Buna həmçinin polis xidməti də daxildir[49]. Yeni dairə qurulduqdan sonra 2008-ci ildən 2010-cu ilin sonunadək bir neçə dəfə rəhbərlik dəyişilmişdi[47][50][51]. 2010-c uilin sentyabr ayında regent vəzifəsinə Məhəmməd Saleh Thio (ind. Muhammad Saleh Thio) seçilir, ancaq onun bu vəzifəyə keçidi gercəkləşmir[49].
Dairənin ərazi bölgüsü müəyyənləşdirilmişdir. Bu baxımdan dairə 5 rayona bölünür:
Əhalisi
redaktəSayı və yayılması
redaktə2012-ci il məlumatına görə Buru adasında 206.840 nəfər yaşayır. Bunun 128.840 nəfəri Buru dairəsi və 76.870 nəfəri Cənubi Buru dairəsində yaşayır[52]. Əhali sayının əraziyə olan nisbəti 1 km² 21 nəfər təşkil edir. Bununla belə insanlar əraziyə görə bərabər paylanmamışlar. İnsanların çoxu sahil solağı düzənliklərdə və Apo çayı vadisində cəmləşmişlər. Dağlıq ərazilərdə demək olar ki, əhali yaşamır. Adanın şimal-şərq və cənub-qərbində yerləşən palatonun nisbətən məskunlaşılmış olduğunu görmək olar[53].
Say artımı
redaktəƏhalinin sayının artımı yüksəkdir. İl ərzində əhalinin 4% artımı müşahidə edilir (2000 ildən 2010 ilə qədər olan statistika götürülür). Bu göstərici ümumi ölkə üzrə (1,07 %[54]) göstəricidən yüksəkdir. Maluku vilayətinin orta göstəricisindən (2,28%) iki dəfə yüksəkdir[55].
Kişilərin sayı ümumi əhalinin 51,28%-ni, qadınlar isə 48,72%-ni təşkil edir. Bu göstərici baxımından Maluku vilayətinin göstəricisi ilə eynidir (bu ümumən İndoneziya üçün xarakterik bir haldır)[54][55].
Bir yaşına qədər üuşaqlar ümumi əhalinin 2%-i; 1–4 yaşlıları 7,7%-i; 5–14 yaşlıları 31,4%-i; 15–44 yaşlıları 45,7%-i; 44–64 yaşlıları 10,7%-i; 65 yaşdan yuxarı olanlar isə 2,5%-i təşkil edir[56]
Etnik tərkibi
redaktəEtnik tərkibi rəngarəngdir. Xüsusi ilə Yava adasından gələn köçkünlərin sayəsində zənginləşir. 2008-ci ilə olan məlumata görə əhali yerlilərdən, Yava adasından və İndoneziyanın digər adalarından gələnlərdən ibarətdir[57][58].
Yerli əhali
redaktəAdanın köklü əhalisi Şərqi İndoneziyada yayılmış və antropoloji baxımdan bir-birinə yaxın olan Burulular, Liselalar, Kaeli və Ambelaunlardan ibarətdir. 2008-ci il məlumatına görə adada 48.000 yerli kökənli əhali yaşayır. Bu isə o deməkdir ki, hər 10 sakindən üçü yerlidir[58]. Adada say baxımından ən çoxsaylı xalq burululardır (ind. Suku Buru). Onların ümumi sayı 35.000 nəfərdir. Praktiki olaraq adanın bütün ərazisində rastlanılırlar. Bununla belə bəzi şimal rayonlarında sayları azdır. Təbii ki adanın daxili və dağlıq hissələrinə nisbətdə sahil zonasında sayları çoxdur. Buruluların şəhər sakinləri arasında pay nisbəti əhəmiyyətli bir hissəni əhatə edir. Ancaq ən böyük məskunlaşma yerlərində – xüsusilə Namrol və Namleada İndoneziyanın digər bölgələrindən gələn insanların yerləşməsi səbəbiylə getdikcə azalır[58][59].
Buruluların tərkibində həyat tərzi və dil xüsusiyyətləri ilə fərqlənən müxtəlif etnik qruplar daxildir – rana (14.258 insan, əsasən adanın mərkəzində yayılmışdır), masarete (9.600 insan, əsasən adanın cənubunda yayılmışdır), vaesama (6.622 insan, əsasən adanın cənub-şərqində yayılmışdır), foqi (500 insan, əsasən adanın qərbində yayılmışdır)[58].
Liselalar (ind. Suku Lisela) 11.000 nəfərdən ibarətdir və əsasən adanın şimal sahilləri boyunca, dar bir düz ərazidə kompakt halda yaşayırlar[58]. Ümumi əhali üzrə payı 8%-dən çox olmamasına baxmayaraq, adanın bəzi hissəsində etnik bir çoxluq təşkil edir[53].
Etnoqrafik baxımdan kaelilər adanın ən az saylı etnosudur (ind. Suku Kaeli). Sayları 800 nəfərdir. Adanın şimal-şərqində eyniadlı körfəz sahilində yaşayırlar. Kaelilər hollandlar tərəfindən zorla köçürülmüş müxtəlif Buru tayfalardan olan nəcib siniflərinin nümayəndələrini qarışdırmaqla formalaşmışdır. Niderlandın müstəmləkə idarəsi ilə daimi qarşılıqlı əlaqə, növbəti yüzillliklərdə Kaelilərin xüsusi mövqeyinə və adanın elit rəbəqəsinə çevrilməsinə səbəb oldu. Fəqət Buruda Niderlandın iqtisadi maraqlarının zəifləməsi və 1950-ci ildə adanın müstəqil İndoneziyanın bir hissəsi olması ilə imtiyazlı statusunu itirmiş, mövqeyi zəifləmiş və digər xalqlarla qarşılıqlı şəraitində yaşamaq onların assimilyasiyasını sürətləndirmişdir[a][25][60][61].
