Burqundiyali Blans Fransa Kralicasi - Wikipedia
Burqundiyalı Blanş (fr. Blanche de Bourgogne; təq. 1296, bilinmir – 29 aprel 1326, bilinmir) — Fransa kralı IV Çarlzın ilk xanımı, Fransa və Navarra kraliçası.[1]
Burqundiyalı Blanş | |
---|---|
fr. Blanche de Bourgogne | |
3 yanvar – 19 may 1322 | |
Əvvəlki | II Janna |
Sonrakı | Lüksemburqlu Mariya |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təq. 1296 |
Doğum yeri |
|
Vəfat tarixi | 29 aprel 1326 |
Vəfat yeri |
|
Atası | IV Otto |
Anası | Artesli Matilda |
Həyat yoldaşı | IV Çarlz |
Dini | katolisizm |
Vikianbarda əlaqəli mediafayllar |
Atası Burqundiya qrafı IV Otto, anası isə Artes qrafinyası Matildadır. 1307-ci ildə böyük bacısı Janna Fransa kralı IV Filippin böyük oğlu Lüdoviklə evləndirilmişdi. Bu əlaqələri gücləndirmək məqsədilə cəmi bir il sonra - 1308-ci ilin yanvarında Blanş kralın digər oğlu Çarlzla evləndirildi. Cütlüyün 2 övladı dünyaya gəlsə də, bu uşaqlar bir yaşlarında vəfat etdilər.
Ancaq 1314-cü ildə Blanş və bacısı Janna, eləcə də kralın digər gəlini Marqarita haqqında skandal şaiyələr gəzməyə başladı. Tarixə Nesl skandalı olaraq düşən bu hadisənin ardından təqsirli görülən gəlinlər dərhal həbs edildi. Bacısı Jannanın günahsızlığı isbatlansa da, Blanş və Marqarita təqsirli görüldülər və saçları kəsilərək Normandiyadakı Qaylard qalasına ömürboyu həbs edildilər.
3 yanvar 1322-ci ildə IV Çarlzın taxta çıxmasıyla Blanş Fransa və Navarra kraliçası oldu. Ancaq yeni kralın istəyilə Roma papası XXII Con 19 may 1322-ci ildə bu evliliyi sonlandırdı. Bu tarixdən sonra sabiq kraliçayla bağlı yetərli məlumat yoxdur. Ölüm tarixi və yeri tam bəlli deyil. Ancaq Papanın 5 aprel 1326-cı il tarixli bir qərarnaməsində mərhum kraliça olaraq anılır və bu səbəblə onun bu tarixdən öncə vəfat etdiyi anlaşılır.
Mənbə
redaktə- Brown, Elizabeth A.R. (2007). ""Laver de ses pechiés une pecheresse royale": Psalm Collects in an Early Fourteenth-Century Devotional Book". In Doss-Quinby, Eglal; Krueger, Roberta L.; Burns, E. Jane (eds.). Cultural Performances in Medieval France: Essays in Honor of Nancy Freeman Regalado. DS Brewer. pp. 163–180. ISBN 978-1843841128
- Brown, Elizabeth A.R. (2000). "The King's Conundrum: Endowing Queens and Loyal Servants, Ensuring Salvation, and Protecting the Patrimony in Fourteenth-Century France". In Burrow, J.A.; Wei, Ian P. (eds.). Medieval Futures: Attitudes to the Future in the Middle Ages. Boydell & Brewer. pp. 115–166. ISBN 0851157793
- Bradbury, Jim (2007). The Capetians: The History of a Dynasty. Continuum International Publishing Group. ISBN 978-0826435149
İstinadlar
redaktə- ↑ Warner, Kathryn (2016). Isabella of France: The Rebel Queen. Amberley Publishing