Bupleurum Fruticosum - Wikipedia
Kol öküzboğan (lat. Bupleurum fruticosum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin öküzboğan cinsinə aid bitki növü.
Kol öküzboğan | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Kol öküzboğan |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Təbii yayılması
redaktəAralıq dənizi sahillərindən, Krımın cənub sahilində bəzən yabanı olan həmişəyaşıl dekorativ kol bitrkisidir.
Botaniki təsviri
redaktəHündürlüyü 1,8 m olan həmişəyaşıl koldur. Bitki düz budaqlı zoğ və sıx çətir əmələ gətirir. Yarpaqları dərili, lələkvari-bölünmüş, çox vaxt böyük, qabarıq qınlıdır və mavi-yaşıl rənglidir, uzunluğu 9 sm-ə çatır. Çiçək qruplarına görə asanlıqla tanınır; sadə və ya mürəkkəb çətirlər əmələ gətirir, çiçəkləri xırda, çox vaxt ağ, bəzən sarı və ya mavi, düz, ikicinsli, kasacığı az bilinən, çiçək tacı beşləçəkli, dişiciyi bir, yumurtalığı-yarımaşağı, ikiyuvalıdır. Meyvəsi-2 yerə bölünmüş toxumcadır.
Ekologiyası
redaktəRütubətsevən, mülayim iqlim şəraitinə davamlı bitkidir. Zəngin torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
redaktəAzərbaycanın bir çox rayonlarında mədəni çəraitdə becərilir.
İstifadəsi
redaktəBitkinin yerüstü hissəsindən alınan efir yağı insanın psixi-emosional vəziyyətini stimullaşdırır, idman zədələrində, ağrılarda və s.istifadə edilir. Bundan əlavə bu yağ hüceyrələrdən zəhərləri çıxarır, şişləri götürür. Qida borusuna müsbət təsir göstərir.
İstinadlar
redaktə- ↑ Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 238.