Adanın yerli xalqları arasına ambelaulular kimi adlandırılan və əksəriyyəti Buru yaxınlığında yerləşən Ambelau adasında yaşayan xalq da vardır. Buruda sayları 700 nəfər olan bu xalqın nümayəndələri kompakt şəkildə adanın cənub-şərqində, Vaetava kəndində yaşayır. Yerli ambelaular yüksək səviyyədə etnik kimliklərini qoruyub saxlayırlar və Ambelau adasında yaşayan soydaşları ilə yaxın mədəni, sosial və iqtisadi əlaqələrini qoruyurlar[62][63].
Yerli olmayan əhali
redaktəBuru sakinlərinin 65 %-dən çoxu adanın qeyri-yerli xalqlarının nümayəndələridir. Onlarında təxminən yarısı yavalılardır. Yerli yavalıların əksəriyyəti 1900-cü illərdə Hollandiyanın müstəmləkə idarəsi tərəfindən, istərsə 1950–1990-cı illərdə müstəqil İndoneziyanın səlahiyyətli orqanları tərəfindən həyata keçirilən genişmiqyaslı köçürmə proqramlarının bir hissəsi kimi adaya gedən mühacir və ya immiqrantların nəsilləridir. Adaların təxminən üçdə biri İndoneziyanın digər adalarından, əsasən Moluklardan gələnlərdir. Əhalinin bu hissəsinin ataları orta əsrlərdən etibarən adətən könüllü olaraq Buruya yerləşmişlər[25][57].
Dilləri
redaktəAdalalılar arasında etnik tərkibin müxtəlifliyi, xalqlararası ünsiyyət vasitəsi kimi İndoneziya dili böyük əhəmiyyət kəsb edir. Hal-hazırda böyüklərin əksəriyyəti ünsiyyət saxlamaq üçün bu dili dioloq səviyəsində bilirlər. Eyni zamanda yerli dillər yerli insanların gündəlik həyatında geniş istifadə olunur[57].
Buru adasının yerli xalqlarının Malay-Polineziya dillərinə daxil olan Mərkəzi molluk qrupuna daxildir. Adada yayılmış buru dili böyük dərəcədə qorunub saxlanılıb və əhalinin əksəriyyəti tərəfindən fəal şəkildə istifadə olunur. Bu dildə üç dialektə bölünür – para, masarete və veasam (foqi qrupu hazırda faktiki olaraq ölü sayılır). Bundan əlavə rana qrupua daxil olan insanlar[b] əsas ləhcəsi ilə yanaşı, sözdə "gizli dil" adlanan liqahanca[59][64] da danışırlar.
Öz dillərini ən zəif formada qoruyanlar lisela dilində danışanlardır. Onlar ya indoneziya dilinə keçir ya da ya melayu ambon (ind. Melayu Ambon) adlandıırılan, Molukk adalarında linqva franka kimi rol oynayan, malay dilinin ambon ləhcəsinə keçirlər[c][58][65]. Bu dil iki dialektə bölünür – biri liselalıların böyük əksəriyyətinin istifadə etdiyi fialekt, digəri isə Taqalisadır. Taqalisa dialektində adanın şimal-şərq sahillərinin sakinləri danışır[65]. Ambelau dili aktiv şəkildə Buruda yaşayan ambelaulular tərəfindən istifadə edilir[63][66]. Kaeli dili isə artıq XX əsrin sonları ölü dilə çevrilmişdir[67][68].
Din
redaktəDini baxımdan ada ərazisində iki din daha geniş yayılmışdır. İslam dini ada əhalisinin böyük qismi tərəfindən qəbul edilmişdir. Xristianlıq isə nisbətən azlıq təşkil edir[25][57]. Onlar əsasən Protestantdırlar. Xristianlıq əsasən molukkalılar və burular arasında yayılmışdır. İslam isə xüsusi ilə gəlmə yavalılar və lisela, kaeli, ambelaunlar kimi yerlilər arasında geniş yayılmışdır. Xüsusi ilə Buru dairəsində müsəlmanlar, Cənubi Buru ərasisində isə xristianlar yayılmışdır[59][64][65][66][67].
Bununla belə adada yerli dinlərə sitayiş mövcuddur. Belə ki xüsusi ilə mərkəzi rayonlarda bu tip inanclara rast gəlmək olar. Xüsusi ilə dağ buruları arasında yerli dinlər yayılmışdır. Onlar Opo Qeba Snulat tanrısına və onun nümayəndəsi olan Nabiata inanırlar[25][59][64].
İqtisadiyyat
redaktəÜmumi vəziyyət
redaktəil | İqtisadi artım %[69] |
ÜDM mln İndoneziya rupisi[69] |
---|---|---|
2001 | 0,38 | 123 657,83 |
2002 | 1,08 | 124 989,33 |
2003 | 2,90 | 128 610,23 |
2004 | 3,27 | 132 821,08 |
2005 | 3,79 | 137 851,51 |
2006 | 4,80 | 144 470,89 |
2007 | 4,36 | 150 767,79 |
2008 | 4,60 | 157 709,12 |
Adanın iqtisadi inkişafı, bütün İndoneziyanın inkişafı kimi, 1990-cı illərin sonlarında ağır ümummilli və regional böhran nəticəsində əhəmiyyətli dərəcədə geriləmişdir. Ancaq 2000-ci illərin əvvəllərində yerli iqtisadiyyatın əsas sektorlarında iqtisadi inkişaf bərpa olunmuşdur. 10 illiyin ikinci yarısında güclənən müsbət dinamika sürətlənmişdir[69], ancaq işsizlik yenə də yüksək olaraq qalır[d]. 2008-ci ildə əldə edilən statistik məlumatlara görə, ada əhalisinin 37 %-dən çoxu milli yoxsulluq həddinin altında yaşayır (2008)[69].
