Bursa Mesecilik Muzeyi - Wikipedia
Bursa meşəçilik muzeyi (türk. Bursa Ormancılık Müzesi) — Türkiyənin şimal-qərb hissəsində, Bursa şəhərində meşə təsərrüfatına həsr olunmuş muzey.
Bursa Meşəçilik Muzeyi | |
---|---|
Əsası qoyulub | 1989 |
Ölkə | |
Yerləşir | Bursa |
40°12′02″ şm. e. 29°01′50″ ş. u.HGYO | |
kulturvarliklari.gov.tr/… | |
Vikianbarda əlaqəli mediafayllar |
Muzey binası
redaktəMuzey Bursada, Çekirgə küçəsində, Saatçi köşkü kimi tanınan binada yerləşir.[1] Bina Osmanlı dövründən qalan tarixi bir malikanədir. Qurucusu Zafər Öztaptıkdır.
Malikanə ilkin olaraq yaşayış yeri kimi istifadə olunub. 1939-1949-cu illər arasında burada "Bursa Meşə məktəbi" yerləşirdi. 1983-cü ilə qədər "Meşə Regional Müdirliyinin" ofisi kimi fəaliyyət göstərmişdir. 1989-cu ildə aparılan tənzimləmələrdən sonra muzey binasına çevrildi.[1] 29 mart 1989-cu ildə muzey ziyarətçilərin üzünə açıldı.
Eksponatları
redaktəMuzey Türkiyənin ilk və yeganə meşə təsərrüfatı muzeyidir.[2] Burada 1000-ə yaxın əşya nümayiş etdirilir. Meşə və meşə təsərrüfatında canlı və cansız hər şeyin bir araya gətirildiyi və sərgiləndiyi bir muzeydir.
Muzeyin bölmələri meşə həyatı, bitki qalıqları, meşə bitkiləri, ağac kəsmə alətləri, meşə alətləri və avadanlıqları, tarixi sənədlər və qeydlər, xəritələr və fotoşəkillər, eləcə də meşədaxili telekommunikasiya avadanlıqlarından ibarətdir. Muzeydə bir neçə bölmə, “Atatürk guşəsi” və kitabxana var.[2]
Bölmələri
redaktə- Meşə həyatı bölməsi. Burada Türkiyənin bir çox milli parklarından müxtəlif heyvanların taksidermiyası və zəngin həşərat kolleksiyası nümayiş etdirilir.
- Meşə bitkiləri və kəsici alətlər bölməsi. Burada maraqlı eksponat Türkiyənin şimal-şərqində yerləşən Artvin şəhərindən olan 700 illik şotland şam ağacının gövdəsinin kəsişməsidir.
- Meşə mühəndisliyində istifadə olunan alətlər bölməsi.
- Fosillər bölməsi. Muzeydəki fosil kolleksiyası çox zəngindir. Burada bu günə qədər mövcud olan bir çox bitkilərin qalıqlarını görmək olar. Diqqətəlayiq bir eksponat arboreal xüsusiyyətlərini saxlayan 6 milyon illik sekvoya ağacının fosillidir.
- Xəritə və Kosmos fotoşəkilləri bölməsi.
- Meşədə ünsiyyət vasitələri bölməsi.
- Tarixi sənədlər bölməsi.
- Albomlar və kitablar bölməsi.
Muzeydə Bursanın Orhaneli rayonundakı kömür mədənlərində tapılan 16 milyon illik heyvan qalığına da rast gəlmək olar.
İş vaxtı
redaktəMuzey hər gün yerli vaxtla saat 9:00-dan 17:00-a qədər açıqdır. Bazar və bazar ertəsi günləri bağlı olur.[1]