Adada iqtisadi fəaliyyətin əsasları kiçik və orta müəssisələr[e], həmçinin koporativlərdir[f][70].
2008-ci ildə əldə edilən statistik məlumatlara görə, iqtisadiyyatın müxtəlif sektorlarının ümumi daxili məhsulda payı[69]:
- Kənd təsərrüfatı – 51,22%;
- Hasilat sənayesi – 0,49%;
- Emal sənayesi – 7,00%;
- Energetika və su təminatı – 0,49%;
- Tikinti – 3,13%;
- Ticarət, otel və iaşə – 19,19%;
- Nəqliyyat və rabitə – 3,10%;
- Maliyyə sektoru – 2,64%;
- Xidmət sahəsi – 12,74%.
Kənd təsərrüfatı
redaktəAda iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir (adanın ÜDM-nun yarısından çoxunu təmin edir[69]). Əkinçilik isə öz növbəsində kənd təsərrüfatının böyük hissəsini əhatə edir. Bununla belə insanlar yalnız sahil zolağı ərazilərdə əkinçiliklə məşqul olurlar. Son on illiklərin əsas əkilən bitkisi düyü olsa da, qədimlərdə saqo və batat əkilirdi. Düyü əkilməsi üçün nəzərdə tutulan sahələr 1960-cı illərin sonlarından 1970-ci illərin əvvəllərinə qədər mövcud olmuş sıx meşəliklərin əraziləridir[18].
2008-ci ilin məlumatına görə çəltik tarlaları 5700 hektar ərazini əhatə edir və bu ərazidən ildə təxminən 23.000 ton düyü yığılır[71]. Çəltik sahələrinin böyük əksəriyyəti adanın şimal hissəsində, Namlea, Vaeapo və Ayrbuaya rayonlarında yerləşir[72].
Adanın cənubunda əsasən qarğıdalı (135 hektar ərazidə il ərzində 176 ton), batat (211 hektar ərazidə il ərzində 636 ton), lobya (926 hektar ərazidə il ərzində 946 ton) və soya (965 hektar ərazidə il ərzində 965 ton)[71] əkilir. Bu bitkilər əsasən Vaisama, Kepalamadan və Hamrole rayonlarında əkilir[72].
Adada Kokos palması (5724 hektar ərazidən il ərzində 2742 ton), kakao (4453 hektar ərazidən il ərzində 2368 ton), kofe (114 hektar ərazidən il ərzində 1223 ton) və Kiçik Hindistan qozu (143 hektar ərazidən il ərzində 75 ton) da becərilir. İlk dört növ Namlea, Ayrbuaya, Vaeapo, Vaplau, qoz isə Batabual rayonunda[72][73] əkilir.
Son zamanlar ada ərazisində əhəmityyətli olan tik ağacı əkilir[74][75].
Buruda heyvandarlıq kənd təsərrüfatının ikinci dərəcəli təsərrüfat sahəsidir. Əhali əsasən maldarlıq[g] və quşçuluqla[h] məşqul olur. 2008-ci il məlumatına görə adada qoyun (26.950 baş), donuz (1.276 baş), at (497 baş)[76] da yetişdirilir.
Balıqçılıqda adanın əsas sahələrindən biridir. 2008-ci il məlumatına görə adada 410 balıqçılıq təsərrüfatı fəaliyyət göstərir. Buradan il ərzində 3.891 ton balıq və dəniz məhsulları yığılır. Əsas kommersiya növləri – tuna (900 ton), sardina (420 ton), stavrida (385 ton)[75][77].
Sənaye
redaktəAdada sənaye heç də yaxşı inkişaf etməmişdir. Sənaye sahəsində adalıların cəmi 3.000 nəfəri çalışır. 2008-ci ildə əldə edilən statistik göstəricilərə görə, adada 537 müəsissə qeydiyyatdan keçmişdir ki,[i] bunlar da əsasən kiçik kustar sexlərdir[78]. Bununla belə 2010-cu ilin yanvar ayında İndoneziya Sənaye Nazirliyi adada böyük sement zavodunun tikintisi planını təsdiqləmişdir[79].
Energetika
redaktəAdada elektrik enerjisi dizel generatorları vastəsi ilə ödənilir. Bu generatorlar adanın Namlea (5.370 vatt gücündə olan 12 generator[80]), Mako (2.117 vatt gücündə olan 8 generator), Ayrbuaya (407 vatt güçündə olan 5 generator) və Leksula (4.450 vatt güçündə olan 2 generator)[81]. Elektrik stansiyaları İndoneziya dövlət elektrik şirkətinin (ind. Perusahaan Listrik Negara, PLN) yerli şöbəsi tərəfindən idarə olunur. Stansiyalar vahid elektroenergetika sisteminə qoşulmayıb, hər bir stansiya adanın bir rayonunu elektrik enerjisi ilə təmin edir[81].
Stansiyaların böyük əksəriyyətində texniki vəziyyətinə görə problemin yaranması və yanacaq tədarükündə sistemli fasilələr[80], elektrik enerjisinin istehsalndakı həcmi stansiyaların ümumi potensial imkanlarından bir neçə dəfə aşağı salır. Beləliklə 2007-ci ildə saatda 3.996.506 kilovatt elektrik enerjisi istehsal, saatda 3.227.157 kilovatt enerji isə istehlak edilmişdir[70]. İstehlakın təxminən 75%-i mənzil fondunun, 10%-i isə kommersiya sektorunun (balıq və dəniz məhsulları saxlayan buz istehsalçılarıdır[80])[81] payına düşür. Elektrik sistemi müasir tələblərə cavab vermir. Elektrik verilişi xətlərində meydana gələn qırılmalar nəticəsində elektrik enerjisinin verilməsində fasilələr olur[80].
Mövcud texniki problemləri nəzərə alaraq, həmçinin 2008-ci ildə elektrik enerjisinə tələbatın daim artması səbəbindən, İndoneziya dövlət elektrik şirkəti gələcəkdə Tina, Nibe və Ranu çayları üzərində müvafiq olaraq gücü 6.000, 8.000 və 2.000 kilovatt olan hidroelektrik stansiyaların inşasını planlaşdırır[81]. Bununla yanaşı 2010-cu ilin sentyabrında Namlea elektrik stansiyasında ümumi gücü 2.500 kilovatt olan[j] əlavə dizel generatorları istifadəyə verilmişdir[80].
Ticarət, bank sektoru
redaktəƏrzaq məhsulları və sənaye malları satışının əhəmiyyətli bir hissəsi əsasən ənənəvi bazarlarda həyata keçirilir. 2008-ci ildən etibarən adada 45 qeydiyyatdan keçmiş bazar var idi. Onlardan 37-i yerli hakimiyyət orqanları tərəfindən "ənənəvi" və 8-i "müasir" olaraq kateqoriyalaşdırılmışdır. Müasir bazarlar xüsusi pavilyonlarda yerləşdirilib, kassa aparatları və digər texniki vasitələrlə təchiz edilib. Yaşayış məntəqələrinin çoxunda avropasayağı elədə böyük olmayan mağazalar vardır. Hər yerdə kiçik mağazalara rastlamaq mümkündür. 2008-ci ilə olan məlumata görə cəmi 3.554 satış yeri vardır. Bunlardan 180-i böyük, 923-ü orta, 2.451-i isə kiçik ticarət nöqtələridir[78].
Adada İndoneziyanın üç iri bankının nümayəndəliyi mövcuddur[70].
Turizm
redaktəYerli hakimiyyət orqanları turizmi inkişaf etdirməyə çalışır və əsasən ekoturizmə yatırımlar qoyurlar. Bu baxımdan ən perspektivli obyektlər sırasına Burunun tropik meşələri və dağlıq Rana gölü daxildir. Bununla yanaşı yerli əhalinin etnik və mədəni xüsusiyyətlərini təbliğ etmək üçün də cəhdlər edilir. Həmçinin tarixi görməli yerlərin də təbliği aparılır – Niderlanda aid qədim qəsrin qalıqları, Yaponiya hərbi istehkamları, 1960–1970-ci illərdə siyasi məhbusların saxlanma yerləri[13][82][83]. Ancaq adada turizm sənayesinin ciddi yüksəlişinə sosial-iqtisadi və infrastruktur inkişafının olmaması maneə törədir.[53][69]. Belə ki, 2007-ci ildə Buru adasında yalnız beynəlxalq standartlara uyğun olan 2 mehmanxana və formal olaraq "qonaq evləri" kimi təsnif edilmiş 11 müəssisə vardı[70].
Turizm infrastrukturunun yaxşılaşdırılması məqsədilə bir çox layihələr həyata keçirilir. Ən iddialısı adanın şərq sahillərində eyniadlı kənd ərazisində, 2008-ci ilin fevral ayında tikintisinə başlanan Vaspasit istirahət zonasıdır[84]. Çimərliklərin təşkil olunduğu zonada, mütəşəkkil balıqçılıq üçün şərait yaradılır, çox sayda balıq bazarları və digər satış yerləri təşkil olunur[85].
Nəqliyyat və infrastruktur
redaktəSu nəqliyyatı
redaktəİndoneziyanın digər əraziləri ilə əlaqə əsasən su nəqliyyatı ilə qurulur. Əsas limanları: Namlea və Namlore. Buruda 866 yük və sərnişin gəmisi qeydə alınmışdır. 2008-ci ildə əldə edilən məlumatlara əsasən, onların orta günlük yük götürmə qabiliyyəti 400 ton təşkil edir[86]. Namlea və Ambon arasında günlük olaraq sürətli sərnişin kateri fəaliyyət göstərir. Katerlər "Baxari Ekspres" şirkətinə məxsusdur. Katerlər 160 kilometrlik məsafəni 3 saata qət edir[87].
Hava nəqliyyatı
redaktəHava nəqliyyatının əsas təminat mərkəzi Namlea yaxınlığında uzunluğu 750 metr olan eniş zolağıdır[88]. Aerodrom Merpati Nusantara Eyrlaynz şirkətinin (ind. Merpati Nusantara Airlines) reyslərini qəbul edir. Onlar adaya yersləri mütəmadi təşkil etmirlər[18]. Şirkət bir müddət avia reysləri təxirə salmışdı. Səbəb isə 1999–2000-ci illərdə baş vemiş toqquşmalardan irəli gəlirdi[32]. Hərbçilərlə imzalanan anlaşmaya görə Maluku vilayətinin digər əraziləri ilə əlaqənin təminatı üçün il ərzində 96 mülkü avia reys planlaşdırılır[86].
Namroleda uzunluğu 900 metrə çatan hava limanı vardır[88]. Bu aerodromun mövcudluğuna baxmayaraq 2008-ci il məlumatına görə mülki məqsədlər üçün istifadə edilmir. 2007-ci ildə Namleadan 30 km qərbdə Sava qəsəbəsində yeni mülki hava limanının təməli qoyulmuşdur[86].
Yolları
redaktəAdada dəmiryolu nəqliyyatı yoxdur. Daxildə əsas yüklər avtomobil nəqliyyatı ilə daşınır. Yolların ümumi uzunluğu 2008-ci il məlumata görə 1310 kilometrdir. Yolların 278 kilometri asfalt, 282 kilometri çınqıl, 750 kilometri isə torpaq yollardan ibarətdir[86]. Uzunluğu 287 kilometrə çatacaq müasir avtomagistralın tikintisi planlaşdılır. Bu yol əsasən Namlea və Namrole arasında çəkiləcəkdir[53]. Digər yaşayış məntəqələrini birləşdirəcək yolların tikintisi planlaşdırılsa da maliyə çatışmazlığı səbəbindən reallaşmamış qalır. 2008-ci il məlumatına görə ada beynəlxalq reysləri həyata keçirə bilən 18 avtobusdan ibarət avtoparka sahibdir[86].
Rabitə
redaktəTelefon rabitəsi dövlətin törəmə şirkəti olan "Telmon" (ind. PT Telkom) tərəfindən təmin edilir. 2007 ildə əldə edilən statistik məlumatlara əsasən telefon xəttinə 849 abunəçi qoşulmuşdur. Bununla belə hələ 48 nömrə sahibini gözləyir.
Mobil rabitə isə ölkənin iki mobil operatorları olan "Telkomsel" (ind. Telkomsel) və "İndosat" (ind. Indosat) tərəfindən təşkil edilir[70].
Səhiyyə
redaktəAda ərazisində ilk tibbi müalicə müəssisələri Niderlandın müstəmləkəçilik dövründə meydana gəlmişdir. İndoneziyanın müstəqil inkişaf dövründə adada səhiyyə tədricən inkişaf etdirilir və XXI əsrin əvvəlində bir sıra müvafiq göstəricilərə əsasən ölkədə tibbi baxımdan nisbətən inkişaf etmiş ərazilər arasındadır. Xüsusilə burada körpə ölümləri ümumölkə səviyyəsindən iki dəfə azdır – İndoneziyada 29.95-ə qarşı 13.21 ‰-dir. Belə ki 2006-cı ildə Buruda doğulan 3.331 uşaqdan 44-ü 1 yaşına çatmadan ölmüşdür (həmçinin 19 ölü doğulma qeydə alınmışdır)[54][56].
2007-ci ildə maliyyə və ixtisaslı tibb işçilərinin çatışmazlığı səbəbindən Buruda səhiyyə sistemi problemli vəziyyətdə idi. 2012-ci ildə ölkədəki ümumi iqtisadi vəziyyətin yaxşılaşması, yerli hakimiyyət orqanlarına səhiyyə sisteminin modernləşdirilməsi proqramı hazırlamağa imkan verdi. Bu da tibb müəssisələrinin, personalın və avadanlıqların sayını 2–4 dəfə artırmağı nəzərdə tutur[89].
Bununla belə nəzərdə tutulan planların həyata keçirilməsi həm maliyyələşmənin gecikməsi, həm də bu sahədə korrupsiyanın genişmiqyaslı təzahürləri səbəbindən gecikir. Məsələn üçün, 2011-ci ilin əvvəlində Cənubi Buru dairəsinin sağlamlıq xidmətləri bölməsinin rəhbərləri yalnız kağız üzərində olan, saxta poliklinika və tibb məntəqələrinin tikintisi layihələrinə ayrılmış vəsaitləri mənimsəməkdə ittiham edilirlər. Hansı ki, bu zərərin ümumi məbləği yüz milyonlarla rupiyə bərabərdir[48].
2007-ci ilin məlumatına görə adada 2 xəstəxana, 16 poliklinika[k] və 102 tibb mərtəqəsi vardır. Tibbi personala 22 həkim (onlardan ikisi elmi dərəcəyə sahibdir), 65 mamaça, 303 tibb bacısı və sanitar[89] daxildir.
Təhsil
redaktə2009-cu il məlumatına görə adada təhsil üç yerə bölünür. Birinci ibitidai məktəblərdir ki, onların da ümumi sayı 173-dür. Burada şagirdlər I–VI sifinlərə qədər təhsil ala bilirlər. İkinci təhsil erkən orta məktəblərdə verilir. Onların sayı isə 37-dir. Burada şagirdlər VII–IX siniflərdə təhsil alır. Üçüncü təhsil isə ikinci pillə orta məktəblərdə verilir. Adada bu tip təhsil ocaqlarının sayı 20-dir. Şagirdlər X–XII sinifləri bu təhsil ocaqlarında alırlar. Bu sonuncu təhsil bir növ texnikumları əvəz edir. İbtidai siniflərdə şagirdlərin 33%-i, erkən orta məktəblərdə 21%-i, ikinci pillə orta məktəblərdə isə 12%-i təhsil alır[5][90][91][92][93][94]. Adada ali təhsil ocaqları yoxdur.
Ümumi baxımından hər şey normal görünsədə problemlər özünü büruzə verir. Yerli hökumət nümayəndələri təhsillə bağlı problemləri maliyyə çatışmazlığı ilə izah edirlər. Faktiki maliyyə çatışmazlığı daha çox özünü texniki təhcizatda göstərir[95].
Tədris sahəsində ali təhsilli kadrların çatışmazlığı problemi də vardır. Hökumət nümayəndələri bu boşluğu doldurmaq məqsədilə müvəqqəti pedaqoqlar dəvət edirlər. 2011-ci ildə əldə edilən məlumatına görə, bu tip pedaqoqların sayı 200 nəfər təşkil etmişdir. Cənubi Buru dairəsində təhsil sahəsində baş vermiş maliyyə fırıldaqları nəticəsində, işə müvəqqəti qəbul olunan 100 pedaqoqun maaşları dairə rəhbərliyi tərəfindən mənimsənilmişdir[96].
İdman
redaktəBuru kifayət qədər sadə idman infrastrukturuna sahibdir. Adada stadion yoxdur. İdman düşərgələri və zalları əsasən məktəblərdə yerləşir. Ada sakinləri arasında futbol məşhurdur. İnsanlar bu idman növü ilə hələ Holland kolonizasiyası dönəmində tanış olmuşdur. XX əsrin sonlarında burada minifutbol geniş yayılmışdır. Təkcə 2011-ci ilin mart ayında Buru dairəsində ən azı 120 həvəskar komandanın iştirakı ilə yarışma keçirilmişdir. Yarışma mütəmadi olaraq İndoneziya dövlət bankının dəstəyi ilə (ind. Bank Tabungan Negara) Namleada keçirilir[97].
Adada müxtəlif idman klubu və bölmələri fəaliyyət göstərir. Xüsusi ilə taekvondo, motosikl idmanı, stolüstü tennis, voleybol, İndoneziya milli güləşi silat insanların ən çox yazıldığı idman növləridir. Burada həvəskar şahmat və cric idmanı klubları vardır[98].
Yerli idmançılar regional yarışma və çempionatlarda mütəmadi iştirak edir və kifayət qədər uğurlu nəticələr əldə edirlər. Maluku vilayətinin 2011-ci ilin fevral ayında keçirilən ikinci olimpiadasında Buru dairəsindən olan idmançılar 6 qızıl, 4 gümüş, 15 bürünc, Cənubi Buru idmançıları isə 3 qızıl, 3 gümüş və 7 bürünc medal qazanmışdır[99].
Aparılan tədqiqatlar
redaktəAdanın ekosistemini təşkil edən tropik meşələr istər İndoneziya istərsə xarici elmi ekspedisiyalar tərəfindən öyrənilir[6][17].
Burunun etnomədəniyyətinin öyrənilməsi tarixində ər-arvad olan Çarlz Qrayms (ing. Charles E. Grimes) və Barbara Diks Qrayms (ing. Barbara Dix Grimes) böyük rol oynamışlar. Avstraliyalı xristian misioner və etnoqraf olan bu cütlük 1980–1990-cı illərdə əldə etdikləri materiallar sayəsində onlarla elmi məqalə dərc etmişlər. Onlar Bibliyanı bir neçə yerli əhalinin dilinə də tərcümə etmişlər[100][101][102].
Yerli əhali haqqında ətraflı məlumatlar adanı 1909-cu ildə ziyarət etmiş Roy Çepmen Enderyus tərəfindən verilmişdir. O, adaya ABŞ muzeyinə zooloji ekspanatlar yığmaq məqsədilə gəlmişdir. Endryus və onun heyəti adanın daxili hissəsinə, dağın zirvəsinə gedərkən yaddellilərə isti münasibət bəsləməyən yerli əhali cəngəlliklərə çəkilmişlər. Geri qayıdan səyahətçilər yolda yerlilər tərəfindən zəhərli bambuk çubuqları ilə vurulmuşdur[103].
Qeydlər
redaktə- ↑ Müqayisə üçün, 1970-ci illərdə ən azı 5.000 ada sakini özünü kaeli adlandırmışdı.
- ↑ Müxtəlif hesablamalara 3.000–5.000 nəfər.
- ↑ Əslində bəzi yerli sözlər ilə sadələşdirilmiş bir İndoneziya dilidir.
- ↑ 2008-ci ilə görə əmək qabiliyyətli əhalinin 9,92%-i.
- ↑ 2007-ci ildə əldə edilən statistik məlumatlara görə, onların ümumi sayı 705-dir.
- ↑ 2007-ci ildə əldə edilən statistik məlumatlara görə, onların ümumi sayı 130-dur.
- ↑ 41.349 baş inək, 3.699 baş camış.
- ↑ 1.346.000 baş toyuq, 195.000.000 baş ördək.
- ↑ 482 müəssisə kənd təsərrüfatı məhsullarının emalı, 44 müəsissə maşınqayırma, təmir və kimya, 11 müəsissə digər sahələrə aiddir.
- ↑ Əlavə quraşdırmadan əvvəl stansiyanın istehsal həcmi 2.870 kilovattla məhdudlaşırdı.
- ↑ 5-i təcili tibbi yardım, 11 məsləhətxana və ambulator xidmətlər göstərir.
İstinadlar
redaktə- ↑ Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 5-ci cild: Brüssel – Çimli-podzol torpaqlar (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2014. səh. 100. ISBN 978-9952-441-10-9.
- ↑ 1 2 "Buru" (ingilis). Encyclopædia BritannicaOnline. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Karakteristik Wilayah" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ Атлас мира. — М.: Федеральная служба геодезии и картографии России, 2003. — С. 143.
- ↑ 1 2 "Pemekaran BURSEL" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2010.
- ↑ 1 2 3 4 5 6 "169. Buru" (indoneziya). Burung Indonesia. 2012-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 aprel 2012.
- ↑ 1 2 Большая советская энциклопедия. — М., 1969–1978. — Т. 4. — С. 138.
- ↑ 1 2 "President Donates to Earthquake Victims on Buru Island" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2011-cı il.
- ↑ "Three Killed in Indonesian Tsunami" (ingilis). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ 1 2 "President Yudhoyono Visits Quake-Hit Areas On Buru Island" (ingilis). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2011-ci il.
- ↑ "Potensi Dan Indikasi Bahan Galian" (indoneziya). Pemerintah Propinsi Maluku. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevaral 2010.
- ↑ "Potensi Pertambangan Dan Energi Maluku" (indoneziya). Badan Penanaman Modal Daerah Provinsi Maluku. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ 1 2 "Wisata Alam" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ "Karakteristik Wilayah" (in Indonesian). Official site of Buru Regency. 27 yanvar 2010.
- ↑ "Iklim dan Topografi Wilayah" (indoneziya). Universitas Gadjah Mada. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2010.
- ↑ Great Soviet Encyclopedia 4. Moscow. 1969–1978. p. 138.
- ↑ 1 2 3 4 5 6 7 8 "Buru rain forests" (ingilis). World Wildlife Fund. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ 1 2 3 4 Janet Steele. "The Revisiting the Past" (ingilis). The Jakarta Post. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2011.
- ↑ "Cagar Alam Masbait" (ingilis). BKSDA Maluku. 2015-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2011.
- ↑ "Cagar Alam Masarete" (ingilis). BKSDA Maluku. 2015-06-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2011.
- ↑ "Kawasan Lindung Nasional" (PDF) (ingilis). Sekretariat Negara Republik Indonesia. 2011-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 10 mart 2011.
- ↑ "Indonesia National Parks. North Moluccas: 27 Proposed Nature Reserves" (ingilis). 2010-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 mart 2011.
- ↑ 1 2 Шауб А. К. "Нагаракертагама" как источник по истории раннего Маджапахита (1293–1365). — М., 1992. — С. 24, 38.
- ↑ Made Yanuarta. "Kitab Negara Kertagama (terjemahan)" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2010.
- ↑ 1 2 3 4 5 6 7 8 9 10 11 12 Barbara Dix Grimes. "Mapping Buru ..." (PDF) (ingilis). Australian National University. 2011-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 13 fevral 2010.
- ↑ "Sejarah Maluku" (indoneziya). Pemerintah Propinsi Maluku. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2010.
- ↑ "USAAF Chronology" (ingilis). Jack McKillop. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2010.
- ↑ 1 2 "South Moluccas, Indonesia" (ingilis). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 aprel 2011.
- ↑ 1 2 3 Karen Parker, J.D. "Republik Maluku:The Case for Self-determination" (ingilis). Association of Humanitarian Lawyers. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2010.
- ↑ 1 2 3 Всемирная история. — М.: "Мысль", 1979. — Т. 12. — С. 359.
- ↑ "Indonesian States 1946-1950" (ingilis). Ben Cahoon. 2011-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2010.
- ↑ 1 2 3 4 5 Thomas Fuller. "Suharto's Gulag / The Buru Island 'Humanitarian Project' : Former Prisoners Look Back on a Remote Tropical Hell" (ingilis). Электронная версия газеты «New York Times». 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 fevral 2010.
- ↑ 1 2 3 4 "The 1995 Ramon Magsaysay Award for Journalism, Literature and Creative Communication Arts" (ingilis). Ramon Magsaysay Award Foundation. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2010.
- ↑ 1 2 Max Lane. "Pramoedya Ananta Toer: Indonesia's greatest novelist" (ingilis). Green Left Weekly. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2010.
- ↑ Прамудья Ананта Тур. Мир человеческий // Перевод с индонезийского Е. Руденко; предисловие В. Сикорского. — М.: Радуга, 1986. — С. 5–8.
- ↑ 1 2 "KMP — Kerusuhan Pecah" (indoneziya). Hamline University. 2006-09-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ "KMP — Pertikaian di Buru Selatan, Tiga Tewas" (indoneziya). Hamline University. 2006-09-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ izc. "Kerusuhan Ambon Meluas ke Pulau Buru" (indoneziya). Sinar Harapan. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ "Pulau Buru. Ambon" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ "Indonesia Donor Update" (PDF) (ingilis). UNICEF. 4 March 2016 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ "Undang-Undang Republik Indonesia (UU) Nomor 46 tahun 1999 (46/1999) tentang Pembentukan Propinsi Maluku Utara, Kabupaten Buru, dan Kabupaten Maluku Tenggara Barat" (PDF) (indoneziya). LL Sekretariat Negara. İstifadə tarixi: 27 mart 2010.[ölü keçid]
- ↑ "Undang-Undang Republik Indonesia Nomor 32 Tahun 2008 tentang Pembentukan Pembentukan Kabupaten Buru Selatan di Provinsi Maluku" (PDF) (indoneziya). LL Sekretariat Negara. 2011-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 27 mart 2010.
- ↑ "Bupati" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ "Wakil Bupati" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ "Hentihu-Umasugi Unggul Sementara Pemilihan Kepala Daerah Buru" (indoneziya). Tempo. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ "Pilkada Buru Selatan Tunggu Pembentukan KPU Kabupaten" (indoneziya). Media Indonesia. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ 1 2 3 "Polda Intensifkan Pemeriksaan terhadap Adrian Maun" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ 1 2 3 "Diduga Korupsi Dana Proyek Fiktif, Jaksa Didesak Tangkap Kadiskes Buru Selatan" (indoneziya). InfoKorupsi. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 mart 2011.
- ↑ 1 2 3 "Gagal CPNS, Massa Bakar Kantor Bupati Buru Selatan" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Pilkada Buru Selatan Tunggu Pembentukan KPU Kabupaten" (indoneziya). DMS — Citra Keluarga Maluku. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ "Rencana Pelantikan Penjabat Bursel 18 September 2010" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Data Agregat Kependudukan per Kecamatan" (PDF) (indoneziya). Badan Pusat Statistik Provinsi Maluku. 2011-08-19 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2013.
- ↑ 1 2 3 4 "Bengkalai Pasca Krisis Beberapa proyek infrastruktur terlantar. Selalu terhambat dana" (indoneziya). TEMPOinteraktif. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 fevral 2010.
- ↑ 1 2 3 "Indonesia: Population" (ingilis). CIA. 2008-12-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 mart 2011.
- ↑ 1 2 "Jumlah Penduduk Menurut Kabupaten dan Jenis Kelamin" (PDF) (indoneziya). Badan Pusat Statistik Provinsi Maluku. 2011-08-19 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 30 mart 2011.
- ↑ 1 2 "Demografi Maluku" (ingilis). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2011.
- ↑ 1 2 3 4 Dr. Dieter Bartels. "Tuhanmu Bukan Lagi Tuhanku" (indoneziya). Nunusaku Consultancy. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 fevral 2010.
- ↑ 1 2 3 4 5 6 "Moluccas tribes. Buru Island 9 Tribes" (ingilis). 2010-10-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 may 2010.
- ↑ 1 2 3 4 "Ethnologue: Languages of the World". 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-10.
- ↑ "Yova xalqları - Kareli". 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2010.
- ↑ "Kaeli". Müasir ensiklopedik lüğət. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 fevral 2010.
- ↑ M. A. Çlenov. "Ambelaulular". Ensiklopediya «dünya xalqları və dinləri» (elektron versiys). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 mart 2010.
- ↑ 1 2 "Local fisheries management: some practices in Indonesia" (PDF) (ingilis). 2012-06-18 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 12 mart 2009.
- ↑ 1 2 3 "Burulular". Ensiklopediya «dünya xalqları və dinləri» (elektron versiys). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2010.
- ↑ 1 2 3 "Ethnologue. Languages of the World". 2012-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-10.
- ↑ 1 2 Languages of the World
- ↑ 1 2 "Ethnologue: Languages of the World". 2012-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-10.
- ↑ "The Kayeli Language" (ingilis). Institute for Language Information and Technology. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 fevral 2010.
- ↑ 1 2 3 4 5 6 7 "Perkembangan Perekonomian" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 aprel 2010.
- ↑ 1 2 3 4 5 "Prasarana Ekonomi" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 may 2011.
- ↑ 1 2 "Pertanian" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ 1 2 3 "Kabupaten Buru" (indoneziya). Konrad Adenauer Stiftung and Soegeng Sarjadi Syndicate. 2013-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 aprel 2010.
- ↑ Buru dairəsi administrasiyasının rəsmi saytı. "Perkebunan" (indoneziya). Pemerintah Kabupaten Buru. 2010-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ "Kehutanan" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ 1 2 "Potensi Pertambangan Dan Energi Maluku" (indoneziya). Badan Penanaman Modal Daerah Provinsi Maluku. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 fevral 2010.
- ↑ "Peternakan" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ "Perikanan" (indoneziya). Pemerintah Kabupaten Buru. 2010-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 aprel 2010.
- ↑ 1 2 "Perindustrian" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ izc. "Wakil Menteri Perindustrian dukung pabrik semen di Maluku" (indoneziya). Finroll News. İstifadə tarixi: 5 fevral 2010.[ölü keçid]
- ↑ 1 2 3 4 5 Herry. S. "Bupati Buru Resmikan Penggunaan Mesin Baru PT. PLN Ranting Namlea" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ 1 2 3 4 "Hydro Potential in Buru Island of Maluku Province" (ingilis). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2011.
- ↑ "Wisata Budaya" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ "Wisata Sejarah" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ Azis Tomia. "Peresmian Resort Waspait" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ "Waspait Resort Buru" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 mart 2011.
- ↑ 1 2 3 4 5 "Transportasi" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 aprel 2010.
- ↑ "Transportasi Laut" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 aprel 2010.
- ↑ 1 2 "Bandara Namlea" (indoneziya). Direktorat Jenderal Perhubungan Udara Kementerian Perhubungan Republik Indonesia. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 14 aprel 2010.
- ↑ 1 2 "Prasarana Kesehatan" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 aprel 2010.
- ↑ "Kecamatan Namlea" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Kecamatan Waeapo" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Kecamatan Air Buaya" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 марта 2011.
- ↑ "Kecamatan Waplau" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Kecamatan Batabual" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ "Anak-anak di pedalaman Pulau Buru, Maluku..." (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ Benny N Joewono. "Wah, Angka Jumlah Guru Honorer Fiktif" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 mart 2011.
- ↑ Herry. S. "120 Klub Sepak Bola Ikuti Soccer Seven Piala Wakil Bupati Buru" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2011.
- ↑ Herry. S. "Sekda Buru Sambut Kontingen POPMAL Kab. Buru" (indoneziya). Pemerintah Kabupaten Buru. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2011.
- ↑ "Kota Ambon Juara Umum Popmal II" (indoneziya). 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 mart 2011.
- ↑ "Publications by Barbara Dix Grimes" (ingilis). SIL International. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2010.
- ↑ "Publications by Charles E. Grimes" (ingilis). SIL International. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2010.
- ↑ "Chuck & Barbara Grimes, Wycliffe Bible Translators" (ingilis). Bethel Grove Bible Church. 2011-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 fevral 2010.
- ↑ Andrews, Roy Chapman. Under a Lucky Star. — Borderland Books, 1943. — P. 60. — ISBN 978–0976878186.
Ədəbiyyat
redaktə- Qrayms, Barbara Diks. Buru inside out // Visser, L.E. (Halmahera and beyond). Leyden: KITLV Press. 1994. səh. 59–78.
- Morrison, Con. "Buru rain forests (AA0104)" (ingilis). World Wildlife Fund. 2001. 19 avqust 2011 tarixində arxivləşdirilib.
Xarici keçidlər
redaktə- burukab.go.id — Buru adasının rəsmi saytı
- "İndoneziya Respublikası Daxili İşlər Nazirliyi" (indoneziya). 2020-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-18.
- "Maluku vilayəti administrasiyası" (indoneziya).
- "Buru dairəsi administrasiyası" (indoneziya).